159
Zülallar hidrofil kolloidlər olduqlarına görə, onların məhlulları kolloid
məhlullara xas olan bir sıra xassələrə malikdir. Məsələn, zülal məhlulundan
ensiz işıq şüası keçirdikdə şüanın
məhlul içərisindəki yolu, kolloid hissə-
ciklərin işığı səpələməsi nəticəsində, aydın görünür (
Tindal hadisəsi
); həqiqi
məhlullarda isə bu hadisə müşahidə edilmir.
Müxtəlif zülalların həllolma qabiliyyəti bir-birindən fərqlənir. Bu, zülal
molekulunun tərkibində olan aminturşuların xarakterindən, zülalın struktu-
rundan və b. amillərdən asılıdır. Məsələn, tərkibində polyar xassəli aminturşu
qalıqlarının miqdarı çox olan zülallar yaxşı, qeyri-polyar aminturşuları çox
olan zülallar isə zəif həll olur; qlobulyar zülalların həllolma qabiliyyəti
fibrillyar zülallarınkına nisbətən yüksəkdir. Albuminlər zəif duz məhlullarında,
prolaminlər (bitki zülalları) 60-80%-li spirt məhlulunda
həll olur, kollagen və
keratin isə heç bir həlledicidə həll olmur.
Zülal hissəciklərinin davamlı kolloid məhlul şəklində olmasında onların
ion yükünün və hidratlaşma qabiliyyətinin böyük rolu vardır. Hər bir zülal
molekulu polyar kimyəvi radikallarının dissosiasiyaya uğraması sayəsində
müəyyən elektrik yükü əldə edir və eyni yüklü hissəciklər bir-birini dəf etdi-
yinə görə, məhlulda qalır. Buna görə, molekulun ion yükünün və su qişasının
saxlanmasına şərait yaradan amillər zülalların həll olmasını asanlaşdırır.
Zülal molekullarının ion yükü ilə hidratlaşma qabiliyyəti arasında
mütənasiblik vardır. Yəni zülalın tərkibində polyar aminturşular nə qədər çox
olarsa, onun hidratlaşma qabiliyyəti də bir o qədər çox olur.
Lakin bəzi
zülalların (məsələn, kollagenin) hidratlaşma qabiliyyəti yüksək olduğu halda,
həllolma qabiliyyəti zəif olur.
Zülalların həllolma qabiliyyəti ilə m ü h i t i n p H-ı arasında asılılıq
vardır; mühitin pH-ı zülalın elektrik yükünə təsir göstərməklə, həllolma
qabiliyyətini də dəyişikliyə uğradır. Buna görə, izoelektrik (yəni moleku-
lundakı mənfi və müsbət yüklü radikalların sayı bərabər olan) vəziyyətdə
zülalın həllolma qabiliyyəti minimal səviyyəyə enir. Çünki bu şəraitdə zülal
molekulları bir-birinə asanlıqla yaxınlaşır və birləşib, çöküntüyə keçir.
N e y t r a l d u z l a r ı n zəif qatılıqlı məhlullarında zülallar yaxşı həll
olur. Bu şəraitdə bəzən təmiz suda həll olmayan zülallar da (məsələn,
euqlobulinlər) həll olur. Çünki, duz ionları zülal molekullarının əks-işarəli
radikallarına təsir göstərərək, onlar arasında körpücük əmələ gəlməsinin
qarşısını alır. Lakin məhlulda duzların qatılığının artması zülalların həllolma
qabiliyyətinə əks-istiqamətli təsir göstərir.
Bundan əlavə, müxtəlif duzların
zülallara göstərdiyi çökdürücü təsirin intensivliyi arasında fərq vardır; bu,
həmin duzların anion və kationlarının hidratlaşmış zülallara göstərdiyi suçı-
xarıcı təsirin (hiqroskopik aktivliyin) fərqli olması ilə əlaqədardır. Beləliklə,
hiqroskopik maddələrin zülallara çökdürücü təsiri onların hidratlaşmış zülalları
dehidratasiyaya uğratması ilə izah edilir. Duz məhlullarından başqa, üzvi
həlledicilər də (spirt, aseton və s.) zülallara hiqroskopik təsir göstərir.
Müxtəlif zülalları çökdürmək üçün müxtəlif miqdarda hiqroskopik mad-
dədən istifadə edilməlidir. Məsələn, qan serumu zülallarının qlobulin fraksiyası
neytral duzların yarımdoymuş məhlullarının təsiri nəticəsində çökdüyü halda,
albuminlər yalnız məhlulda duzun qatılığı doyma səviyyəsinə çatdıqda çökün
-
160
tüyə keçir. Zülal çöküntüsünü hiqroskopik maddədən ayırdıqdan sonra yenidən
suda həll etmək mümkündür.
Zülalların neytral duz məhlulları vasitəsilə çökdürülməsinə d u z l a ş d ı-
r ı l m a deyilir. Adətən anionların çökdürücülük qabiliyyəti daha yüksək olur.
Anion və kationların zülallara duzlaşdırıcı təsirinin (hiqroskopik aktivliyinin)
yüksəkliyinə əsaslanan düzülüşünə liotrop sıra (Hofmeyster sırası) deyilir.
Əsas anion və kationların liotrop sırası aşağıdakı kimidir:
Anionlar üçün:
SO
4
2+
–
F
–
[sitrat]
3+
–
[tartrat]
2+
–
[asetat]
–
Cl
–
NO
3
–
Br
–
J
–
CNS
–
Kationlar üçün:
Ba
2+
Sr
2+
Ca
2+
Mg
2+
Cs
+
K
+
Na
+
Li
+
Dostları ilə paylaş: