4. Zülalların dördüncülü strukturu. Bəzi zülalların molekulları hər biri
ayrılıqda üçüncülü struktura malik olan polipeptid zəncirlərinin birləşmələrin-
dən ibarət olur. Bu birləşmələri təşkil edən polipeptid zəncirləri bir-birilə
ion və hidrogen rabitələri vasitəsilə əlaqəli olur; bundan əlavə, həmin poli-
peptidlər arasında qeyri-polyar hidrofob əlaqələr (Van-der Vaals qüvvələri)
sayəsində də rabitə yarana bilər. Belə zülalların quruluşu dördüncülü struktur
anlayışı ilə ifadə edilir. Yəni “dördüncülü struktur” adı altında bir neçə poli-
peptid zəncirinin funksional cəhətdən vahid şəkildə olan zülal molekulunda
birləşməsi nəzərdə tutulur. Dördüncülü struktura malik olan zülallara oliqo-
merlər, onları təşkil edən polipeptid zəncirlərinə isə “protomerlər” və ya “sub-
molekulyar vahidlər” deyilir. Bu zülalların protomerləri öz üçüncülü struktur-
larına xas olan əsas konfiqurasiyalarını qoruyub saxlayır. Protomerlər bir-biri-
nə yalnız səthlərinin müəyyən hissələri vasitəsilə təsir göstərə bilir. Onların bir-
birini qarşılıqlı surətdə “tanıması” molekul strukturlarının komplementarlığı ilə
əlaqədardır; protomerlərin biri digərilə müxtəlif nöqtələrdə birləşir. Buna görə
oliqomerlərin tərkibinə “səhvən” başqa strukturlu polipeptid zəncirinin daxil
olması qeyri-mümkündür. Oliqomer strukturlu zülalların tərkibindəki submo-
lekulyar vahidlərin (protomerlər) sayı çox vaxt cüt (əsasən 2 və ya 4, bəzi
hallarda isə 6 və ya 8 ədəd) olur; onların molekul kütlələri bir-birinə bərabər
ola bilər, lakin bu, vacib şərt deyil. Məsələn, hemoqlobinin zülal hissəsi
–
qlo-
bin – hər biri ayrılıqda birincili, ikincili və üçüncülü struktura malik olan 4 pro-
tomerdən ibarətdir (şəkil 4.9). Bunlardan ikisi
-, ikisi
-polipeptid zənciri
adlanır. Hər bir polipeptid zəncirinə hem adlanan 1 ədəd prostetik qrup birləşir.