102
4.4.3.1. Zülalların duz məhlulları vasitəsilə
fraksiyalaşdırılması (duzlaşdırılma)
Yuxarıda
göstərildiyi kimi, zülal məhluluna qələvi metalların və qələvi
torpaq metallarının duzları əlavə edildikdə onlar çöküntüyə keçir; ammonium
duzları da zülallara çökdürücü təsir göstərir. Duzlaşdırma
yolu ilə çökdürülən
zülallar əsas kimyəvi və bioloji xassələrini itirmir və məhlulda duzların miqdarı
azaldıqda yenidən həll ola bilir.
Klinik laboratoriyalarda duzlaşdırma üsulundan qan serumunda və digər
bioloji mayelərdə olan zülalların analizi zamanı nisbətən çox istifadə edilir.
Lakin bu üsuldan digər hər hansı toxuma zülallarının tədqiqi zamanı da istifadə
edilə bilər. Zülalların müxtəlif növlərini çökdürmək üçün məhlula qatılmalı
olan duzların miqdarı bir-birindən fərqlənir. Məsələn,
qan serumunda olan
qlobulinlər ammonium-sulfatın qatılığı doymuş məhlul əmələ gətirə biləcək
qatılığın 50%-nə bərabər səviyyəyə çatdırıldıqda çöküntüyə keçir, albuminlərin
çökməsi isə yalnız məhlul ammonium-sulfatla tam doyuzdurulduqda mümkün
olur.
Zülalların duzlaşdırılma üsulu ilə çökdürülməsinin sürəti çökdürücü duzun
növündən əlavə, mühitin pH-dan və temperaturdan da asılıdır. Duzların çök-
dürücü təsirinin reallaşması isə onların ion yükündən asılıdır. Buna görə adətən
müxtəlif duzların zülallara çökdürücü təsirinin intensivliyi
ion qüvvəsi
adlanan
kəmiyyətlə ifadə edilir. İon qüvvəsi məhlulda olan müxtəlif ionların qatılıqları
ilə valentlik vahidlərinin kvadratları hasilinin cəmindən
ibarət olan rəqəmin
yarısına bərabərdir:
2
2
1
V
c
=
Bu düsturda
–
ion qüvvəsi, c
–
hər bir ionun qatılığı, V
–
müvafiq ionun
valentliyi,
isə toplama işarəsidir.
İnsanın qan plazması zülallarının aşağı temperatur şəraitində etil spirti
vasitəsilə təcir göstərilməklə aparılan fraksiyalaşdırılma üsulu (Kon üsulu) kli-
nik-laboratoriya tədqiqatı üçün daha əhəmiyyətlidir. Bu üsulla 3
o
C tem-
peraturda fraksiyalaşdırma aparıldıqda fibrinogenin
çökdürülməsi üçün mühit
pH-nın 7,2-yə bərabər olduğu şəraitdə məhlula 8%-li etil spirti əlavə etmək
lazım gəlir. Mühitin temperaturu 5
o
C-yə, pH-ı 5,2-yə, etil spirtinin qatılığı isə
18%-ə çatdıqda
1
-qlobulinlər çökür;
- və
-qlobulinlərin çökdürülməsi üçün
eyni temperatur şəraitində mühitin pH-ı 6,9, məhlulda spirtin qatılığı isə 25%
olmalıdır; mühitin pH-ı 5,8-ə, etil spirtinin qatılığı isə 40%-ə çatdırıldıqda
2
-
qlobulinlər, pH-ın 4,8-ə, etil spirtinin 40%-ə
bərabər olduğu şəraitdə isə
albuminlər çöküntüyə keçir. Bu üsulla çökdürülən zülallar sonradan yenidən
məhlul halına düşə bilir. Belə fraksiyalaşdırma zamanı zülalların
bioloji
xassələri saxlandığına görə, bu üsuldan qanın müxtəlif fraksiyalarından ibarət
olan müalicə vasitələrinin (qanəvəzedicilər) istehsalında da istifadə edilir.