149
törəmələri əmələ gəlir. Bu, aminturşu qalıqlarının xassələri ilə əlaqədardır.
Məsələn, prolin qalığında amin qrupu hidrogeni olmadığına görə, bu aminturşu
hidrogen rabitəsinə girə bilmir və
-spiral törətmir.
Fırlanma
istiqamətinə görə,
-spiralın sağ və sol formaları ola bilər.
Bunlardan birincisində spiralın burğuları saat əqrəbi istiqamətində, ikincisində
isə onun əksinə olur.
Polipeptid zəncirinin bükülmüş hissələri arasında
və bir-birinin qonşulu-
ğunda yerləşən müxtəlif polipeptid zəncirləri arasında əmələ gələn hidrogen
rabitələri də zülalların fəza konfiqurasiyasının formalaşmasında
iştirak edə
bilir. Bu üsulla əmələ gələn konformasiyaya
-struktur
və ya
təbəqəli-büküşlü
struktur
adı verilmişdir.
-Strukturun müxtəlif formaları vardır. Polipeptid
zəncirinin bir hissəsinin digərinin üzərinə büküldüyü sahələrdə məhdud ölçülü
-struktur
əmələ gəlir; buna qısa
-struktur və ya
-strukturun kross-forması
deyilir. Bir-birilə paralel vəziyyətdə yerləşən polipeptid zəncirləri arasında bu
zəncirlərin bütün hissələrində növbələnmiş şəkildə
olan hidrogen rabitələri
sayəsində
-struktur əmələ gələ bilər; buna
tam
-struktur
deyilir. Tam
-
strukturun da 2 variantına təsadüf edilir (şəkil 4.6).
Eyni istiqamətli iki
polipeptid zəncirinin hidrogen rabitələri vasitəsilə birləşməsi nəticəsində
yaranan
-struktura paralel
-struktur deyilir. Yəni
bu polipeptid zəncirlərinin
başlanğıc hissələri (N-terminal hissə) bir istiqamətdə olur. Başlanğıc hissələri
əks-istiqamətdə olan polipeptid zəncirlərinin törətdiyi
-struktur isə antiparalel
struktur adlanır.
Dostları ilə paylaş: