Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр


 BİOLOJİ MATERİALIN HOMOGENİZASİYASI



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə68/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   137
Biokimyanın əsasları I cild

4.4.1. BİOLOJİ MATERİALIN HOMOGENİZASİYASI 
Canlı toxumalarında olan zülalları ayırmaq üçün əvvəlcə toxuma kəsik-
lərini homogen kütlə alınana qədər xırdalayırlar. Bu əməliyyat 
homogenizasiya 
adlanır. Homogenizasiya hüceyrə strukturları tamamilə dağılana qədər davam 
etdirilir. Homogenizasiya prosesi homogenizator adlanan müxtəlif konstruk-
siyalı cihazlar vasitəsilə həyata keçirilir. Məsələn, yumşaq toxumaları Potterin 
həvəng-dəstəli homogenizatorunda və ya Uorrenin bıçaqlı homogenizatorunda 
homogenizasiya etmək olar. Sərt toxumaların (sümük, qığırdaq və s.) homoge-
nizasiyası isə vallı və ya diyircəkli dəyirman adlanan, elektrik mühərriki 
vasitəsilə işləyən xüsusi cihazlar vasitəsilə aparılır. Bəzən toxumanı növbə ilə 
dondurur və donunu açırlar, bu zaman buz kristallarının təsiri nəticəsində hü-
ceyrə qişalarının tamlığı pozulur. Şərait olduqda xüsusən mikrob hüceyrə-
lərinin homogenizasiyası “azot bombası” üsulu ilə aparılır, bundan ötrü, hücey-
rələr yüksək təzyiq altında azotla doyuzdurulur, sonra isə həmin hüceyrələrin 
yerləşdiyi mühitdə atmosfer təzyiqi kəskin surətdə azaldılır. Bu zaman 
hüceyrələrdə həll olmuş azot sürətlə məhlul halından çıxır və nəticədə hüceyrə 
qişaları parçalanıb dağılır. Bunlardan əlavə, hüceyrələrin tamlığını pozmaq 
üçün ultrasəsdən və digər fiziki təsir üsullarından da istifadə etmək olar.
4.4.2. ZÜLALLARIN EKSTRAKSİYASI 
Ekstraksiya prosesi zülalların təmizlənməsinin 2-ci mərhələsi hesab edilsə 
də, adətən homogenizasiya ilə paralel surətdə aparılır. Zülalları homogenatın 
tərkibindən ayırmaq üçün müxtəlif məhlullardan istifadə edilir. Bu məqsədlə 
işlədilən məhlulun pH-ı ekstraksiya ediləcək zülalın xassələrinə müvafiq 
gəlməlidir. Çox vaxt ekstraksiyaedici kimi bəzi duzların 8-10%-li məhlulların-
dan istifadə edilir və məhlulun pH-ı müxtəlif bufer xassəli maddələr vasitəsilə 
müvafiq göstəricilərə çatdırılır. Bunlardan əlavə, ekstraksiya zamanı üzvi 
həlledicilərdən və zülal molekullarının həm bir-birilə, həm də lipidlərlə əmələ 
gətirdiyi hidrofob rabitələri parçalayan maddələrdən istifadə edilir.
Zülalların həllolma qabiliyyəti mühitin pH-dan əhəmiyyətli dərəcədə 
asılıdır. Buna görə, toxuma zülallarını məhlula keçirmək üçün fosfat, sitrat və 
ya borat bufer sistemləri vasitəsilə, ekstraksiya ediləcək zülalın xassələrinə 
müvafiq gələn zəif turş və ya qələvi mühit yaradılır. Bu, zülalların həm həll 


101 
olmasına, həm də öz təbii xassələrini saxlamasına imkan verir. Bu məqsədlə 
çox vaxt “tris-bufer” sistemindən istifadə edilir. Adı çəkilən bufer sistemi tris-
oksimetil-aminmetanın [(HOCH
2
)
3
CNH
2
]
0,2 M qatılıqlı məhlulu ilə 0,1 M 
qatılıqlı xlorid turşusu məhlulunun müxtəlif nisbətli qarışığından ibarətdir.
Ekstraksiya zamanı qliserin və saxaroza kimi üzvi birləşmələrin zəif 
məhlullarından da istifadə edilir. Qan serumu zülallarının bir-birindən ayrıl-
ması üçün onları etil spirti, aseton, butil spirti və ya bu maddələrin müxtəlif 
nisbətli qarışıqları vasitəsilə çökdürürlər.
Zülalları lipidlərlə və digər zülallarla kompleks birləşmələrindən ayırmaq 
üçün müxtəlif detergent xassəli maddələrin təsirindən istifadə edilir. Məsələn, 
mitoxondrilərin membranları ilə rabitəli olan zülalların (fermentlərin) ekstrak-
siyası məqsədilə, homogenatlarla dezoksixol və dodesilsulfat turşularının nat-
rium duzları və triton X-100 qarışdırılır. Lakin bu zaman nəzərə alınmalıdır ki, 
detergentlər zülal molekulları arasındakı kompleks rabitələri parçalamaqla, 
onların dördüncülü quruluşunun (4.6.3-cü
bölməyə bax) da pozulmasına səbəb 
olur. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin