Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur


HƏDİSLƏR BAXIMINDAN HƏQİQİ QÜDRƏT



Yüklə 2,8 Mb.
səhifə147/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   143   144   145   146   147   148   149   150   ...   176

HƏDİSLƏR BAXIMINDAN HƏQİQİ QÜDRƏT


Qüdrət insanın başqalarının köməyinə tələsməsidir. Qüdrətli ruh öz övladlarına belə buyurur: «Zalıma düşmən, məzluma arxa olƏli (ə) əziz övladları imam Həsən və imam Hüseyn (ə)-a belə buyurub: «Ey mənim övladlarım! Sizin güc qüdrətiniz həmişə məzluma köməyə, zalımla döyüşə tələssinBu iş qüdrət nişanəsidir. Məsələ burasındadır ki, Nitsenin təklif etdiyi kin bəsləmək, həsəd, bədxahlıq və bu kimi xüsusiyyətlərin hamısı zəiflikdən yaranır. Həmişə başqalarından intiqam almaq istəyən, başqalarının pisliyini arzulayan və başqalarını incitmək istəyən şəxsin bu işləri, Nitsenin dediyi kimi qüdrətdən deyil, zəiflikdən yaranır. İnsan nə qədər çox güclü və qüdrətli olsa, onun başqalarına qarşı kin və həsədi az olar. Sizə imam Hüseyn (ə)-dan bir cümlə nəql edim. O həzrət buyurub: «Qüdrət, kini aradan aparırBu, çox maraqlı cümlədir və çox dəqiq psixoloji mülahizələr üzərində qurulub. Bəli, qüdrət kini aradan aparır, yə᾽ni insan özündə güc və qüdrət hiss etdikdə başqalarına qarşı kin bəsləmir, əksinə zəif adam həmişə qəlbində kin saxlayır və başqalarına qarşı həsəd aparır.

İndi isə Əli (ə)-dan qeybət barəsində bir cümlə nəql edirəm. Əli (ə)-dan soruşurlar ki, qeybət edənlər, ürəkləri həmişə onun-bunun dalınca danışmaq istəyən və başqalarının dalınca pis sözlər danışmaqdan ləzzət alanlar kimlərdir? O həzrət buyurur: Aciz, zəif bacarıqsız insanlar! Qeybət aciz adamın son cəhdidir. Güclü və qüdrətli insan və ruhunda güclülük hiss edən şəxs qeybət etməkdən utanır və o, bu işi alçaq və zəif adamların işi hesab edir. Güclü insan başqalarının qeybətini etmək və ya eşitmək istəmir. Əli (ə) qeybətin zəifliyə əsaslandığını bildirərək deyir ki, güclü və qüdrətli insan, güclü ruh sahibi heç vaxt qeybət etmir.

Əli (ə) hətta zinanın səbəbinin də zəiflik olmasını bəyan edib. O həzrət buyurub: «Qeyrətli şəxs heç vaxt zina etməyibYə᾽ni dünyada bir damla qeyrəti olan adam heç bir qadınla zina etməz, başqalarının namusuna xəyanət əli uzatmaz, yalnız qeyrətsiz adam özündə zəiflik hiss edər. Yə᾽ni o, elə adamdır ki, birdən başqaları onun namusuna toxunsalar belə, onun tükü tərpənmir. Bəli, zina edənlər ancaq qeyrətsizlərdir, qeyrətli adam heç vaxt zina etmir.

Nitse bu qüdrətlərin heç birini tanımır. Onun fikrincə qüdrət yalnız güc və zor, yə᾽ni silah və dəmirə malik olmaq və onları onun-bunun başına vurmaqdır. Üstün insan, böyük bir heyvan, yə᾽ni qolunun gücü çox olan şəxsdir. O, ruhun güc və qüdrətindən tamamilə xəbərsizdir və bu barədə heç nə bilmir. Deməli islamda, qüdrətin dəyər, insani kamal və kamil insan çöhrəsinin cizgilərindən olmasında heç bir şübhə yoxdur. İslam zəif insanı bəyənmir. Üsuli-kafi kitabının 5-ci cildinin 59-cu səhifəsində nəql edilmiş hədisdə deyilir: «Alahın zəif mindən xoşu gəlmir

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, birincisi, islam, qüdrəti insan üçün yeganə dəyər hesab etmir və onunla yanaşı digər dəyərlərə də diqqət yetirilməsini vurğulayır; ikincisi, islamın qüdrət ifadəsi ilə Nitse, səfsətəçilər, Makyavel və başqalarının işlətdikləri qüdrət kəlməsi arasında fərq vardır. İslam insanda elə qüdrətləri tanıyır və onları gücləndirərək təhrik edir ki, onların nəticəsi Nitsenin dediyi nəticələrdən başqa bir şey olur. Onun nəticəsi cəmiyyətin xeyrinə olan şeylərdir.

Nitse deyir ki, insanın ürək yanğısı onun zəifliyindəndir. Ona demək lazımdır ki, söhbət «ürəyiyanmaq zəiflikdəndir» deyil, səxavətlilik, xeyirxahlıq və faydalılıqdan gedir. Nə üçün məsələyə bu tərəfdən baxmırsan, cənab Nitse?! Həmin sözlərini bu cür de: Qüdrətli adam başqalarına xeyir yetirir, yoxsa zəif? Xeyir və fayda vermək qüdrətdəndir, yoxsa zəiflikdən? Bəli, xeyir və fayda vermək zəiflik deyil, qüdrətdəndir.

İndi isə digər bir məktəbdən danışaq.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin