Фязлуллащ компани



Yüklə 1,55 Mb.
səhifə46/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   42   43   44   45   46   47   48   49   ...   58
Ya Rəbb, salam göndər sən o kəsə ki,

Ədalət dəfn oldu onunla sanki.
Müaviyə soruşdu: «Kimi nəzərdə tutursan?» Sudə dedi: «And olsun Allaha, o Əmirəl-möminin Əli (ə) idi. Onun xilafəti dövründə bir nümayəndəsi ədalətdən kənar rəftar etdiyi üçün həzrətin yanına şikayətə getdim. Xidmətinə çatdığım vaxt həzrət namaz üçün müsəllada dayanmışdı. Təkbir demək istədiyi vaxt məni görüb dayandı və mehribanlıqla gəlişimin səbəbini soruşdu. Mən onun nümayəndəsinin ədalətsizliyi haqqında danışdım. Bu sözləri eşitdikdə həzrətin gözləri yaşardı, üzünü göyə tutub dedi: «Ey qahir və qadir Allah, Sən bilirsən ki, mən həmin şəxsi xalqa zülm-sitəm üçün göndərməmişəm». Sonra cibindən bir dəri parçası çıxarıb həmin nümayəndəyə məzəmmətli bir məktub yazdı. Əmr etdi ki, həmin şəxs bir daha xalqın qapısına getməsin və onun yerinə bir başqası göndəriləcək.

Müaviyə bu sözləri eşitdikdən sonra katibinə göstəriş verdi ki, Bosra məktub yazsın. Müaviyə məktubunda Bosra əmr edirdi ki, Sudənin qəbiləsindən aldığı mal-mülki onlara qaytarsın.1

Bəli, həzrət Əli (ə) öz hakimlərinə yazdığı bütün məktublarda onları ədalətə çağırırdı. Bunu Corci Zeydan da öz kitabında təsdiq edir. Əgər həzrətin hakimiyyəti uzun çəksəydi, onun beş illik hakimiyyəti dövründə daxili müharibələr, hərc-mərclik olmasaydı, müsəlman cəmiyyətinin vəziyyəti başqa cür olardı. Çünki həzrətin hakimiyyət üsulu ədalətin zahiri bir nümunəsi idi. Bu mövzunu daha da aydınlaşdırmaq üçün həzrətin Malik Əştərə yazdığı əhdnaməyə nəzər salaq: «Ey Malik, səni elə bir yerə göndərmişəm ki, orada səndən qabaq zalımlar hakimlik edib. Xalq sənin işinə elə baxır ki, sən əvvəlki hakimlərin işinə elə baxırsan. Sən əvvəlkilərin haqqında nə deyirsənsə, onlar da sənin haqqında onu deyirlər. Sən yaxşıları Allahın onlar haqqında xalqın dilinə gətirdiyi sözlərlə tanıyarsan. Ona görə də sənin üçün ən yaxşı ehtiyat yaxşı əməl olsun. Ey Malik, nəfs istəklərinin cilovunu əlinə al. Nəfsini caiz və halal olmayan şeylərdən qoru. Nəfsin istəyib-istəmədiyi şeylərdə xəsislik etmək ədalət və insafdır. Xalqla qəlbən mehriban ol, onlarla xoş və dostcasına rəftar et. Onları parçalamağı qənimət sayan heyvan kimi rəftar etmə. Çünki onlar iki dəstədirlər: Ya din qardaşlarındır, ya da sənin kimi Allah məxluqlarıdır. Onlardan xətalar baş verir, bilərəkdən və ya bilməyərəkdən günaha yol verirlər. Buna görə də onları bağışla. Necə ki, özünün bağışlanmağını istəyirsən. Çünki sən onların rəisisən. Səni onlara hakim təyin edən səndən yuxarıdır. Allah isə səni vali təyin edəndən də uca və üstündür. Allah səndən onların istəklərini yerinə yetirməyini gözləyir və onları sənin üçün imtahan qərar vermişdir.

Ey Malik, məbada Allahla döyüşə çıxasan. Çünki nə Onun qəzəbi qarşısında durmaq qüdrətin var, nə də mərhəmətindən ehtiyacsızsan. Başqalarını bağışladığın üçün peşiman olma. Başqalarına verdiyin cəza səni sevindirməsin. Udmaqla ucalacağın qəzəbə tələsmə. Sən deməməlisən ki, mənə əmirlik verilib, mən göstəriş verirəm. Çünki bu üsul qəlbin xarabalığına, dininin zəifləməsinə, hadisələrin yaxınlaşmasına və nemətlərin əvəz olmasına səbəb olar.

Ey Malik, hakimlik sənə qürur gətirəndə səndən uca olan Allahın əzəmətinə, özünə münasibətdə onun qüdrətinə, gücün çatmayacaq işlərə nəzər sal. Bil ki, belə bir baxış və düşüncə sənin azğınlığını və təkəbbürünü azaldar».

Göründüyü kimi, həzrət Əlinin (ə) bütün göstərişləri təqva, ədalət, haqpərəstlik, mehribanlıq haqqındadır. Həzrət (ə) təkcə Malikə belə tövsiyə verməyib. O bütün hakimlərinə bu sayaq nəsihətlər buyurmuşdur.



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin