Tərcümələri.
10. Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr,
1975, 253 səh.
11. Aligyeri Dante. İlahi komediya. Bakı: Azərnəşr,
1973, 546 səh.
12. Sergey Yesenin. Qadına məktub. Bakı: Gənclik,
1971, 170 səh.
13. Ə.Kürçaylı haqqında yazılmış materiallar
14. Dövrü mətbuatda çıxan məqalələr
15. İnternetdən çıxarılmış materiallar.
Kitabxanalarda keçirilən, çox sayda oxucunu əhatə edən tədbirlərdən biri də şer gecəsidir.
Vəsaitdə “Əliağa Kürçaylı poeziyası” adlı şer gecəsinin ssenarisini sizə təqdim edirik:
Tədbirin keçirildiyi zalda Ə.Kürçaylının yaradıcılığını əks etdirən sərgi tərtib olunmuşdur.
Aparıcı:
Əziz və hörmətli qonaqlar, tədbir iştirakçıları, sevimli şairimiz Ə. Kürçaylının anadan olmasının 85 illiyi ilə bağlı yığışdığımız bu tədbirdə hamınızı xoş gördük. Bu gün biz Ə. Kürçaylının şeirlərindən parçalara dulaq asacaq, hörmətli qonaqlarımızın şair haqqında dəyərli fikirlərini eşidəcək və şairin sözlərinə yazılmış mahnıları dinləyəcəyik.
Ə. Kürçaylı poeziya aləmində bir kimsəyə bənzəmədi və bir kimsə də ona bənzə yə bilmədi. Şeirə, sənətə bir çoxlarının gəldiyi kimi qədəm basdı, öncə ustad Səməd Vurğunun şeir yolunu tutdu, onun qayğısını, himayəsini hiss etdi, poetik dərslərindən faydalandı, amma çox keçmədən poeziyada öz yolunu, cığırını seçdi, o bu yolla getdi.
Onun poetik səsi, nəfəsi yenə aydınca eşidilir, bir kimsənin səsinə, nəfəsinə qarışacağı yoxdur.
Qu quşu nəğməni bir ağız deyir,
Ömründə bir ağız..
Amma nəğmə ha...
İndi sözü ADU-nin filologiya fakültəsinin II-ci kurs tələbəsi Məmmədova Aytənə verək:
Bir quru adınla könlüm sevindi,
Nə çörək olmusan, nə dövlət mənə,
Başqa bir peşəni seçsəydim indi
Bəlkə qismət idi var-dövlət mənə.
Həmdəmim olardı bəlkə nəşələr,
Dolmazdı qəlbimə el dərdi- qəmi.
Bu dünya yanğına düşsəydi əgər,
Odu odlamazdı yenə sinəmi.
Fəqət düşünmədim bu “səadəti”,
Bir sənə bağladım ürək odumu.
Elə bil qazandım əbədiyyəti
Şair cərgəsində görüb adımı.
Aparıcı:
XX əsr Azərbaycan poeziyasını Əliağa Kürçaylısız təsəvvür etmək mümkün deyil. Qırxıncı illərin sonlarında ədəbiyyata gələn Əliağa Kürçaylı otuz beş illik yaradıcılığı ərzində poeziyamızı gözəl və lirik şeirləri, poemaları ilə zənginləşdirmiş, sənətdə özünəməxsus poetik dəsti-xətti ilə seçilib fərqlənmişdir.
Əliaqğa Kürçaylı yaradıcılığı haqqında məlumat vermək üçün sözü Gəncəbasar yazıçılar birliyinin sədri, Əməkdar İncəsənət Xadimi Məmməd Alimə verək.
Aparıcı:
Biz bilmirik Kürçaylı necə sevib, hicran alovunda yanıbmı, ilk sevgi məktubunda hansı sözlər sıralanıb, amma onu bilirik ki, onun sevgi şeirləri var və bu şeirlər o qədər təmiz, o qədər saf hisslərdən yoğrulub ki, bu gün də təravətini itirməyib.
İllər keçəcək bu dünyada sevənlərin dilində həmişə bu mahnılar gəzəcək.
İndi sevimli şairimizin sözlərinə yazılmış “Təki sən səslə məni” mahnısını dinləyək...
I Oxucu: Gecələr ay olmaq istəyirəm mən,
Pərdəli-pərdəsiz pəncərələrdən
Dolmaq istəyirəm neçə otağa.
Mən neçə süfrəyə, neçə çırağa
Baxmaq istəyirəm hamıdan pünhan
Səma tağlarının ucalığından.
II Oxucu: Gecələr ay olmaq istəyirəm mən...
Şirin laylaları ana dilindən,
Ana dodağımdan eşidim deyə.
Mən ağlı-qaralı neçə taleyə
Baxmaq istəyirəm ağarınca dan
Səma tağlarının ucalığından.
I Oxucu: Gecələr ay olmaq istəyirəm mən...
Bir günlük işindən qayıdıb gələn
Qabarlı əlləri öpmək eşqinə.
Yorgun röyaların şirinliyinə
Keşik çəkmək üçün sakit, müehriban
Səma tağlarının ucalığından.
Dostları ilə paylaş: |