Həqiqət,səadət,bilik mənbəyi...
Burda müəllimlər öyrədir bizə,
Torpağı,Vətəni-yurdu sevməyi!...
Bir şirin nəğmədir müəllim ömrü,
Yox olub Sizinlə kədərim-qəmim!
Ürəkdən deyirik biz bu gün Sizə:
-Bayramın mübarək,əziz Müəllim!...
Bilik günü— Azərbaycandaməktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin21 avqust2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin15 sentyabrdanbaşlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.
Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub.İslamagörə elm öyrənməkAllahaibadət qədər əhəmiyyətlidir.
Bu haqda Hz.Məhəmməd Peyğəmbərin(s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram " demişdi.
Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixindəNəsirəddin Tusi,Bəhmənyar,Abbasqulu Ağa Bakıxanov,Mirzə Kazım bəy,Yusif Məmmədəliyevkimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.
Sentyabrın 15-də Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayır.
Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə , sevinc və həyacanla gözlənilən , xüsusi qayği və məmnuniyyətlə , təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub , kitablar oxuyub , şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar.
Bilik – insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında öyrəndiklərimizdir. Bilik praktiki fəaliyyət və professional təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub (prinsipləri, əlaqələri, qanunları), həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.
Elm — təbiət,cəmiyyətvə insan təfəkkürü haqqında obyektiv,sistemli və əsalandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyət növü.
Elmi nailiyyətlərə görəalimlərə aşağıdakı beynəlxalq nüfuzlu mükafatlar verilir :
Nobel mükafatı — dünyada ən nüfuzli elmi mükafat. İldə bir dəfə dörd elm sahəsi üzrə verilir.Ona parodiya kimi Şnobel mükafatı də verilir.
Fildsov mükafatı— riyaziyyat sahəsində böyük nailiyyələrə görə. İspaniya kralı tərəfindən təqdim edilir.
Rolf Nevanlinni mükafatı — informatika nın riyazı aspektlərində böyük uğurlara görə.
Karl Fridrix Qauss mükafatı — digər elmlərdə kəşflər vasitəsi ilə riyaziyyata böyük töhvələrə görə.
Kraufurd mükafatı — mükafat aşağıdakı istiqamətlər üzrə verilir: astranomiya, riyaziyyat, bioloji elmlər, Yer haqqında elmlər.
Abel mükafatı— riyaziyyatın inkişafına töhvəyə görə.
Şao İfu mükafatı — astranomiya, riyaziyyat, tibb və həyat haqqında elmlərə verilən böyük töhvələrə görə.
Tyurinq mükafatı — hesablama texnikası asosasiyası tərəfindən informatika sahəsində veriilən mükafat.
Mixail Lomonosov adına böyük qızıl medal— Rusiya Elmlər Akademiyasının ali mükafatı.
Dmitriy Mendeleyev adına böyük qızıl medal— Rusiya Elmlər Akademiyasının kimya elmi sahəsində böyuk nailiyyətlərə görə mükafatı.