Фуат рясулов


İşçilər öz əməyinə görə maksimum yüksək haqq almağa, işəgötürənlər isə mümkün qədər az ödəməyə çalışırlar



Yüklə 4,2 Mb.
səhifə88/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   176
İşçilər öz əməyinə görə maksimum yüksək haqq almağa, işəgötürənlər isə mümkün qədər az ödəməyə çalışırlar.

Mümkündürmü, işçi ilə firma öz aralarında müqavilə bağlayıb, bu məsələləri razılaşdırmasın? Hərdən bəzi hallarda bu mümkün olsa da, bütövlükdə işə götürülənlər və işçilərin bir-birindən ayrı fəaliyyəti mümkün deyildir. Tez və ya gec  onlar arasında kompromis baş tutacaq.  

İndi isə gəlin görək müxtəlif ölkələr üzrə əmək haqlarının kəskin surətdə fərqləndiyini necə izah etmək olar.

Yəqin ki, Siz dostlarınızla söhbətlərdən, bəlkə də televiziya kanallarından eşitmisiniz ki, Qərbi Avropada, ABŞ və  Yaponiyada  əmək haqları xeyli yüksəkdir. Hindistan, Azərbaycan və digər ölkələrdə isə bu göstərici həmin ölkələrdəki səviyyənin cüzi bir hissəsini təşkil  edir. Deyilənlər cədvəl məlumatlarında da təsdiq olunur.

Artıq biz bilirik  ki, əmək haqqının ümumi  səviyyəsi tələb  və təklifin qarşılıqlı  fəaliyyəti  nəticəsində müəyyənləşir. Onların  qarşılıqlı  fəaliyyətinə isə müxtəlif  amillər, o cümlədən  əməyin, kapitalın, təbii resursların  səmərəliliyi və sairə təsir göstərir.

13-cü  cədvəldən  görünür ki, İngiltərədə əmək haqqı Hindistandan  20 dəfə və ya ABŞ-da əmək haqqı  Meksikadan 7,7 dəfə çoxdur. Ola bilərmi ki,  Meksika, Hindistan və digər dövlətlər əmək haqqının yüksəlməsinin qarşısını  süni üsullarla  əngəlləsin? Əlbəttə ki, yox! Əgər Hindistanda və  İngiltərədə əməyin tələb və təklif qrafikini qursaq,  biz qeyd olunan vəziyyəti əyani  surətdə görə bilərik


P

S (İngiltərə)








Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin