Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр


 ZÜLALLARIN FRAKSİYALAŞDIRILMASI VƏ TƏMİZLƏNMƏSİ



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə69/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   137
Biokimyanın əsasları I cild

4.4.3. ZÜLALLARIN FRAKSİYALAŞDIRILMASI VƏ TƏMİZLƏNMƏSİ 
Toxuma zülallarını hüceyrələrdən və hüceyrə orqanoidlərindən azad 
etdikdən sonra onların müxtəlif növlərini bir-birindən ayırırlar. Bu əməliyyat 
zülalların fraksiyalaşdırılması
adlanır. Fraksiyalaşdırma məqsədilə zülal məh-
luluna müxtəlif üsullarla təcir göstərilir. Bu üsullara məhlulun duzlaşdırılması, 
zülalların istilik təciri ilə denaturasiyası, üzvi həlledicilərin köməyi ilə çök-
dürülmə, iondəyişdirici vasitələrin tətbiqi, xromatoqrafiya, elektroforez, kristal-
laşdırılma, ikifazalı sistemlər vasitəsilə ayrılma və b. üsullardan istifadə edilir.
Homogenizasiya və ekstraksiya nəticəsində məhlul halında əldə edilən 
zülalları digər qarışıqlarından ayırmaq və məhlulda olan hər hansı bir zülalı 
tam təmiz halda əldə etmək üçün çoxmərhələli əməliyyatlar aparılır. Bu zaman 
təmiz halda əldə edilməsi nəzərdə tutulan zülali maddə qarışıqda olan digər 
maddələrdən ayrılmalıdır. Adətən toxuma ekstraktının tərkibində molekul küt-
ləsi 100-dən 10 milyona qədər olan bir neçə min maddə növünə təsadüf edilir 
və bu maddələrin qatılığı 10
-15
-mol/l-dən 10
-2
mol/l-ə qədər olur. Təmizləmə 
prosesinin bir və ya bir neçə mərhələsini keçirməklə, toxuma ekstraktının tər-
kibinə daxil olan maddələrin birini digərindən yalnız qismən ayırmaq müm-
kündür. 
Zülalların suda həll olması hidratlaşma ilə müşayiət edilir. Yəni bu zaman 
zülal molekulları onlarla əlaqəyə girmiş su molekullarından ibarət olan xüsusi 
qişa ilə əhatə edilir. Məhlula hidratlaşma prosesini pozan kimyəvi maddələrlə 
(qələvi metalların qatı məhlulları, spirt, aseton və s.) və ya fiziki amillərlə 
(istilik, şüalandırılma və s.) təsir edildikdə zülallar məhlul halından çöküntüyə 
keçir. Lakin belə zülalları çökdürücü amillərin təsirindən azad etdikdə onlar 
yenidən suda həll ola bilir. Bu hadisədən zülalları təmiz halda almaq məqsədilə 
istifadə edilir. Aşağıda zülalların fraksiyalaşdırılma və təmizlənməsinin ümumi 
prinsipləri haqqında məlumat verilir. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin