Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə9/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   137
Biokimyanın əsasları I cild

BİRİNCİ HİSSƏ 
 
STATİK BİOKİMYA 
 


20 
I FƏSİL 
ORQANİZMİN KİMYƏVİ TƏRKİBİ HAQQINDA
ÜMUMİ MƏLUMAT 
 
Bütün canlıların (o cümlədən insanın) orqanizmi kimyəvi tərkibinə görə 
ətraf mühitdən fərqlənir. Doğrudur, canlı orqanizmin toxumalarının tərkibində 
ətraf mühitdə olan kimyəvi elementlərin əksəriyyətinə təsadüf edilir. Lakin 
bunlar arasında həm kəmiyyət, həm də keyfiyyət fərqləri vardır. Müxtəlif canlı 
növlərinin toxumalarında 70-ə qədər kimyəvi element aşkar edilmişdir. 
Bunlardan 22-yə qədərinə bütün canlı növlərinin orqanizimində təsadüf edilir
qalan hissəsi isə ayrı-ayrı canlıların toxumalarında yayılmışdır.
Adətən kimyəvi elementin orqanizmdə olan miqdarı onu əhatə edən ətraf 
mühitdəkinə bərabər olmur. Orqanizm mühitə uyğunlaşma ilə əlaqədar olaraq, 
özündə kimyəvi elementləri ciddi qanunauyğunluğa malik miqdar nisbətində 
saxlayır. Məsələn, yer qabığında hidrogenin miqdarı cüzi olduğu halda, canlı 
orqanizminin ümumi kütləsinin 10%-ə qədəri (atomların sayına görə hesab-
lama aparıldıqda isə daha artıq hissəsi) bu elementdən ibarətdir. Ətraf mühitdə 
xeyli miqdarda olan silisium və alüminium kimi elementlərin isə canlı toxu-
malarında yalnız izlərinə təsadüf edilir.
1.1-ci cədvəldə insan və heyvan orqanizmində və yer qabığında olan əsas 
kimyəvi elementlərin nisbi miqdarı (atomların sayına görə) verilmişdir. Cəd-
vəldən göründüyü kimi, orqanizmin ümumi kütləsinin 96%-dən çoxu yalnız
4 elementin 

oksigenin, karbonun, hidrogenin və azotun payına düşür.
 
Cədvəl 1.1 
İnsan orqanizmində, bitkilərdə və yer qabığında (litosfer)
bəzi elementlərin nisbi miqdarı (atomların sayına görə faizlə) 
 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin