Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр


Biokimyəvi tədqiqatın əsas prinsipləri



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə6/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   137
Biokimyanın əsasları I cild

 
Biokimyəvi tədqiqatın əsas prinsipləri 
 
Bioloji kimya üzrə tədqiqatlar canlı orqanizmdən alınmış material üzərində 
aparılır. Bioloji materialın kimyəvi tərkibini, fiziki-kimyəvi xassələrini, burada 
baş verən mübadilə proseslərinin gedişini öyrənmək üçün müxtəlif fiziki, 
fiziki-kimyəvi (o cümlədən, radioaktiv izotoplarla nişanlanmış atomlar vasitə-
silə) və kimyəvi analiz üsullarından, bəzi irimolekullu birləşmələrin analizi 
zamanı isə onların elektron strukturunun öyrənilməsi məqsədilə kvant mexa-
nikası hesablamalarından, rentgenostruktur analiz, spektrometriya, nüvə-maq-
nit rezonansı, spektroskopiya və b. kimi mürəkkəb analitik metodlardan isti-
fadə edilir. 
Bioloji kimya elmi bioloji birləşmələrin strukturunun, hüceyrədaxili mühit
-
dəki çevrilmələrinin və funksiyalarının öyrənilməsi üçün istifadə edilən kim
-
yəvi, fiziki-kimyəvi, riyazi və fizioloji üsullardan əlavə, özünəməxsus analitik 
metodlara da malikdir. Bunlara fermentativ analiz üsullarını misal göstərmək 
olar. Bu üsuldan bioloji kimyadan başqa, praktik təbabətdə, əczaçılıq və yeyinti 
sənayesində, həmçinin xalq təsərrüfatının müxtəlif sahələrində geniş surətdə 
istifadə edilir. 
Biokimyəvi tədqiqatın metodologiyası çox mühüm və səciyyəvi xüsusiy-
yətlərə malikdir. Bu tədqiqatın əsas prinsiplərini 2 mühüm amil müəyyən edir: 
1) tədqiqat aparılan bioloji material; 2) eksperimental tədqiqatın aparılma 
texnikası. 


11 
Biokimyəvi eksperimentlər fiziologiyada olduğu kimi, həm tam orqanizm 
səviyyəsində, həm də orqanizmdən təcrid edilmiş orqan və ya toxuma üzərində 
aparıla bilər. Bununla birlikdə, biokimyəvi təcrübələri orqan, toxuma və hü-
ceyrə preparatları, həmçinin maya göbələkcikləri, bakteriyalar və viruslar 
üzərində aparmaq olar. 
Biokimyəvi eksperiment canlı orqanizm üzərində aparıldığına görə, tədqi-
qat üçün hər hansı bioloji material götürülərkən, orqanizmə zərər vurmamaq 
məqsədilə maksimal surətdə əsirgəyici üsullardan istifadə edilir, bəzən isə bio-
loji molekulları fiziki-kimyəvi analiz üsulları vasitəsilə tədqiq etmək üçün bir 
sıra əlavə hazırlıq tədbirləri görülür. Doğrudur, eksperimental tədqiqat zamanı 
bir sıra hallarda bioloji material təcrübə aparılan heyvan öldürüldükdən sonra 
da götürülə bilər. Lakin belə hallarda heyvanı öldürmək və bioloji material 
götürmək üçün ciddi müəyyənləşdirilmiş üsullardan istifadə edilir ki, öyrənilən 
biokimyəvi göstəricilər əlavə təsirlər nəticəsində dəyişikliyə uğramasın. 
Biokimyəvi tədqiqat məqsədilə orqanizmin bioloji mayelərindən (qan, 
limfa, hüceyrəarası maye, sidik və s.), bütöv orqanizmdən, təcrid edilmiş orqan 
və toxumalardan, toxuma kəsiklərindən, orqanların homogenatlarından, eks-
traktından, hüceyrə orqanoidlərindən, maya göbələkciklərindən, bakteriya-
lardan və digər bioloji materialdan istifadə edilir. 
Bütöv heyvan orqanizmləri
üzərində aparılan biokimyəvi tədqiqat-
lardan bioloji kimyanın inkişafının erkən mərhələlərində nisbətən geniş istifadə 
edilirdi. Belə tədqiqatlar müxtəlif qida amillərinin orqanizm üçün əhəmiy-
yətinin aydınlaşdırılmasında böyük əhəmiyyətə malik olmuşdur. Bu üsulla 
qidalanmanın xarakterini (qidanın tərkibini) dəyişməklə aparılan təcrübələr 
əvəzedilməz qida amilləri haqqında mülahizələrin meydana çıxmasına səbəb 
olmuş, vitaminlərin və bir sıra aminturşuların bioloji əhəmiyyəti aşkara çıxarıl-
mışdır. “Əvəzedilməz qida amilləri”“ adı altında elə birləşmələr nəzərdə tutulur 
ki, onlar maddələr mübadiləsinin, inkişaf və çoxalma proseslərinin tənzimində 
müəyyən əhəmiyyətə malik olduqları halda, orqanizmdə sintez edilmir və 
yalnız qidanın tərkibindən mənimsənilir. Vitaminlər və aminturşuların bir 
qrupu məhz belə amillərə aiddir. 
Təcrid edilmiş orqanlar
üzərində aparılan təcrübələrin biokimyanın 
inkişafında böyük rolu olmuşdur. Bu məqsədlə orqanizmdən ayrılan bu və ya 
digər orqan (məsələn, qaraciyər) xüsusi qidalı mühitdə saxlanılır və onun 
damarlarından fasiləsiz surətdə müəyyən maye (qan, plazma, süni məhlullar) 
keçirilir (bu prosesə 
perfuziya 
deyilir). Perfuziya edilən mayeyə tədqiq ediləcək 
maddə əlavə etməklə, bu maddənin tədqiqat aparılan orqanda hansı dəyişikliyə 
uğradığı müəyyənləşdirilir. 
Tədqiqat üçün 
toxuma kəsikləri
elə hazırlanmalıdır ki, onların qalınlığı ən 
minimal səviyyədə olsun. Bu məqsədlə xüsusi ultramikrotomlar vasitəsilə 
qalınlığı hətta bir hüceyrənin ölçülərindən artıq olmayan kəsiklər hazırlanır və 
tərkibinə görə orqanizmin daxili mühitinin mayelərinə yaxın olan maye 
mühitdə saxlanılır. Bu mayeyə biokimyəvi çevrilmələrinin öyrənilməsi plan-
laşdırılan maddə əlavə edilir və müəyyən müddət bədən temperaturuna müva-
fiq şəraitdə saxlanılır (buna 
inkubasiya 
deyilir). Bu şəraitdə aparılan histokim-
yəvi tədqiqatın maddələr mübadiləsinin bir sıra mərhələlərinin öyrənilməsində 


12 
böyük əhəmiyyəti olmuşdur. 
Hüceyrədaxili mayenin və hüceyrə orqanoidlərinin tərkibinin biokimyəvi 
analizi zamanı xüsusi hazırlıq tədbirləri tələb olunur. Çünki, hüceyrələr və 
hüceyrə orqanoidləri membran vasitəsilə əhatə edildiyindən, onların daxili 
mühitindəki maddələr analiz üçün qabaqcadan azad edilməlidir. Hüceyrə 
membranları müxtəlif kimyəvi birləşmələri müxtəlif sürətlə keçirir; bəzi 
maddələr isə ümumiyyətlə membranlardan keçə bilmir (bunlara ilk növbədə 
hidrofob xassəli maddələr aiddir). Buna görə, hüceyrədaxili mühitdə olan 
maddələri ayırmaq üçün toxumaları doğrayıb xırda hissəciklər şəklinə saldıq-
dan sonra müəyyən tərkibli maye ilə qarışdırıb, homogen kütlə halına düşənə 
qədər əzirlər. Bu proses 
homogenizasiya
adlanır. Homogenizasiya etmək 
məqsədilə çox vaxt Potter homogenizatorundan istifadə edilir. Bu cihaz dibi 
sferik şəkildə olan qalın divarlı sınaq şüşəsindən və onun daxili diametrinə 
uyğun gələn porşendən ibarətdir. Porşen xüsusi elektrik mühərriki vasitəsilə öz 
oxu ətrafında fırladılır; içərisində toxuma kəsikləri olan sınaq şüşəsi yuxarı və 
aşağı hərəkət etdirilir. Bu zaman tədricən toxuma kəsikləri əzilir, hüceyrələr 
parçalanıb dağılır, hüceyrə orqanoidləri isə tamlığını saxlayır. Bu üsulla əldə 
edilən homogenat bioloji fəallığını saxlayır. 
Homogenləşdirmə zamanı istifadə edilən mayenin tərkibi elə olmalıdır ki, 
tədqiq ediləcək maddənin tərkibinin və bioloji fəallığının dəyişməsinə səbəb 
olmasın. Təsvir edilən üsulla əldə edilən homogenat sentrifuqalaşdırma yolu ilə 
fraksiyalara ayrılır. Bu zaman sentrifuqanın üst hissəsində sitozol mayesi, aşağı 
təbəqədə isə hüceyrə orqanoidləri toplanır. Sitozol fermentləri və digər bioloji 
molekullar maye təbəqənin tərkibində tədqiq edilir. Bu maye müvafiq orqan və 
ya toxumanın ekstraktı adlanır. 
Biokimyəvi tədqiqatda hər hansı bir hüceyrə orqanoidinin öyrənilməsi 
nəzərdə tutulduqda həmin orqanoid mümkün qədər təmiz halda əldə edil-
məlidir. Bu məqsədlə orqan və toxuma homogenatını sentrifuqadan keçir-
dikdən sonra, alınan çöküntünü fraksiyalara ayırırlar. 
Hüceyrə orqanoidlərini fraksiyalara ayırmaq üçün 
homogenizasiya

ekstraksiya
və 
sentrifuqalaşdırma
proseslərindən istifadə edilir. 
Orqanoidlərin ekstraksiyası
elə şəraitdə aparılmalıdır ki, onlar zədələn
-
məsin. Buna görə, ekstraksiya prosesi yüksək temperatur şəraitində aparılma-
malı, bundan ötrü istifadə edilən məhlulun pH-ı və osmos təzyiqi isə hücey-
rədaxili mühitin eyni göstəricilərinə bərabər olmalıdır. Çox vaxt tədqiq 
ediləcək fermentlərin fəallığını mühafizə etmək məqsədilə, ekstraksiya prosesi 
0-4
o
C temperaturda həyata keçirilir. Orqanoidlərin ekstraksiyası üçün çox 
istifadə edilən məhlullardan birinin tərkibinə fizioloji qatılıqlara müvafiq gələn 
miqdarda kalium və maqnezium ionları ilə birlikdə 0,25 M saxaroza daxildir; 
bu məhlulun pH-ı 0,5 M qatılıqlı xlorid turşulu tris-bufer (tris-hidroksimetil-
aminometanhidroxlorid) məhlulu əlavə edilməklə, 7,4-ə çatdırılır; bundan 
fərqli olaraq, lipidlərin ekstraksiyası üçün üzvi həlledicilərdən istifadə edilir. 
Bu məhlullarla qarışdırıldıqdan sonra homogenizasiya edilən toxuma kütləsi 
ilk dəfə aşağı sürətlə sentrifuqalaşdırılır; alınan çöküntüdən

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin