43) Salmonellyoz infeksiyasının baş verməsi daha çox hansı ərzaqla bağlıdır?
A) Yağ və piy məhsulları
B) Qənnadı məhsulları
C) Tərəvəz
D) Ət və ət məhsulları
E) Meyvələr
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
44) Botulizmi əmələ gətirən törədici hansı növ mikrobdur?
A) Anaerob
B) Streptokokk
C) Viruslar
D) Stafilokokk
E) Aerob
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
45) Botulizm toksinin növünü müəyyən etmək üçün hansı üsuldan istifadə olunur?
A) Hemoliz reaksiyası
B) Fincan hemoliz reaksiyası
C) Plazmakoaqulyasiya reaksiyası
D) Aqqlutinasiya reaksiyası
E) Ağ siçanlar üzərində aparılan neytrallaşdırılmış toksin reaksiyası
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
46) Bunlardan hansı stafilokokk toksikozların törədicilərinin əsas mənbəyidir?
A) Insan
B) Toyuq
C) Xırdabuynuzlu heyvanlar
D) Balıq
E) Iribuynuzlu heyvanlar
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
47) Ərzaq məhsullarında pestisidlərin qalıq miqdarları olduğu halda gigiyenik ekspertiza nəyi nəzərdə tutur?
A) Əhalinin xəstələnmə hallarının öyrənilməsi
B) Ərzaq məhsullarında pestisidlərin qalıq miqdarlarının laborator müayinə zamanı təyini
C) Pestisidlərin kumulyasiya xüsusiyyətlərinin təyini
D) Laborator heyvanlar üzərində toksikoloji müayinənin aparılması
E) Pestisidlərin insan orqanizminə göstərən daimi təsirinin öyrənilməsi
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
48) Adı çəkilən əlamətlərdən hansı qida zəhərlənmələrinin səciyyəvi əlamətlərinə aid deyil?
A) Kütləvi şəkildə olması
B) Qida qəbulu ilə xəstələnmənin əlaqəsi
C) Qısa inkubasiya dövrü
D) Qəfildən başlanması
E) Təmaslılıq
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
Dostları ilə paylaş: |