87
Mürəkkəb fosfatidilinozitlər bakteriyalarda daha geniş yayılmışdır. Lakin
bu birləşmələrə araxisin, soyanın, günəbaxan toxumunun və b.
bitki məhsul-
larının tərkibində də rast gəlinir.
5. Plazmalogenlər
–
ilk dəfə qan plazmasının kimyəvi analizi zamanı
müşahidə edilmişdir (Felgen, 1924); buna görə fosfolipidlərin bu tipinə “plaz-
malogen” adı verilmişdir. Plazmalogenlər fosfolipidlərin digər növlərindən
qliserin qalığının 1-ci karbon atomuna birləşmiş
kimyəvi qrupun növünə görə
fərqlənir. Onların molekullarında digər fosfolipidlərdən fərqli olaraq, C
1
vəziy-
yətində piy turşusunun əvəzinə
- və
-karbon atomları arasında ikiqat rabitə
olan doymamış spirt qalığı yerləşir. Qliserin qalığına sadə efir rabitəsi
vasitəsilə birləşən spirt qalığının tərkibində 12-dən 18-ə
qədər karbon atomu
ola bilər. Plazmalogen molekulunun digər komponentləri qliserofosfolipidlərin
başqa növlərinə uyğun gəlir. Yəni bunların molekullarında fosfat turşusu qalığı
ya xolinlə, ya etanolaminlə, ya da serinlə birləşmiş vəziyyətdə olur. Beləliklə,
molekul strukturuna daxil olan azot əsaslarının növünə görə, plazmalogenlərin
3 tipi ayırd edilir:
fosfatidalxolinlər, fosfatidaletanolaminlər və fosfatidal-
serinlər.
Plazmalogenlərin molekullarında doymamış spirt və qliserin qalıqları ara-
sındakı sadə efir rabitəsi duru turşu məhlullarının təsiri nəticəsində parçalanır.
Bu zaman
,
-vəziyyətində ikiqat rabitə olan spirt müvafiq aldehidə çevrilir.
Bu aldehidlərə ilk dəfə plazmada müşahidə edildiklərinə görə, plazmallar
deyilir. Plazmalogen (plazmal törədən) sözü də buradan yaranmışdır.
fosfatidalxolin
Plazmalogenlər əzələ liflərinin və sinir hüceyrələrinin membranlarında xü-
susilə geniş yayılmışdır. Baş beynində və onurğa beynində olan fosfolipidlərin
ümumi kütləsinin 50%-dən artığını plazmalogenlər təşkil edir.
Orqanizmin
bütün fosfolipidlərinin isə 20%-i plazmalogenlərdən ibarətdir. Bitki toxu-
malarında plazmalogenlərin olması haqqında hələlik dəqiq məlumat yoxdur,
lakin onların olmadığını da iddia etmək olmaz. Bəzi
bakteriyalarda isə plaz-
malogenlər aşkar edilmişdir.
Dostları ilə paylaş: