Qızıl ələm, qızıl bayraq, qızıl tac
7
Geyinsin qazilər, ol gür həzərdir. (9,52)
Neyçün sevərdi xəstə dil, ey bivəfa səni,
Bu çox bəla ki, hicran edər kəmdürür mana. (9,28)
Aşiq oldur kim, sözü canü dil ilə yar bir
Birdürür aşiq əzəldən, sevgili dildar bir. (9,10)
Gətirdiyimiz misallardan aydın olur ki, istər sadə, istərsə də düzəltmə
sifətlərdən düzəlmiş və birləşmənin birinci tərəfini təşkil edən sözlər ikinci tərəfin
əksər hallarda keyfiyyətini bildirir. Birinci tərəfinin formal əlamətə heç bir ehtiyac
olmur, yanaşma üsulu ilə əmələ gələn həmin birləşmələrdə sözlərin sırası mühüm
rol oynayır. Belə xüsusiyyət müasir dilimizdə heç bir ziddiyyət təşkil etmir.
3. Birinci tərəfi say, ikinci tərəfi isimlə ifadə olunanlar.
Xətai nümunələrinin dilindən aydın olur ki, bu sayların başqa məna
növlərinə nisbətən, birinci növ təyini söz birləşmələrinin birinci tərəfində miqdar
sayları daha çox iştirak edir. Miqdar sayı bir əksər hallarda müəyyənlik, konkretlik
bildirmək üçün işlənir. Çoxluq təşkil edən sayların məzmunda isə anlayış ilə
əlaqədar olduğunu bildirir. Qeyri-müəyyənlik bəzən də bir, iki, üç, dörd və sair
şəkillərdə ifadə edilir ki, bu xüsusiyyət müasir danışıq dilimizdə tez-tez özünü
göstərir.
İki can idik, birləşdik,
Məhəbbət qapısını açdıq,
Şükür didara irişdik,
Dədəm, xoş gəldin, xoş gəldin. (9,353)
Birinci tərəfi saylardan düzəlmiş, birinci növ təyini söz birləşmələrinin
tərəfləri arasında kəmiyyətə görə uzlaşma cəhəttən bir sıra xüsusiyyətlərə rast
gəlirik ki, bu da abidələrin dili ilə müasir Azərbaycan dili arasında azda olsa
müəyyən qədər fərq olduğunu göstərir.
8
Qədim və orta əsrlərin yazı dilində bu qəbildən olan birləşmələrin tərəfləri
arasında kəmiyyətcə uzlaşma üçün formal əlamətin işləməsi hələ də tələb olunur.
İkinci tərəf birinci tərəfin yoxluq məzmun əsasən, bir qayda olaraq -lar, -lər
şəkilçisi qəbul edir. Lakin sonrakı dövrlərdə tərəflər arasında məntiqi əlaqənin
möhkəmlənməsi nəticəsində formal əlamət zəifləyir və get-gedə sıradan çıxır. Bir
çox türk dillərində olduğu kimi, Azərbaycan dilində də saylardan sonra gələn
ismlər ancaq daxilən birinci tərəflə uzlaşmış olur. Belə bir vəziyyəti dilimizə
tarixən də müşahidə edirik.
Birinci tərəfi say, ikinci tərəfi isimlə ifadə olunan birləşmələrin bir neçə
semantik variantı müşahidə olunur:
a) Birinci tərəfi miqdar sayı ilə ifadə olunur:
Şol büti – namehriban hərgiz məni ya etmədi
Bir məhəbbət qılmadı axır sərəncami mana. (9,33)
Miskin Xətai vəsl ilə yüz il yaşar müdam,
Bu ömr kim, zəmannədə bir dəmdürür mana. (9,28)
Görəli ol məhz yüzün başıma yüz sevda düşn,
Rüxlərin manəndi ancaq güli-hərama düşəsən. (9,70)
b) Sıra sayı
c) Birinci tərəfi qeyri-müəyyən miqdar sayi ilə ifadə olunur:
Çox cəfa hasil olur səndən mana, ey bivəfa,
Aqibət eylər xəyalın rəsmi-bədnami mana(9,32)
Xeyli müddətdir ki, mən ta ayru düşdüm yardən,
Görmək üçün həddən ötdü intizarım, gəlmədi(9,194)
Neyçün sevərdi xəstə dil, ey bivəfa, səni,
Bu çox bəla ki, hicrin edər kəmdürür mana(9,28)
9
Birinci tərəfi qeyri müəyyən miqdar sayları, ikinci tərəfi isimlə ifadə olunan
birinci növ təyini söz birləşmələrinin başqa tipləridə müşahidə olunur. Məs: orta
əsrlərin yazı dilində ikinci tərəf formal olaraq -lar, -lər şəkilçisini qəbul edir və
birinci tərəfin məzmunu ilə uyğunlaşır:
Neçə həmdəmlər ilə söhbəti-xaş,
Ol bir neçə dilsizlərə töhmətdir bu.(9,47)
4. Birinci tərəfi əvəzlik, ikinci tərəfi isimlə ifadə olunanlar.
Müasir dilimizdə olduğu kimi, qədim və orta əsrlərin dilində də bu növ
birləşmələrə kifayət qədər rast gəlmək olar. Birləşmələrin birinci tərəfində bu, işbu,
ol, o, şol, belə, hər əvəzlikləri işlənmişdir. Bunlardan bir qismi arxaikləşərək
dilimizdən tərk olunmuşsa da, birləşmənin mahiyyətinə heç bir xələl
gətirməmişdir, Çünki vaxtilə türk dillərinin hamısı üçün müştərək olan belə
əvəzliklər daha sonralar hər dil üçün başqa şəkildə sabitləşmişdir.
Gül yanağın, dilbəra, bəs tazətərdir hər zaman
Qanlı yaşımdan tökər hər dəm gözüm baran ana(9,27)
Mən ol pərvanə tək həsrət adında, Sana Şəmi-ziyalər yaxşı gəldi(9,201)
Gər cəmalın əksini uyxudə gördü ayü gün,
Dostları ilə paylaş: |