79
hidrolizi sabunlaşma adlanır. Bu reaksiya nəticəsində qliserin sərbəst hala keçir
və üzvi turşuların duzları, yəni sabunlar əmələ gəlir.
Sabunlaşma reaksiyası NaOH-la aparıldıqda bərk sabun, KOH-la aparıldıq
-
da maye sabun əmələ gəlir. Bu reaksiya üçün lazım gələn qələvinin miqdarı
hidroliz zamanı triasilqliserinlərdən ayrıla biləcək üzvi turşuların molyar
nisbətindən asılıdır. Buna görə, üzvi turşunun molekul kütləsi nə qədər çox
olarsa, onun tam neytrallaşdırılması üçün lazım gələn qələvinin nisbi kütləsi bir
o qədər az olur.
1 q piyin (və ya yağın) hidrolizindən alınan turşuların tam neytrallaş-
dırılması üçün sərf edilən kalium-hidroksidin miqdarına s a b u n l a ş m a
ə d ə d i deyilir. Sabunlaşma ədədi triasilqliserinlərin tərkibindəki üzvi turşu
molekullarında karbon atomları zəncirinin böyüklüyünü ifadə edən mühüm
göstəricilərdən biridir. Təbii yağların tərkibində müəyyən qədər xırdamolekullu
üzvi turşular (butiril, kapron və kapril turşuları da) olur. Onların miqdarca
çoxluğu yağın ərimə temperaturunu aşağı salır. Çünki, yağların ərimə
temperaturu onların molekullarına daxil olan karbon atomlarının sayca
çoxluğundan müəyyən dərəcədə asılıdır. Yağın tərkibində olan xırdamolekullu
üzvi turşular qaynadılma zamanı buxarlanır. Bundan yağların kimyəvi tərkibini
xarakterizə edən Reyxert-Meyssel ədədini müəyyənləşdirmək üçün istifadə
edirlər. R e y x e r t
–
M e y s s e l ədədi 5 q yağ distillə edildikdə ondan su ilə
birlikdə buxarlanan turşuların neytrallaşdırılması üçün lazım gələn 0,1 n
qatılıqlı natrium-hidroksid məhlulunun millilitrlərlə miqdarı ilə ölçülür.
Yağların tərkibində olan doymamış turşular hidrogenlə və halogenlərlə
reaksiyaya girmək qabiliyyətinə malikdir. Müvafiq katalizatorların iştirakı
şəraitində baş verən hidrogenləşmə reaksiyası nəticəsində, maye halda olan
yağlar bərk halda olan yağlara çevrilir. Bu reaksiyadan marqarin yağı
istehsalında istifadə edilir. Həm hidrogen, həm də halogenlər yağların tərki-
bində olan ikiqat rabitəli karbon atomları ilə reaksiyaya girir. Məsələn, yodla
reaksiya aşağıdakı sxem üzrə baş verir:
Dostları ilə paylaş: