Gsc “Azərbaycan Hava Yolları”



Yüklə 148,35 Kb.
tarix13.06.2018
ölçüsü148,35 Kb.
#53508

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin



Milli Aviasiya Akademiyası


Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən

bəyənilmişdir

Direktor müavini__________H.M. Əliyev

“___”___________2016-cı il.




Azərbaycan Respublikası Təhsil Nazirliyinin _____saylı “___”_______ 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № ___)









MAGİSTR HAZIRLIĞI ÜÇÜN
Aviasiyanın meteoroloji təminatı üzrə Azərbaycanın Aviasiya Qaydaları” fənninin proqramı

(magistratura səviyyəsi üçün)
İxtisas: 060507-Hidrometeorologiya

İxtisaslaşma: Aviasiya meteorologiyası

İxtisas kafedrası: Aviasiya meteorologiyası

Fənni tədris edən kafedra: Aviasiya meteorologiyası
Kurs: II

Semestr: III

Kredit sayı: 8

Fənnə ayrılan ümumi saatlar: 240 saat

Auditoriya saatlarının cəmi: 60 saat

o cümlədən:

Mühazirələr: 30 saat

Laboratoriya: -saat

Seminar, praktiki məşğələ: 30 saat

Magistrantın auditoriyadan kənar işi: - 180 saat


BAKI - 2016

Aviasiyanın meteoroloji təminatı üzrə Azərbaycanın Aviasiya Qaydaları” fənninin proqramı

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
“31”avqust 2012-ci ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və
“14” aprel 2016-cı ildə (protokol 131) MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş

050507 “Hidrometeorologiya” ixtisasının tədris planı əsasında tərtib olunmuşdur.

Fənn proqramını tərtib edənlər:
“Aviasiya meteorologiyası” kafedrasının professoru ____________ N.Ş. Hüseynov
Fənn proqramı “Aviasiya meteorologiyası” kafedrasının iclasında müzakirə olunmuşdur
( “___”_______2016-cı il tarixli iclas “_________” №-li protokol)

Kafedra müdiri, t.e.d., professor____________ N.Ş. Hüseynov

MAA-nın “Magistratura və doktorantura” şöbəsinin müdiri, t.e.n., dos._________ X.İ. Abdullayev

Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir.

( “____”____________2016-cı il tarixli iclas “_________” №-li protokol)

Sədr, tədris işləri üzrə prorektor, prof. _______________Ə.S. Səmədov



Mündəricat

Giriş


  1. Ümumi qaydalar

    1. 1.1. Fənnin tədrisinin məqsədi

    2. 1.2. Fənnin məsələləri

1.3. Fənn üzrə bilik və bacarıqlara olan tələblər

1.4. Fənnin digər fənlərlə əlaqəsi və tədris prosesində yeri

2. Fənnin məzmunu

2.1. Fənn üzrə saatların bölüşdürülməsi

2.2. Fənnin mövzular üzrə planı

2.3. Fənnin dərs növləri üzrə paylanması

2.3.1. Mühazirə dərslərinin mövzuları və həcmi

2.3.2. Məşgələ dərslərinin mövzuları və həcmi

2.3.3. Magistarntın sərbəst işinin-referatının mövzuları və həcmi

3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat

3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı

Giriş
Fənn proqramı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 060507 “Hidrometeorologiya” ixtisasının “Aviasiya meteorologiyası” ixtisaslaşması üzrə magistr hazırlığı üçün tərtib olunmuşdur. Proqrama fənnin tədrisinin mərhələlər üzrə məzmunu və həcmi daxildir.

Fənn proqramı əsasında işçi proqram (sillabus) hazırlanır.

Fənn proqramı müəllim və magistrantların istifadəsi üçün nəzərdə tutulmuşdur.

1. Ümumi qaydalar

1.1. Fənnin tədrisinin məqsədi

“Aviasiyanın meteoroloji təminatı üzrə Azərbaycanın Aviasiya Qaydaları” fənninin tədrisi 060507 “Hidrometeorologiya” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan magistrantlara Azərbaycan Respublikasının Aviasiya Qaydaları haqqında ümumi nəzəri və praktiki biliklər verir və onlardan gələcəkdə operativ praktiki işlərdə istifadəni nəzərdə tutur.





1.2. Fənnin məsələləri

  1. Aviasiyanın meteoroloji təminatı üzrə Azərbaycanın Aviasiya Qaydaları rəhbər sənədində təsbit edilmiş prosedurlara müvafiq tələbləri tədris etmək;

  2. İCAO-nun meteoroloji təminatla bağlı 3 saylı Əlavəsində müvafiq tövsiyə və standartların Aviasiyanın meteoroloji təminatı üzrə Azərbaycanın Aviasiya Qaydalarında nəzərə alınması və onların tətbiqini təkmilləşdirmək.


1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər
Fənnin öyrənilməsi nəticəsində magistrlər aşağıdakıları:

(Magistr ixtisasının Dövlət Standartına uyğun olaraq)

  • Aviasiyanın meteoroloji təminatı üzrə meteoroloji orqanlarının vəzifələrini;

  • Meteoroloji müşahidə orqanlarının vəzifə funksiyalarını;

  • Aviasiya meteoroloji stansiyalarının təyinatı və müşahidə qaydalarını;

  • Hava Hərəkətinin İdarə Edilməsi Orqanları ilə meteoroloji orqan arasında razılaşmanın müvafiq bəndlərini;

  • Müntəzəm, qeyri-müntəzəm və xüsusi meteoroloji müşahidələrin aparılma qaydalarını;

  • Aerodrom üzrə tərtib edilən bütün növ hava proqnozlarına qoyulan tələbləri;

  • Aviasiyanın meteoroloji təminatı üzrə Azərbaycanın Aviasiya Qaydalarına dair bütün prosedurları;

bilməli,

(Magistr ixtisasının Dövlət Standartına uyğun olaraq)

  • Aviasiyanın meteoroloji təminatı üzrə Azərbaycanın Aviasiya Qaydalarında istifadə edilən ixtisarların oxunmasını;

  • Aerodrom üzrə tərtib edilən müntəzəm, qeyri-müntəzəm, xüsusi müşahidə, hava proqnozları kodlarının oxunmasını və tərtibatını;

  • Hava gəmisinin göyərtəsindən ötürülən operativ meteoroloji məlumatlardan istifadə etməyi;

  • Azərbaycan Respublikasının Aviasiya Qaydalarında təsbit olunan qaydaları və prosedurları;

bacarmalıdırlar:
1.4. Fənnin digər fənlərlə əlaqəsi
Fənnin müvəffəqiyyətlə öyrənilməsi üçün tələbələr tərəfindən bakalavriat və magistratura səviyyəsində tədris olunan müvafiq ixtisaslaşma fənləri tam və uğurla mənimsəməlidirlər.

Fənnin öyrənilməsi nəticəsində əldə olunan biliklərin və bacarıqların daha sonra tədris olunan ixtisaslaşma fənlərin öyrənilməsində və magistr dissertasiyasının hazırlanmasında zəruri olaraq istifadə olunması nəzərdə tutulur




  1. Fənnin məzmunu

2.1. Fənn üzrə saatların bölüşdürülməsi

“Hidrometeorologiya” ixtisasının (Hidrometeorologiya) tədris planına uyğun olaraq «Aviasiyanın meteoroloji təminatı üzrə Azərbaycanın Aviasiya Qaydaları» fənni üzrə tədris yükü 60 saat həcmində nəzərdə tutulmuşdur ki, onlardan 30 saat mühazirəyə, 30 saat isə praktiki məşğələlərə (seminarlara) ayrılmışdır. Magistrların müəllimin rəhbərliyi ilə sərbəst işi 90 saat təşkil edir. Buraya daxildir: sərbəst işlərin yerinə yetirilməsi və təhvil verilməsi; mühazirələrə, seminarlara və kollokviumlara hazırlıq. Sərbəst işlər semestr üzrə ümumilikdə 10 balla qiymətləndirilir. Semestrin sonunda magistrantın fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 30 balla qiymətləndirilir. Tədris planına uyğun olaraq fənn üzrə kurs işinin yazılması nəzərdə tutulmamışdır.

Fənn üzrə qalan 50 bal imtahana ayrılır.

Fənnin tədrisi tədris yükünün 3-cü semestrində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Fənn üzrə kreditlərin sayı 8-dir.


2.2. Fənnin mövzular üzrə planı




Mövzunun adı

Cəmi

Müha-

zirə

Məşğələ

Labora­toriya

MSİ

**-in

Yerinə

Yetirilməsi

1

Mövzu №01. Kursun məqsəd və vəzifələri. Kursun məqsəd və vəzifələri. Giriş. Azərbaycanın Aviasiya Qaydalarında istifadə edilən ixtisarlar və terminlərin izahı. Mülki aviasiyanın meteoroloji təminatının təşkili. Meteoroloji orqanlar. Hava limanlarının meteoroloji orqanları.

4

2

-



2


-

2

Mövzu №02. Meteoroloji müşahidələrin təşkili. HHİE orqanları və meteoroloji orqan arasında qarşılıqlı razılaşma. Meteoroloji müşahidələr və məlumatlar. Müntəzəm və qeyri-müntəzəm faktiki meteoroloji məlumatlar. Xüsusi məlumatlar və xüsusi müşahidələr. Xüsusi meteoroloji müşahidələrin kriteriyaları.

12

2

2



4


4

3

Mövzu №03. Meteoroloji elementlər və məlumatlar. Onların hava məlumatı kodlarında verilməsi qaydası. Yerüstü küləyin müşahidə qaydaları. Meteoroloji görünüş məsafəsinin və QEZ-də görünüş məsafəsinin müşahidə qaydaları. Atmosfer hadisələri və ya cari hava şəraiti üzərində müşahidə qaydaları. Buludluq üzərində müşahidə qaydaları. Hava temperaturu və şeh nöqtəsinin temperaturunun müşahidə qaydaları və onların məlumatlarda verilməsi. Atmosfer təzyiqi üzərində müşahidələr və onların meteoroloji məlumatlarda verilməsi. Meteoroloji məlumatlarda əlavə məlumat qrupu.

10

2

2



4


2

4

Mövzu №04. Vulkanik fəaliyyətin müşahidə qaydaları və radiolokasiya müşahidələri. Vulkanik fəaliyyət haqqında yayımlanan meteoroloji məlumatların məzmunu. Vulkanik fəaliyyətə dair məlumat mərkəzi. Radiolokasiya müşahidələri. Radar müşahidələrinin operativ praktikada istifadəsi. Avtomatik meteoroloji radiolokasiya şəbəkəsi.

10

2

2




4

2

5

Mövzu №05. Hava gəmisinin göyərtəsindən müşahidələr və verilən məlumatlar. AİREP məlumatları. Hava gəmisinin göyərtəsindən verilən məlumatların məzmunu. Hava gəmisinin göyərtəsindən aparılan müntəzəm müşahidələr. Hava gəmisinin göyərtəsindən aparılan xüsusi və qeyri-müntəzəm müşahidələr. Hava gəmisinin göyərtəsindən verilən məlumatlardan operativ praktikada istifadə qaydaları.

10

2

2



4


2

Kollokvium №1.

4

-

2




2




6

Mövzu №06. Aviasiya hava proqnozları. Aviasiya hava proqnozları haqqında meteoroloji məlumatların məzmunu Hava proqnozlarının interpretasiyası və istifadə olunması. Aerodrom üzrə hava proqnozları və müvafiq qaydalar. Hava proqnozlarında meteoroloji element və hadisələrin ardıcıllığı və mövcud standartlar (SARPS). TAF aerodrom proqnozunun məzmunu, formatı. Ümumdünya Zonal Proqnozlar Mərkəzi (WAFC). Enmə üçün hava proqnozları. Uçuş üçün tərtib edilən hava proqnozu (TAKE OFF). Zonalar üzrə tərtib edilən proqnozlar. Aşağı hündürlüklər üçün zonalar üzrə hava proqnozları (GAMET).

10

2

2



4


2

7

Mövzu №07. SİGMET məlumatı. Yuxarı uçuş eşelonlarında təhlükəli meteoroloji hadisələr haqqında hava məlumatı. SİGMET hava məlumatının məzmunu və müvafiq qaydalar. İldırım fəaliyyəti haqqında tərtib edilən və yayımlanan SİGMET məlumatları (WS). Vulkan külü buludları haqqında tərtib edilən SİGMET məlumatı (VA). Tropik siklonlar haqqında tərtib edilən SİGMET məlumatı və müvafiq qaydalar (TC).

10

2

2



4


2

8

Mövzu №08. AİRMET məlumatları. AİRMET məlumatlarının yayımlanması və müvafiq prosedurlar. AİRMET məlumatlarının yayımlanmasına qoyulan beynəlxalq tələblər. AİRMET məlumatlarının yayımlanması üçün zəruri meteoroloji şərait. AİRMET məlumatlarının məzmunu. AİRMET məlumatlarının tərtibatı və yayımlanması zamanı istifadə edilən indekslər və ixtisarlar.

10

2

2



4


2

9

Mövzu №09. Aerodrom üzrə yayımlanan xəbərdarlıqlar, Aerodrom üzrə xüsusi meteoroloji təzahürlərlə bağlı yayımlanan məlumatların məzmunu. Aerodrom rayonunda güclü küləklərlə bağlı yayımlanan meteoroloji xəbərdarlıqlar, onların kodlaşması qaydaları, tələblər və standartlar.

10

2

2




4


2

10

Mövzu №10. Aerodrom və külək sürüşmələri üzrə xəbərdarlıqlar (WS WRNG). Külək sürüşmələrinin yaranmasının əsas meteoroloji-sinoptik şəraiti və əlamətlər. Külək sürüşmələri ilə əlaqədar yayımlanan xəbərdarlıqlar və onların kodlaşması.

6

2

2







2

Kollokvium №2.

4

-

2




2

-

11

Mövzu №11. Külək sürüşməsi haqqında tərtib edilən xəbərdarlıqlar. Külək sürüşməsi haqqında tərtib edilən aerodrom üzrə xəbərdarlıqların yayımlanması qaydaları, beynəlxalq tələblər və standartlar. Dağlıq ərazilərdə və dəniz üzərində uçuşların meteoroloji təminatı. Müvafiq qaydalar və tələblər. Dağlıq ərazilərdə uçuşlar. Axtarış-xilasetmə xidmətinin meteoroloji məlumatlarla təmin edilməsi qaydaları və müvafiq prosedurlar.


10

2

2



4


2

12

Mövzu №12. Aviasiya iqlim məlumatları. İqlim şəraitinin öyrənilməsi. Aerodromların iqlim xarakteristikalarının hazırlanması. Aerodrom üzrə iqlim cədvəllərinin tərtib edilməsi.

8

2

-




4

2

13

Mövzu №13. Uçuş sənədləri. Uçuşqabağı hazırlıq işlərinin təşkili. Avtomatik meteoroloji brifinq sistemi. Meteoroloji şəraitlərlə bağlı sorğulara dair arayışların hazırlanması.

10

2

2




4


2

14

Mövzu №14. Uçuşların meteoroloji təminatında istifadə edilən hava xəritələri. Uçuş sənədlərinin hazırlanması. Uçuş eşelonları üzrə temperatur və külək xəritələri. Müxtəlif uçuş eşelonları üzrə təhlükəli atmosfer hadisələri xəritələri (SIGWX). Radar hava xəritələri. Peyk xəritələri. Uçuş heyatinin təlimatlandırılması.

10

2

2



4


2

15

Mövzu №15. Meteoroloji təminat zamanı istifadə edilən rabitə və radioyayım vasitələri. Rabitə vasitələrinə qoyulan tələblər. AMHS şəbəkəsi. ATİS radioyayımı. VOLMET radioyayımı. MeteoTeleks sistemi. MeteoKonsultant sistemi.

8

2






4


2

Kollokvium №3

4

-

2




2

-




Cəmi

150

30

30




60

30


2.3. Fənnin dərs növləri üzrə paylanması

2.3.1. Mühazirə dərslərinin mövzuları və həcmi




Mövzunun adı

Auditor

saat

MSİ

(mühazirələrə

hazırlıq)

1

Kursun məqsəd və vəzifələri

2

-

2

Meteoroloji elementlər və məlumatlar

2

2

3

Meteoroloji müşahidələrin təşkili

2

2

4

Vulkanik fəaliyyətin müşahidə qaydaları və radiolokasiya müşahidələri.

2

2

5

Hava gəmisinin göyərtəsindən müşahidələr və verilən məlumatlar. AİREP məlumatları

2

4

6

Aviasiya hava proqnozları

2

2

7

SİGMET məlumatı.

2

2

8

AİRMET məlumatları

2

2

9

Aerodrom üzrə yayımlanan xəbərdarlıqlar

3

2

10

Aerodrom və külək sürüşmələri üzrə xəbərdarlıqlar (WS WRNG)

2

4

11

Külək sürüşməsi haqqında tərtib edilən xəbərdarlıqlar

2

2

12

Aviasiya iqlim məlumatları

2

2

13

Uçuş sənədləri

2

2

14

Uçuşların meteoroloji təminatında istifadə edilən hava xəritələri

2

2

15

Meteoroloji təminat zamanı istifadə edilən rabitə və radioyayım vasitələri

2

-




Cəmi

30

30


2.3.1. Məşğələ dərslərinin mövzuları və həcmi




Mövzunun adı

Auditor saat

MSİ

(seminarlara

hazırlıq)

1

Meteoroloji müşahidələrin təşkili

2

2

2

Meteoroloji elementlər və məlumatlar

2

2

3

Vulkanik fəaliyyətin müşahidə qaydaları və radiolokasiya müşahidələri

2

4

4

Hava gəmisinin göyərtəsindən müşahidələr və verilən məlumatlar. AİREP məlumatları

2

2




Kollokvium №1.

2

-

5

Aviasiya hava proqnozları

2

2

6

SİGMET məlumatı

2

2

7

AİRMET məlumatları

2

2

8

Aerodrom üzrə yayımlanan xəbərdarlıqlar

2

2




Kollokvium №2.

2

-

9

Aerodrom və külək sürüşmələri üzrə xəbərdarlıqlar (WS WRNG)

2

4

10

Külək sürüşməsi haqqında tərtib edilən xəbərdarlıqlar

2

4

11

Uçuş sənədləri

2

2

12

Uçuşların meteoroloji təminatında istifadə edilən hava xəritələri

2

2




Kollokvium №3.

2

-




Cəmi

30

30


2.3.2. Magistrantın sərbəst işinin-referatının mövzuları və həcmi
Fənn proqramında nəzərdə tutulmuş mövzuların mənimsənilməsini möhkəmləndirmək məqsədi ilə sərbəst iş-referat yerinə yetirilməlidir. Fənin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar magistr dissertasiyasının mövzusuna uyğun referatın hazırlanmasına köməklik etmək məqsədini daşıyır.

Referatın həcmi, tərtibatı və qiymətləndirilməsinin kriteriyaları sillabusda izah olunur.

Magistranta fənn üzrə semestr ərzində 1 referatın yerinə yetirilməsi üzrə tapşırıqlar verilir. Referatın tapşırıqları müxtəlif formada (mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar, sxemlərin və modellərin işlənilməsi, fənn üzrə hesablama cədvəlləri, qradiki işlər və s.) ola bilər. Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir, kafedra iclasında müzakirə edilir.

Referat üzrə məqbullar fənni tədris edən müəllim tərəfindən auditoriya saatlardan kənar saatlarda keçirilir.

Referatın məqsədi aviasiyanın meteoroloji təminatı üzrə Azərbaycanın Aviasiya Qaydaları rəhbər sənədində təsbit edilmiş prosedurlara müvafiq tələbləri magistranta aşılamaqdır.

Referatın nümunəvi məzmunu:



  • Azərbaycanın Aviasiya Qaydaları üzrə aerodromda müntəzəm meteoroloji müşahidələrin aparılması metodologiyası;

  • Azərbaycanın Aviasiya Qaydaları üzrə aerodromda qeyri-müntəzəm meteoroloji müşahidələrin aparılması metodologiyası;

  • Azərbaycanın Aviasiya Qaydaları üzrə aerodrom üzrə hava proqnozlarının tərtib edilmə metodologiyası;

  • Azərbaycanın Aviasiya Qaydaları üzrə uçuş marşrutları boyunca müşahidə edilən təhlükəli meteoroloji hadisələr haqqında operativ meteoroloji məlumatların tərtib edilmə metedologiyası;

  • Azərbaycanın Aviasiya Qaydaları üzrə aşağı uçuş eşelonlarında müşahidə edilən təhlükəli meteoroloji hadisələr haqqında operativ meteoroloji məlumatların tərtib edilmə metedologiyası;

Referatın elmi-tədqiqat hissəsi:

  • Azərbaycanın Aviasiya Qaydaları üzrə aerodromda müntəzəm meteoroloji müşahidələrin aparılması üçün müasir tövsiyə və standartların işlənməsi;

  • Azərbaycanın Aviasiya Qaydaları üzrə aerodromda qeyri-müntəzəm meteoroloji müşahidələrin aparılması üçün müasir rəhbər isitnad sənədlərinin tələblərinin operativ praktikada tətbiqi;

  • Azərbaycanın Aviasiya Qaydaları üzrə aerodromda hava proqnozlarının ödənişliyinin müəyyən edilməsi məqsədilə hesablamaların və yeni metodikaların işlənməsi;

  • Azərbaycanın Aviasiya Qaydaları üzrə aerodrom zəbərdarlıqlarının tərtib edilməsi və onların hava gəmilərinin uçuş qrafiklərinə təsirlərinin öyrənilməsi;

  • Azərbaycanın Aviasiya Qaydaları üzrə aşağı uçuş eşelonlarında müşahidə edilən təhlükəli meteoroloji hadisələrin helikopter uçuşlarına təsirinin araşdırılması;


Referatın nümunəvi mövzuları




Mövzunun adı

Sİ (saat)

1

Azərbaycanın Aviasiya Qaydalarına görə meteoroloji elementlərin müşahidəsi

5

2

Azərbaycanın Aviasiya Qaydalarına görə aerodrom üzrə xəbərdarlıqların tərtib edilməsi

5

3

Azərbaycanın Aviasiya Qaydalarına görə SİGMET və AİRMET məlumatlarının tərtib edilməsi

5

4

Azərbaycanın Aviasiya Qaydalarına görə GAMET zonal hava proqnozlarının tərtib edilməsi

5

5

Uçuşların meteoroloji təminatında istifadə edilən hava xəritələri

5

6

Hava gəmisinin göyərtəsindən müşahidələr və verilən məlumatlar. AİREP məlumatları

5

Cəmi




30



3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat
3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı




Adı

Mövzu planı üzrə mövzunun şifri

Miqdarı

1.

Prezentasiyalar

1-15

Elektron



Tövsiyə olunan ədəbiyyat
1) Azərbaycanın Aviasiya Qaydaları-2014.

2) EUR ДАННЫХ ОРМЕТ. Руководство по управлению. Четвертое издание. 2010.

3) Лещенко Г.П. Авиационная метеорология. Кировоград – 2009 г.

4) Метеорологическое Обеспечение Международной Аэронавигации. Приложение 3 к конвенции о международной гражданской авиации 2013 г.

5) Новые требования Приложения ИКАО в части, касающейся содержания сообщений SIGMET. 2007.

6) Руководство по авиационной метеорологии /Международная Организация Гражданской Авиации. Восьмое издание. 2008.

7) Гусейнов Н.Ш. Диспетчеру управления воздушным движением о лётчику о метеорологии. Баку, Ширваннешр, 1999.

8) Богаткин О.Г. Авиационные прогнозы погоды, Санкт-Петербург, 2007.



9) Сборник международный метеорологических авиационных кодов (METAR, SPECI, TAF)., Москва 1995
Yüklə 148,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin