Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə45/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   137
Biokimyanın əsasları I cild

Yağda həll olan vitaminlər.
Retinol (A vitamini), kalsiferollar (D vita
-
mini), tokoferollar (E vitamini), naftoxinonlar (K vitamini) və vitaminəbənzər 
maddə 

ubixinon, həmçinin F vitamini (əvəzedilməyən doymamış yağ 
turşuları) fiziki-kimyəvi xassələrinə görə, lipidlər qrupuna aiddir. A, D və E 
vitaminləri üzvi turşularla efirləşmə reaksiyasına girə bilir. Belə güman edilir 
ki, bu vitaminlərin efirləri toxumalarda toplanır və yalnız hidroliz reaksiyası 
vasitəsilə sərbəst hala keçdikdən sonra bioloji aktivlik əldə edirlər. 
Terpenlər. 
Biokimyəvi analiz zamanı toxumalardan lipid fraksiyasının 
tərkibində ekstraksiya edilən üzvi maddələrin bir qrupunu terpenlər təşkil edir. 
Terpenlər 

molekul strukturuna müxtəlif sayda izopren qalıqları daxil olan 
bioüzvi birləşmələrdir. Buna görə, onlara izoprenoidlər də 
deyilir. Bu qrupa efir yağları (kamfora, mentol, geraniol, 
limonen, pinen və s.), müxtəlif strukturlu bitki piqmentləri 
(

-, 

- və 

-karotinlər), A vitamini, skvalen, qatran turşusu, 
kauçuk və b. birləşmələr daxildir. Kimyəvi strukturlarına görə, E vitamini, K 
vitamini və ubixinon da terpenlərlə bir qrupa daxil edilə bilər. Bu qrupa həm də 
toxumalarda terpen strukturlu birləşmələrdən sintez edilən üzvi maddələr daxil 
edilmişdir. Məsələn, xolesterinin və digər steroid strukturlu maddələrin sintezi 
zamanı orqanizmdə skvalendən istifadə edildiyinə görə, onlar da terpenlərin 
növləri hesab edilir.
Terpenlər molekul strukturuna daxil olan izopren qalıqlarının sayına görə, 
müxtəlif qruplara bölünür; tərkibinə 2 izopren qalığı daxil olan birləşmələr 
monoterpenlər, 3 izopren qalığından ibarət olanlar seskviterpenlər, 4, 6 və 8 
izopren qalığının birləşmələri isə müvafiq surətdə diterpenlər, triterpenlər və 
tetraterpenlər adlanır.
Tərkibinə oksigen daxil olan terpenlərin böyük əhəmiyyəti vardır. Bunlar 
arasında bitkilərə səciyyəvi aromat verən izoprenoid spirtləri qeyd etmək olar. 
Efir yağları adlanan bu maddələr terpenlərin aldehid və keton törəmələridir. 
Məsələn, monoterpen spirti olan 
lanalool
sitrus bitkilərinin qabığında və 
inciçiçəyində geniş yayılmışdır. Bu maddə inciçiçəyinin iyini verir.
Lanalool 
изопрен
 


73 
Qızılgülün və ətirşah yarpaqlarının tərkibində kimyəvi strukturuna görə 
lanoloola yaxın olan 
geraniol
və 
sitronellol
adlı terpen törəmələri vardır. Bu 
maddələrdən ətir istehsalında istifadə edilir.
Bitki qatranlarının tərkibində terpenlər qrupuna aid olan tsiklik və atsiklik 
strukturlu spirtlər, karbohidrogenlər və turşular aşkar edilir. Məsələn fitol və A 
vitamini (retinol) spirt xarakterli terpen birləşmələridir. Fitol təbiətdə sərbəst 
halda olmur, lakin onun müəyyən dəyişikliyə uğramış formaları naftoxinonun 
(K vitamini), tokoferolun (E vitamini) və xlorofilin strukturuna daxil olur.
Fitol 
Qatran turşuları tsiklik strukturlu diterpen birləşmələri qrupuna aiddir. 
İynəyarpaqlı bitkilərin qatranlarının ümumi kütləsinin 80%-ə qədərini empirik 
formulu C
20
H
30
O
2
olan qatran turşuları təşkil edir. Terpentin bitkisinin 
qatranını distillə etdikdə ondan skipidar yağı ayrılır və kanifol adlanan bərk 
maddə qalır. Kanifolun əsas kütləsini qatran turşularının bir növü olan 
abetin 
turşusu
təşkil edir. 
Qatran turşuları bir sıra kimyəvi xassələrinə 
görə piy turşularına oxşardır. Onların Na və K 
duzları sabun xassəsinə malikdir. Buna görə, kani-
foldan bəzən yüksək köpüklənmə xassəsi olan sa-
bunlar istehsal edirlər. Bundan əlavə, kanifol təsər-
rüfatın müxtəlif sahələrində işlədilən rezin, plastik 
kütlə, süni gön, lak, boyaq maddələri və b. mate-
rialların istehsalı üçün istifadə edilir.
Tsiklik monoterpenlərdən mentol və kamfora-
nın böyük əhəmiyyəti vardır. Bu maddələr təbabət-
də müalicə vasitəsi kimi tətbiq edilir. Mentol tsiklik 
monoterpen strukturlu spirt, kamfora isə bitsiklik monoterpen strukturlu 
ketondur.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin