Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр


 ZÜLALLARIN FİZİKİ-KİMYƏVİ XASSƏLƏRİ



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə106/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   137
Biokimyanın əsasları I cild

4.7. ZÜLALLARIN FİZİKİ-KİMYƏVİ XASSƏLƏRİ 
Müxtəlif zülal növləri fiziki-kimyəvi xassələrinə görə bir-birindən fərq-
lənir. Bu fərqlər aşağıdakı amillərlə əlaqədardır: 1) zülal molekullarının müxtə-
lif formaya və fəza konfiqurasiyasına malik olması; 2) zülalların molekul kütlə-
lərinin fərqləri; 3) zülal molekullarının elektrik yüklərinin (aminturşu qalıqla-
rında olan anion və kation qruplarının) ümumi miqdarının fərqli olması;
4) zülal molekulunun səthi hissəsində polyar və qeyri-polyar aminturşularının 
bir-birinə nisbəti. 
Sadalanan amillər zülalların həllolma qabiliyyəti, zülal məhlulunun özlü-
lüyü, diffuziyaya olduqca zəif uğraması, optik aktivliyi, elektrik sahəsindəki 
mütəhərrikliyi, məhlullarının osmos təzyiqinin zəif, onkotik təzyiqinin isə 
yüksək olması kimi mühüm xassələrini müəyyən edir. 
Zülallar 

hidrofil xassəli birləşmələr olduğuna görə, su mühitində şişir və 
bu zaman onların həcmi dəfələrlə artır. Zülal məhlulunun osmos təzyiqi aşağı, 
özlülüyü isə yüksək olur. Zülal molekulları nə süni yarımkeçirici zarlardan 
(sellofan, perqament), nə də bitki və heyvan toxumalarından ibarət olan bioloji 
membranlardan keçə bilir. Tərkibində olan sərbəst amin və karboksil qrupları 
zülallara amfoterlik xassəsi verir. 
4.7.1. ZÜLAL MOLEKULLARININ FORMALARI 
Zülal molekulları formalarına görə 2 qrupa bölünür: 1) q l o b u l y a r
z ü l a l l a r (latınca: 
globulus

kürə)

kürəşəkilli və ya ellips formalı molekul-
lardan ibarətdir. Bu zülallar suda və zəif duz məhlullarında yaxşı həll olur;
2) f i b r i l l y a r z ü l a l l a r (latınca: 
fibrila

lif) 

molekulları lifə və ya 
sapa bənzəyən zülallardır. Bu zülallar suda uzun müddət saxlanıldıqda şişir, 
lakin həll olmur. 
Qan serumunun albumin və qlobulinləri, hemoqlobin, həzm şirəsi 
fermentləri 

qlobulyar, miozin (əzələ zülalı), keratin (buynuz toxumasının 
zülalı), kollagen və elastin (birləşdirici toxuma zülalları) isə fibrillyar zülalların 
nümayəndələridir.
Fibrillyar və qlobulyar zülallar arasında kəskin sərhəd yoxdur. Çünki, 
bunlar arasında keçid formalarına da təsadüf edilir. Məsələn, qarğıdalı dəninin 
tərkibində olan 
zein
adlı zülalın molekulları uzunsov olduğuna görə, həm 
qlobulyar, həm də fibrillyar zülallara oxşayır; bəzi fibrillyar zülallar isə 
(miozin, aktin, fibroin və s.) müəyyən şəraitdə qlobulyar formaya çevrilə bilir.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin