Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə63/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   137
Biokimyanın əsasları I cild

9.
 
Reseptor funksiyası. 
Orqanizmin hüceyrələrinə tənzimedici amillərin 
(hormonlar, sinir mediatorları) təsiri həmin amillərlə seçici surətdə birləşmək 
qabiliyyətinə malik olan spesifik zülallar vasitəsilə həyata keçirilir. Bunlara 
reseptorlar deyilir. 
 
Zülalların bütün funksiyalarını təkcə yuxarıda sadalananlarla məhdud-
laşdırmaq olmaz. Bunlardan əlavə, zülallar orqanizmin maye mühitində (qan, 
limfa, hüceyrəarası maye) və hüceyrədaxili mühitdə onkotik təzyiqin və pH-ın 
tənzimində iştirak edir. Zülalların tənzimedici funksiyası da təkcə fermentlər və 
hormonlarla əlaqədar deyil; məlumdur ki, hüceyrə genomunun fəallığı zülal 
tərkibli tənzimedicilər vasitəsilə idarə edilir. Bəzi polipeptidlər fermentlərin 
fəallığını inhibisiya etməklə, onların təsirini tənzimləyir. Heyvan və mikro-
orqanizm mənşəli bəzi zülallar orqanizmə toksik təsir göstərmək xassəsinə 
malikdir. Bunlara ilan zəhərini və difteriya toksinini misal göstərmək olar. 
Beləliklə, zülalların funksiyalarının yuxarıda verilən natamam siyahısı onların 
həyat üçün müstəsna dərəcədə əhəmiyyətli olduğunu sübut edir. Əgər nuklein 
turşularının hüceyrə bölünməsi, zülal biosintezi, çoxalma və əlamətlərin nəsil-
dən-nəslə verilməsi kimi mühüm həyati proseslərdə sərbəst şəkildə deyil, 
zülallarla kompleks birləşmə halında iştirak etdiyini nəzərə alsaq, onda bu iki 
biopolimer qrupundan hansının daha yüksək bioloji əhəmiyyətə malik olduğu 
haqqında sual verməyin mənasız olduğu üzə çıxar. 
4.2. ORQANİZMDƏ VƏ MÜXTƏLİF TOXUMALARDA
ZÜLALLARIN MİQDARI 
Canlı orqanizminin ümumi kütləsinin böyük hissəsini zülallar təşkil edir. 
Heyvan orqanizminin ümumi kütləsinin 25%-ə qədəri, quru kütləsinin isə 45-
50%-i zülallardan ibarətdir. Mikroorqanizmlərdə və bitkilərdə heyvan və insan 
orqanizmindəkinə nisbətən az zülal olur. Lakin onların miqdarca azlığı heç də 
həyat üçün əhəmiyyətinin az olduğunu göstərmir. 
Zülallara bütün toxuma və orqanlarda təsadüf edilir. Qığırdağın, sümüyün, 
tüklərin, dırnaq və buynuz toxumasının tərkibində aşkar edilən və suda həll 
olmayan bir sıra maddələr də kimyəvi tərkibinə və bəzi digər xassələrinə görə 
zülallar qrupuna aiddir. Lakin müxtəlif toxumalarda olan zülallar həm fiziki-
kimyəvi xassələrinə, həm də miqdarlarına görə bir-birindən fərqlənir. 
Əzələlərdə, dalaqda, böyrəklərdə və ağciyərdə zülalların miqdarı quru kütləyə 
görə 70-80%-ə çatdığı haqda, sümük və piy toxumasında bundan xeyli az zülal 
olur (cədvəl 4.2). 
Zülallar hüceyrə orqanoidləri arasında da qeyri-bərabər miqdarda paylanır; 
adətən hüceyrə şirəsində (hialoplazma) onların miqdarı daha çox olur. Müxtəlif 
hüceyrə orqanoidlərində olan zülalların miqdarı həmin orqanoidlərin ölçülərin- 
dən və miqdarından asılıdır. 4.3-cü cədvəldə müxtəlif hüceyrə orqanoidlərində 
olan zülalların ümumi hüceyrəyə görə faizlə miqdarı verilmişdir.


96 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin