Subjunctive I
Felin Subjunctive I şəkli qarşıya problem kimi qoyulan, lakin həqiqətə zidd olmayan hərəkətləri bildirir. Felin bu şəkli əmr, xahiş, güman, təklif, məqsəd, arzu, şərt və s. bildirir.
Məsələn: 1) If the weather be fine tomorrow, we shall go on an excursion
2) I suggest that he do the work himself
Felin Subjunctive I şəkli əmr şəklində olduğu kimi felin məsdərindən “to” hissəciyi atmaqla düzəlir və bütün şəxslərdə eyni olaraq işlədilir. Yəni:
I be, you be, he (she, it) be I have, you have, she have
We be, you be, they be We have, you have, they have
Felin Subjunctive I forması əsasən danışıq dilində, poeziyada və rəsmi sənədlərdə işlədilir.
Felin Subjunctive I şəklinin zaman forması yoxdur. Yəni eyni forma həm indiki, həm keçmiş və həm gələcək zamana aid ola bilir. Məsələn:
He ordered that we be present at the party today
He ordered that we be present at the party yesterday
It is necessary that you be present at our party tomorrow
Subjunctive II
Felin Subjunctive II şəkli həqiqətə zidd olan hərəkətləri bildirir. Məsələn: I wish you were my sister - kaş sən mənim bacım olaydın. Felin Subjunctive II şəklinin iki zaman forması var:
1) İndiki zaman forması 2) keçmiş zaman forması
Subjunctive II indiki zaman forması felin xəbər şəklinin keçmiş zaman qeyri/müəyyən forması ilə eyniyyət təşkil edir. Müqayisə edək:
Felin keçmiş qeyri/müəyyən zaman forması Subjunctive II indiki zaman forması
I. I spoke We spoke I spoke We spoke
II. You spoke You spoke You spoke You spoke
III. She/he spoke They spoke She/spoke They spoke
Lakin “to be” felinin keçmiş qeyri-müəyyən zamanda iki forması olduğu halda (was, were) Subjective II indiki zamanda yalnız bir forması – bütün şəxslərdə were var. Yəni:
I was I were
You were You were
He/she was She/he were
We were We were
You were You were
They were They were
Qeyd: Müasir ingilis dilində bu fərq aradan qalxmaqdadır Məsələn: “I’d be kind if I was you” said Baldy.
Felin Subjective II şəklinin keçmiş zaman forması felin xəbər şəklinin keçmiş bitmiş zaman forması kimi düzəlir. – had written
Felin keçmiş II şəklinin keçmiş zaman forması
bitmiş zaman forması
I had written I had written
You had written You had written
She/he had written She/he had written
We had written We had written
You had written You had written
They had written They had written
Subjective II indiki zaman forması indiki və gələcək zamanda icra olunan, Subjective II keçmiş zaman forması isə keçmişdə icra olunan hərəkətləri bildirir.
I wish I wrote the article in time - Kaş bu məqaləni vaxtında yazaydım.
I wish I had written that article yesterday - Kaş bu məqaləni dünən yazmış olaydım.
Dostları ilə paylaş: |