Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр


 BƏZİ FİBRİLLYAR ZÜLALLARIN STRUKTURUNUN



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə104/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   137
Biokimyanın əsasları I cild

4.6.4. BƏZİ FİBRİLLYAR ZÜLALLARIN STRUKTURUNUN
ƏSAS XÜSUSİYYƏTLƏRİ 
Fibrillyar zülallar həm funksiyalarına, həm də struktur xüsusiyyətlərinə 
görə qlobulyar zülallardan fərqlənir. Heyvan orqanizmində olan fibrillyar 
zülalları 2 qrupa bölmək olar. 
1. Mühafizəedici və plastik (struktur) funksiyaya malik olan fibrillyar 
zülallar (kollagen, elastin, 

-keratin, 

-keratin); 
2. Əzələ yığılmasında və hüceyrələrin hərəkətində iştirak edən zülallar 
(miozin, aktin, tubulin). 
Fibrillyar zülalların molekulları çox vaxt bir neçə lifdən ibarət olur; bu 
liflər 

-spiral (

-keratinlər, miozin), 

-strukturlu təbəqələr (

-keratinlər, 
fibroin) və ya bir-birinə sarınmaqla xüsusi görkəm almış spirallar (kollagenlər) 
şəklində ola bilər. İnsan orqanizmində ən geniş yayılmış zülal növü olan 
kollagen 

fibrillyar zülalların ən tipik nümayəndəsidir. Orqanizmdə olan zülal-
ların 1/3 hissəsini məhz kollagen təşkil edir. Vətərlərin, dəridə olan lifli birləş-
dirici toxumanın, damar divarının, sümüklərin, dişlərin, qığırdaqların tərki-
bində kollagen olur. 
Kollagenin tərkibində olan aminturşu qalıqlarının 1/3 hissəsini qlisin,
25%-ə qədərini isə prolin və hidroksiprolin təşkil edir. Bu zülalın birincili 
strukturunu (qli-X-Y)
n
düsturu ilə ifadə etmək olar. Yəni kollagenin molekul 
zənciri hərəsi 1 ədəd qlisin qalığından və 2 ədəd hər hansı başqa aminturşunun 
qalığından ibarət olan tripletlərin birləşməsidir. Bu əlamətlər kollageni bütün 


154 
başqa zülallardan fərqləndirir. Müqayisə üçün qeyd edək ki, hemoqlobinin 
tərkibində qlisin qalığı 5%-ə qədərdir; heç bir başqa zülalın molekulunda 
kollagendə olan triplet strukturu müşahidə edilməmişdir. Kollagenin tərkibində 
prolinin miqdarı məlum olan zülalların əksəriyyətindəkinə nisbətən çoxdur. 
Bundan əlavə, kollagenin tərkibində başqa zülallarda olduqca nadir təsadüf 
edilən 2 aminturşu 

hidroksiprolin və hidroksilizin qalıqlarına rast gəlinir. 
Bunlar biosintezdən sonrakı dövrdə zülal molekulunun tərkibində prolin və 
lizinin oksidləşməsi nəticəsində əmələ gəlir. Kollagenin tərkibində hidrok-
silizinlə kovalent rabitə vasitəsilə birləşmiş karbohidrat komponenti olur. Bu, 
qlükoza və qalaktoza qalıqlarının disaxarid şəklində birləşməsidir. Adı çəkilən 
karbohidratların hidroksilizinin 

OH qrupu ilə ardıcıl birləşmə reaksiyaları 
kollagenin zülal hissəsinin sintezindən sonra qalaktoziltransferaza və qlüko-
ziltransferaza fermentlərinin təsiri altında baş verir. Karbohidrat kompo-
nentinin miqdarı toxumanın növündən asılıdır. Məsələn, vətərin tərkibindəki 
hər tropokollagen molekulunda 6, göz büllurunun tropokollagenində isə 110 
karbohidrat komponenti olur. 
Kollagen lifli struktura malik olan irimolekullu zülaldır (şəkil 4.10). 
Kollagen liflərinin submolekulyar vahidləri (protomerləri) tropokollagen 
adlanır. Tropokollagen molekulu 

hər biri spiral şəklində burulmuş sapşəkilli 
3 polipeptiddən ibarətdir. Spiralların hər dairəsinə 3 aminturşu qalığı daxil olur. 
Polipeptid zəncirləri bir-birinə sarınmış şəkildə olur və diametri 1,5 nm, 
uzunluğu isə 300 nm olan tropokollagen molekulunu təşkil edir. Bunların mo-
lekul kütləsi təxminən 300 000-ə bərabərdir. Bir-birinə sarınmış 3 polipeptid 
zənciri (

-zəncirlər) bərabər uzunluqda olur. Onların hər biri 1000-ə yaxın 
aminturşu qalığından ibarətdir. Kollagenin növündən və hansı orqanın 
tərkibinə daxil olmasından asılı olaraq, polipeptid zəncirlərindəki aminturşu 
qalıqları bir-birinin eyni və ya bir-birindən fərqli ola bilər. Peptid zəncirləri bir-
birilə hidrogen rabitələri və kovalent rabitələr vasitəsilə birləşir və bunun 


155 
sayəsində molekulun möhkəmliyi təmin edilir; polipeptid zəncirlərində olan 
lizin, hidroksilizin, allizin və hidroksiallizin qalıqları arasında kovalent 
rabitələr olur (allizin və hidroksiallizin müvafiq aminturşuların 

-amin 
qruplarının oksidləşməsi nəticəsində əmələ gələn aldehid törəmələridir). Bir 
polipeptiddə olan aldehid qrupu digər zəncirdə yerləşən lizin və ya oksilizin 
qalığının 

-amin qrupu ilə birləşərək, köndələn istiqamətdə yerləşən aldimin 
rabitələri (şiff əsasları) əmələ gətirir. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin