“Yunus” surəsi
1-Fəzl ibn Rəssan nəql edib ki, imam Sadiq (ə) belə buyurub: Yunus surəsini hər iki ya üç ayda bir dəfə oxuyan şəxsin cahil və nadan olmasından qorxusu olmaz. O Qiyamətdə Allahın dərgahına yaxın şəxslərdən olacaqdır.
2-Ubəyy ibn Kə`b Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, Həzrət belə buyurdu: Hər kəs bu surəni oxusa, Allah-taala ona, Yunusu (ə) təsdiq edənlərin, və yaxud onu təkzib edənlərin, və Fironla birlikdə qərq olanların boğulan sayı qədər on həsənə (savab) əta edər.
*****
“Hud” surəsi
1-Fərvə Aciri Həzrət Baqirdən (ə) rəvayət edir ki, Həzrət buyurdu: Hər kəs həftədə bir dəfə Hud surəsini oxusa, Allah-taala Qiyamətdə onu Peyğəmbərlərlə birlikdə gətirər. O gün dünyada aludə olduğu günahları onun üçün yazmazlar.
2-Ubəyy ibn Kə`b Allahın Rəsulundan (s.ə.v.v) rəvayət edib ki, Həzrət belə buyurdu: Hər kəs bu surəni oxusa, Həzrəti Nuha, Huda, Salehə, Şüeybə, Luta, İbrahimə və Musaya iman gətirənlərin yaxud onları təkzib edənlərin sayı qədər, ona on həsənə (savab) əta olunar. Qiyamət günü xoşbəxtlərdən olacaq. Səələbi öz sənədinə əsaslanaraq əbi Cuhəyfədən hədis nəql edib ki, Allahın Rəsuluna (s.ə.v.v) belə müraciət etdik. Qocalıq sizdə tə`sir qoymuşdur? Həzrət buyurdu: Bəli Hud və onun kimi surələr məni qocaltdı. Başqa bir rəvayətdə Əbubəkr də bu sözü Həzrətdən soruşmuşdu. Həzrət isə onun cavabında buyurmuşdu: Hud və onun kimi surələr, yə`ni "haqqə", "Vəqiə", "Əmmə yətəsaəlun" və "həl ətakə hədisul caşiyə" məni qocaltdı.
İmam Muhəmməd Baqir (ə) buyurdu: Hər kəs cümə günü bu surəni oxusa, Allah-taala onu Qiyamətdə Peyğəmbərlərlə məhşur edər, və onun hesabını asan edər ki, bir kəs onun günahından xəbərdar olmaz.
Hər kəs hacət üçün Hud surəsini on üç dəfə oxu.
Aşağıdakı ayəni yazıb maşına bağlasan, hər cür xətər və təhlükədən qorunarsan. Ayə: "Və qalərkəbu fiha bismillahi məcraha və mursaha innə rəbbi ləğəfurun rəhim" (Hud-41)
“Yusif” surəsi
(Əhsənul qəsəs)
1-Əbi Bəsirdən nəql olunub ki, imam Sadiq (ə) belə buyurdu: Yusif surəsini hər gündə yaxud hər gecədə bir dəfə oxuyan şəxsi, Allah-taala Qiyamətdə Qari (qiraətçi, (Qur`anı gözəl səslə oxuyan ) kimi gətirəcək. Cəmala gözəlliyi Yusifin (ə) cəmal və gözəlliyi kimi, o gün (Qiyamətdə) qorxu onu bürüməz, Allahın doğru-düzgün bəndəlrindən olar. Sonra Həzrət yenə də buyurdu: Bu surə tövratda da zikr olunub.Übəyy ibn Kə`b Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Öz qullarınıza Yusif surəsini öyrədin. Çünki hər bir müsələman bu surəni oxusa, ailəsinə və qullarına öyrətsə, Allah-taala ölümün çətinliklərini onun üçün asanlaşdırar, və ona elə qüvvə verər ki, heç bir müsəlmana qarşı həsəd etməz.
2-İsmail ibn Ziyad imam Sadiqdən (ə) o da, atalarından və Allahın Rəsulundan (s.ə.v.v) rəvayət edib ki, Həzrət belə buyurdu: Həyat yoldaşlarınıza yuxarı təbəqədə otaq verməyin və həmçinin Yusif surəsini yazmağı onlara öyrətməyin. Əvəzində onlara toxuculuq və nur surəsini yazıb, üç gün evdə saxlayıb sonra onu evin kənarında dəfn etsə, məmləkətin padşahının yanında əziz olar.
“Rə`d” surəsi
1-Hüseyn ibn Əbil Əladan rəvayət olunub ki, imam Sadiq (ə) buyurdu: Hər kəs Rə`d surəsini çox oxusa, hərçənd Əhli-beytin düşmənlərindən olsa belə Allah onu dünyada ildırım vurmaqla həlak etməz. Əgər şiə qarilərindən (Qur`an oxuyanları) olsa, Allah onu hesab-kitabsız Behiştə daxil edər, ailəsinin mö`min qardaşlarının və dostlarının barəsində etdiyi şəfaəti qəbul olunar.
2-Übəyy ibn Kə`b Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, hər kəs Rə`d surəsini oxusa ona on savab əta olunar ki, xilqətin (yaranışın) əvvələrindən Qiyamət gününə kimi yaranan buludlarla eyni səviyyədə olar. Qiyamət günündə o kəslərdəndirlər ki, onlar öz əhdlərinə vəfa etmişlər.
Şeyx Bəhaidən nəql olunub ki, qadınların hamilə olması üçün bu ayəni "Vələv ənnə Qur`anən suyyirətbihil cibalu, əv quttiət bihil ərzu, əv kullimə bihil məvta, bəllillahil əmru cəmiən." (Rə`d 31).
Muqəttəə hərifləri ilə yazıb (vav, lam, vav, əlif, nun, qaf, ra, əlif, nun, əyn…) həyat yoldaşının böyrünə bağlasan, hamilə olar. (O dedi: bunu 900 qadına bu nüsxəni yazdım hamısı hamilə oldular).
“İbrahim” və “Hicr” surələri
1-Ənbə ibn Məs`əbdən rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: hər kəs Həftədə bir dəfə namazının birinci və ikinci rükətində İbrahim və hicr surəsini oxusa, yoxsul ehtiyaclı dəli olmayıb, başqa bəlalara da giriftar olmaz.
2-İbn Əbi Kə`b deyir ki, Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs İbrahim və hicr surəsini oxusa, bütləri sitayiş edənlərin və sitayiş etməyənlərin sayı qədər ona on savab verilər.
3-Übəyy ibn Kə`b başqa bir rəvayətdə Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) belə nəql edib. Hər kəs Hicr surəsini oxusa Allah ona mühacir və Ənsarın və Məhəmmədi (s.ə.v.v) məsxərə edənlərin sayı qədər on həsənə (savab) verəcək
Deyirlər ki, hafizənin güclənməsinə xatir aşağıdakı ayəni qırx bir dəfə quru incilə oxuyub, gündə neçə ədəd ondan yesin. Ayə: "İnna nəhnu nəzzəlnəz-zikr və inna ləhu ləhafizun." (Hicr- 9)
“Nəhl” surəsi
1-Məhəmməd ibn Müslümdən rəvayət olunub ki, imam Baqir (ə) belə buyurdu: Hər kəs ayda bir dəfə Nəhl surəsini oxusa, dünyada mal-dövlətinə ziyan dəyməz, və həmçinin yetmiş cür bəladan ki, onların ən yüngülü dəlilik, cozam, pisixdən amanda qalar. Axirət onun məskəni (mənzili) ədn Behiştin ortasıdır.
2-Həzrəti Rəsul (s.ə.v.v) buyurdu: Hər kəs Nəhl surəsini oxusa, uca məqamlı Allah ona verdiyi ne`mətlərini hesab etməz ölüb özündən sonra vəsiyyət etmiş şəxsin əcrini alar, əgər o həmin gün vəfat etsə, ölən zaman yaxşı şeylərə vəsiyyət etmiş kəsdən neçə bərabər çox olar
Əgər bir qadın südünün çoxalmasını istəyirsə, bu ayəni yazıb suyunu içsə, südü çoxalar.
Ayə: "Və innə ləkum filən`ami ləibrətən nusqikum mimma fibutunihi min bəyni fərsin və dəmin ləbənən xalisən saicən lişşaribin." (Nəhl-66)
Bir kəsin hafizəsi zəif olsa, və hər şeyi eşidib tez bir zamanda öyrənib, yaddan çıxmamasını istəyirsə, duşənbə (birinci gün) günündən başlayıb, bu ayələri yeddi tikə quru çörəyə yazsın və gündə birini yesin.
Birinci gün: Duşənbə: "Fətaalal-lahul məlikul həqqul mubin."
İkinci gün: Seşənbə: "Rəbbi zidni ilmən." (Taha 114)
Üçünci gün: Cahar şənbə: "Sənuqriukə fəla tənsa." (Ə`la-6)
Dördüncü gün: Pəncənşəbə: "İnnəhu yəələmul cəhrə vəma yəxfa." (Ə`la-7)
Beşinci gün: Cümə: "La tuhərrik bihi lisanəkə litəc`ələ bihi." (Qiyamət-16)
Altıncı gün: Şənbə: "İnnə ələyna cəm`əhu və Qur`anəhu." (Qiyamət-17)
Yeddinci gün: Yekşənbə: "Fəiza Qərə`nahu fəttəbi Qur`anəhu." (Qiyamət-18)
Dostları ilə paylaş: |