Şol xəcalətdən qızardı qeyrətindən xum kimi(9,206)
Xətai, can fəda dostum yoluna,
Bu gün dost sana mehman gəldi, derlər(9,97)
Bu birləşmələrin birinci tərəfi kimi işlənən ol, böylə və şol əvəzlikləri
müasir ədəbi dilimiz üçün arxaizm hesab olunur.
5. Birinci tərəfi sifət, ikinci tərəfi isimlə ifadə olunanlar.
10
Bu tip birləşmələrdə -an
2
, -ar
2
, -acaq
2
, -dıq
4
, -dığı, diği, -mış
4
şəkilçili feli
sifətlər birinci tərəf kimi çıxış edir. Bu da dilimizin bütün inkişaf dövrləri üçün
səciyyəvidir:
Gedənni xoş keçir, miskin Xətayi,
Gələn dövran əcab dövrən, degilmi,(9,202)
Dilbəra ol ay yüzün xurşidi-tabandır mana,
Bağçan içindən axan su abi heyvandır mana.(9,30)
Eşq nədir cahanda sənin ey pəri sifət
Heyrandurur fələkdə gəzən mahtab ana(9,35)
Yazı dilimizin müxtəlif dövrlərini əks etdirən abidələrdən belə məlum olur
ki, ismi birləşmələr silsiləsində ikinci növ təyini söz birləşmələri xüsusi yer tutur.
Bu cəhətdən zəngin olan Azərbaycan dilinin müasir vəziyyəti də göstərir ki,
yazıların müxtəlif üslub və janrlarda olmasına baxmayaraq, belə birləşmələrdən
kifayət qədər istifadə edilmişdir.
İkinci növ təyini söz birləşmələri
İkinci növ təyini söz birləşmələrinin birinci tərəfi şəkilçisiz ikinci tərəfi isə
samitlə bitənlərdə ı, i, u, ü, saitlə bitənlərdə sı, si, su, sü mənsubiyyət şəkilçisi
qəbul edərək düzəlir. Şübhəsiz, 1929-cu ilədək şəkilçilərin ahəngə görə imlasını
mühafizə etmək mümkün olmadığından, ərəb əlifbası ilə bunlar bir şəkildə
yazılmışsa da, şifahi nitqdə əsasən müəyyən qaydaya riayət olunmuşdur. İkinci növ
təyini söz birləşməsində birinci tərəf ikinci tərəfdən müxtəlif məna
münasibətlərində olmuşdur; başqa sözlə desək, tərəflərdən birincisi ikincisini
müəyyənləşdirərək mənsubiyyət əlaqəsi yaratmışdır. Belə bir əlaqənin
yaranmasında ikinci tərəfin aldığı çəkisi həlledici rol oynayır. Dilimizdə olan belə
11
bir qanunauyğunluq bütün dövrlərdə ədəbi-bədii əsərlərin dilində stabilliyini
qoruyub saxlamışdır.
Yanaşma, uzlaşma əlaqəsi ilə qurulan ikinci növ təyini söz birləşmələrinin
tərəfləri birlikdə bir məfhum ifadə etdiyi üçün bu cümlənin mürəkkəb üzvü olur,
daha dəqiqi, mübtəda, xəbər, tamamlıq, təyin və zərflik funksiyalarında çıxış edir.
Xətai dilində işlənən ikinci növ təyini söz birləşmələrinə diqqət yetirək:
Aciz olma, ey könül, mükir gərəkməz əhli-dil,
Həqtəla buyruğudur mur əlində əjdəha(9,35)
Cana, könüldə həmdəm olan qəmdürür mana,
Sör kim, fəraq evində nə həmdürür mana.(9,28)
Doğruluq dost qapısıdır doğru gəl gir bu yola,
Əgri meydanda utanur onda iqrar olmasa.(9,37)
Göründüyü kimi, ümumilik qeyri müəyyənlik bildirən ikinci növ təyini söz
birləşmələri, eynilə müasir ədəbi dilimizdəki kimidir.
Azərbaycan dili faktları sübut edir ki, birləşmənin, bu növü o qədər möhkəm
olmuşdur ki, onların arasında üçüncü bir söz artırmaq mümkün olmadığından, belə
birləşmələrdən az bir qismi tədricən tam və bütöv məfhumlar kimi dərk edilmiş,
nəhayət, mürəkkəb söz kimi də dildə sabitləşmişdir. Başqa sözlə desək, tərəflər
arasında daxili semantik əlaqənin möhkəmliyi nəticəsində birləşmə tam bir
məfhumun adına çevrilmişdir. Məhz buna görə də, bir məfhumun adına
çevrilmişdir. Bir sıra bu tipli birləşmələrdə artıq tərəflərdən birinin digəri üçün
təyin olması ehtimalı əhəmiyyətini itirir. Gətirdiyimiz bir sıra misallardan aydın
olur ki, mürəkkəbləşmə hadisəsi hələ qədim dövrlərdən dilimizdə olmuşdur.
Məsələn, XVI abidəsi kimi tanıdığımız “Şühədanamə”nin dilində işlənən əl
dəyirmanı, su tuluğu və ya XVII əsr abidəsi olan Məsihinin “Vərqa və Gülşa”
12
əsərində işlənən el qızları, Vidadidə göz yaşı, Vaqifdə Kür qırağı, nəhayət, XIX
əsrin əvvəllərində yazılmış “Şəki xanlarının ixtisar üzrə tarixi” adlı əsərin dilində
işlənmiş Gələsən görəsən, qələsu, kiş qələsi kimi birləşmələr, demək olar ki, artıq
mürəkkəb sözlər sırasına keçmişdir. Belə mürəkkəb sözlər məişətdə işlətdiyimiz
müəyyən əşyaların, yerin və mücərrəd adların özünü ifadə etdiyindən, söz
birləşmələrinin tələblərindən uzaqlaşmamış, bir lüğət vahidinə çevrilmişdir.
Məhz buna görə də ikinci növ təyini söz birləşmələrinin tarixi inkişafını
öyrənərkən bir tərəfdən belə birləşmələrin xüsusiyyətini, digər tərəfdən isə
birləşmənin sonralar mürəkkəb sözə çevrildiyini, bir məna kəsb etdiyini öyrənmiş
oluruq.
İkinci növ ismi söz birləşmələri birincidən fərqli olaraq hər iki tərəfi isimdən
ibarət olur. Birləşmənin birinci komponenti adlıq halda, ikinci tərəfi isə
mənsubiyyət şəkilçisi ilə işlənməklə ikinci tərəf birinci tərəfi idarə edir. İkinci növ
təyini söz birləşmələrinin ifadə etdiyi qeyri-məzmun xarakteri dilimizin tarixi
inkişaf mərhələlərində sabit qalmışdır. XVI əsrin ədəbi dilinin aparıcı
şəxsiyyətlərindən olan Füzulinin dilində bu cəhəti görmək olur: bayram ayı, cigər
qznı, quş yuvası, sitəm daşı, qəbr daşı, dərd quşları, cəza güni və.s Eləcədə bu
cəhəti Xətai dilində görmək olur:
Dostları ilə paylaş: |