a) Orta əsrlərin ədəbi və bədii əsərlərinin dilində
üçüncü
növ təyini söz
birləşməsi bir qayda olaraq, formal cəhətdən ikinci növ təyini söz birləşməsinə
oxşayır. Lakin məna və vəzifə cəhətdən tamamilə
üçüncü
növ təyini söz birləşməsi
kimi dərk edilir. Belə birləşmələrdə birinci tərəf əsasən xüsusi isimlərdən əmələ
gəldiyi üçün ikinci tərəfin aidiyyət, mülkiyyət mənası nöqteyi-nəzərindən
morfoloji əlamətə, yəni -ın
4
şəkilçisinə ehtiyac duyulmur, çünki birləşmənin
məzmununda heç bir qeyri-müəyyənlik mücərrədlik izi yoxdur. Məsələn:
Bu
Xətayi eşqinə neçün xəlayiq tən edər,
Ol məhi kim gördü kim, hüsninə heyran olmadı.(9,192)
Bu
Xətayi canını qurban edər ol mahə kim,
Pərtövi-mehri cəmalın ayə salmışdır yenə.(9,174)
Bu
Xətayi könlüni yəğmə verdi çin içün,
Çin çərisi basdı Rumi, gəldi Maçin üstünə.(9,184)
Bəzən də eyni münasibəti ümumi isimlərdə yarandığı zaman müşahidə
edirik. Burada yenə birinci tərəf mətin daxilində mücərrədlikdən daha çox məlum
bir əşya haqqında təsəvvür yaradır. Belə hallarda yerinə görə işarə əvəzliklərindən
istifadə edir. Məsələn:
Dostları ilə paylaş: