10
inkişafına böyük yardım göstərir. Məhz klinik biokimyanın inkişafı xəstə-
liklərin inkişaf mexanizminin aydınlaşdırılması, diaqnostikası və müalicə
prosesinin gedişinə nəzarət edilməsi sahəsində mühüm nailiyyətlər əldə etməyə
imkan yaratmışdır. Klinik biokimya üzrə biliklər xəstəliklərin patogenezini
müəyyənləşdirməyə, düzgün diaqnoz qoymağa, mümkün olan ağırlaşmaların
qarşısını almağa, müalicə taktikası seçməyə və proqnozun müəyyənləşdiril-
məsinə böyük yardım göstərir. Aydındır ki, ümumi biokimya və sağlam
orqanizmin biokimyəvi göstəriciləri haqqında aydın təsəvvürə malik olmadan
xəstəlik və patoloji proseslər zamanı törənən biokimyəvi dəyişiklikləri düzgün
qiymətləndirmək mümkün deyil.
Biokimyanın həyati prosesləri bioloji makromolekullar (zülallar, nuklein
turşuları) səviyyəsində öyrənən sahəsinə
molek ulyar biolo giya
adı veril-
mişdir. Son illərdə klinik biokimyada xəstəliklərin əksəriyyətinin molekulyar
əsası olduğunu sübut edən və patoloji prosesləri molekulyar səviyyədə tədqiq
edən yeni istiqamət
–
molekulyar pa tol ogiy a
−
meydana çıxmışdır. Xəstə-
liklərin molekulyar əsaslarının tədqiq edilməsi çox vaxt onların səbəblərini
aydınlaşdırmağa, inkişaf mexanizmini dərk etməyə imkan verir. Məhz bu
tədqiqatlar sayəsində bir sıra irsi mübadilə pozulmalarının mahiyyəti aydın-
laşdırılmışdır.
Fiziologiya, əmək gigiyenası, immunologiya və b. sahələrdə olan bir sıra
elmi problemlərin həllində də bioloji kimyanın mühüm rolu vardır. Bundan
əlavə, müxtəlif mənşəli zəhərli maddələrin və hipoksiyanın orqanizmə təsirinin
müəyyənləşdirilməsində biokimyəvi biliklərin rolu çox böyükdür.
Dostları ilə paylaş: