Günah lüğət elmində



Yüklə 2,71 Mb.
səhifə111/163
tarix02.01.2022
ölçüsü2,71 Mb.
#9493
1   ...   107   108   109   110   111   112   113   114   ...   163

HƏDİS DÜZƏLTMƏK DÖVRÜ


Hədis demək və yazmağın qadağan olunması ilə yanaşı, bə`ziləri hədis nəql etməkdə azad idilər. Əbu Hüreyrə hədis düzəltmək və qondarmaqda seçilmiş şəxslərdən biri idi. O, Ömər ibn Xəttab tərəfindən Bəhreynin valisi olduğu zaman hədis deməyə icazəsi var idi. Mövcud əsərlərdə Əbu Hüreyrədən nəql olunan hədislərin bir qismi o dövrdə dediklərinin məhsulu, bir qismi ondan sonra bə`zilərinin düzəltdikləridir ki, hədisin sənəd silsiləsini ona nisbət vermişlər.1

O dövrdən qalan hədislər arasında aşağıdakı hədis gözə dəyir:

Əbu Hüreyrə deyir ki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Cəbrail mənim yanıma gəlib, əlimi qaldırdı və ümmətimin daxil olduğu behişt qapısını mənə göstərdi. Əbu Bəkr dedi: “Çox istərdim ki, sənin xidmətində olum və behiştə baxım!” Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Ey Əbu Bəkr! Sən ümmətim içərisində behiştə girən birinci şəxssən!”2

Yenə deyir ki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dünya səmasında səksən min mələk Əbu Bəkr və Ömərin dostları üçün bağışlanmaq diləyir, ikinci səmada səksən min mələk onların düşmənlərini lə`nətləyirlər.”3

Aişə Peyğəmbəri-Əkrəm (s)-dən belə nəql etmişdir: “Bu ümmətdən əməl dəftəri sağ əlinə veriləcək birinci şəxs Əbu Bəkrdir. Əbu Bəkrdən başqa bütün insanlar sorğu-suala tutulacaqlar!”4

Əbu Səid Xuri deyir ki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənim səma əhlindən Cəbrail və Mikail adlı iki vəzirim, yer əhlindən Əbu Bəkr və Ömər adlı iki vəzirim vardır.”5

Bə`zən bu hədisləri nəql edənin Əli ibn Əbi Talib, yaxud o həzrətin şiələrindən birinin olduğunu deyirlər. O cümlədən, Nüveyrə yazır: “Əli ibn Əbi Talib deyir ki, Peyğəmbəri-Əkrəm (s) Əbu Bəkrə belə buyurdu: “Ey Əbu Bəkr! Allah-taala Adəmin yarandığı vaxtdan qiyamətə qədər mənə iman gətirən hər bir kəsin savabını mənə, sənə isə mənim peyğəmbərliyə çatdığım gündən qiyamətə qədər mənə iman gətirənlərin savabını verəcəkdir.” (Sonra Nüveyrə əlavə edərək yazır ki, görəsən, bu savabların Əbu Bəkrə verilməsində səbəb nədir?)

Əmmar Yasirdən Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğu nəql olunur: “Elə indicə Peyğəmbəri-Əkrəm (s) mənim yanıma gəlmişdi. Ona dedim: “Ömər ibn Xəttabın səmadakı bə`zi fəzilətlərini mənə söylə!” O dedi: “Əgər doqquz yüz əlli il həyat sürən Nuhun yaşı qədər Ömərin fzilətlərini bəyan etsəm də, qurtarmaz və Ömər, Əbu Bəkrin həsənələrindən biridir!”6

İbn Abbasdan Peyğəmbəri-Əkrəm (s)-in belə buyurduğu nəql olunmuşdur: “Qiyamət günü bir nəfər ərşin altından “Mühəmmədin səhabələrini gətirin!” – deyə səsləyər. Əbu Bəkr, Ömər və Osmanı gətirərlər. Əbu Bəkrə deyilər: “Behiştin qapısında dayan və ilahi mərhəmətə təvəssül etməklə istədiyin kəsi behiştə icazə ver və ilahi elmlə istədiyini ora girməkdən saxla!”7

Doğrudan da qəribədir ki, Müaviyənin dövründə hədis demək və yazmağın qadağan olunma siyasətini yozmaq üçün yüzlərlə saxta hədis düzəldilir ki, guya Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Məndən bir şey yazmayın və hər kəs məndən Qur`andan başqa bir şey yazarsa, onu aradan aparın!”1 Digər tərəfdən isə elə həmin vaxtda xəlifələrin tə`rifi ilə bağlı minlərlə hədis nəql olunub yayılır və kimsə onun yazılıb yayılması və nəql olunmasının qarşısını almır.



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin