Фяза вя заман



Yüklə 4,26 Mb.
səhifə36/44
tarix01.01.2022
ölçüsü4,26 Mb.
#105585
1   ...   32   33   34   35   36   37   38   39   ...   44
2.Kirxhofun ikinci qanununa görə naqillərin budaqlanmış

dövrəsində ixtiyari seçilmiş qapalı kontur üçün bütün gərginlik düşüklərinin cəmi, həmin konturda mövcud olan e.h.q- lərinin cəbri cəminə bərabərdir, yəni



( 2)

burada - qapalı konturda olan hissələrin sayını , isə hissələri xarakterizə edən nöqtələri göstərir.

Qapalı dövrədə cərəyan mənbəyi olmadıqda olduğundan :

Kirxhovun ( 1) və ( 2) qaydalarının köməyi ilə tənliklər tərtib edərkən cərəyanların və e.h.q- lərinin istiqamətini nəzərə almaq lazımdır. Konturda saat əqrəbinin hərəkəti istiqamətində axan kimi görünən cərəyanları ədətən müsbət , əks istiqamətdə axan cərəyanları isə mənfi hesab edirlər. Eyni qayda ilə də elektrik hərəkət qüvvəsinin işarəsini təyin edirlər. Elektrik cərəyanını saat əqrəbi istiqamətində axıdan e.h.q. – si müsbət, əks istiqamətdə axıdan e.h.q-si mənfi hesab olunur. Məsələnin gedişində cərəyanların və e.h.q-nin istiqaməti məlum deyilsə, müəyyən cərəyan istiqaməti seçmək və istiqamətləri müsbət götürmək olar. Alınan nəticənin işarəsi, onların həqiqətən hansı istiqamətdə axdıqlarını göstərəcəkdir.

Kirxhof qanununun köməyi ilə istənilən budaqlanmış dövrədə cərəyanların ayrılmasını tapmaq olar.









3. Transformator.


Transformator dəyişən gərginliyi və cərəyan şiddətini dəyişdirmək üçün işlədilən qurğudur. Transformatorun iş prinsipi qarşılıqlı induksiyaya əsaslanır. Transformator dəyişən cərəyanın gərginliyini həm artıra, həm də azalda bilir.

Transformatorun sxemi şəkil 1- də göstərilmişdir.


Şəkil 1.


Yumşaq dəmir, yaxud ferromaqnitlərdən hazırlanmış içliyin üzərinə iki sarğı sarınmışdır. Birinci sarğının ucları (transformatorun girişi ) dəyişən cərəyan mənbəyinə, ikinci sarğının ucları ( çıxışı ) isə elektrik enerjisinin işlədicilərinə bağlaniışdır. Birinci sarğıdan keçən cərəyanın dəyişən maqnit sahəsi ikinci sarğıda qarşılıqlı induksiya elektrik hərəkət qüvvəsi yaradır. İkinci dolağın hər bir sarğısındı induksiya elektrik hərəkəti qüvvəsi yaranır.

Birinci dolaqda yaranan e.h.q :


İkinci dolaqdakı e.h.q. isə


burada və birinci və ikincə dolaqda olan sarğılar sayıdır. Axırıncı ikiifadəni tərəf – tərəfə bölsək

burada -transformasiya əmsalı adlanır. Transformatorun transformasiya əmsalı əmsalı, ikinci dolaq açıq olduqda təyin olunur, yəni ikinci dolağın uclarına heç bir işlədici birləşmir, olar. Bu halda birinci dolaqda induksiya e.h.q. dolağın uclarındakı gərginliyə bərabər olur . İkinci dolağın ucları açıq olduğundan , burada da olur, nəticədə alarıq ki,

Yüksəldici transformatorda və , alçaldıcı transformatorda isə olur.

Eyni bir transformatoru, dolaqların yerini dəyişməklə həm yüksəldici, həm də alçaldıcı transformator kimi işlətmək olar.

Transformator işlədiyi zaman maqnit sahəsinin enerjisinin bir hissəsi ətraf mühitdə yayılır, içlikdə burulğanlı cərəyan alınır və dolaqlar qızır, ona görə də enerjinin bir hissəsi itir. Həmin bu itkini azaltmaq üçün yüksək gərginlikli dolağın məftilinin en kəsiyi böyük götürülür. Transformatorun içliyi ayrı – ayrı laylardan düzəldilir.




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin