GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ


Gürcüstan ərazisində türk mənşəli etnotoponimlərin areallari, mənbələrdə əksi və gürcüləşdirilməsi siyasəti



Yüklə 250,89 Kb.
səhifə10/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   6   7   8   9   10   11   12   13   ...   55
1.3. Gürcüstan ərazisində türk mənşəli etnotoponimlərin areallari, mənbələrdə əksi və gürcüləşdirilməsi siyasəti
Gürcüstan ərazisindəki türk mənşəli etnotoponimlərin istər öz ərazisi daxilində, istərsə də geniş bir arealın fonunda izlənilməsi, tədqiq edilməsi etnotoponimik sistemin ümumi mənzərəsi haqqında aydın təsəvvür yaratmağa imkan verir. Bu ərazidəki türk mənşəli etnotoponimlərin ayrı-ayrı ərazilərdə, həmçinin Azərbaycanda paralelərini meydana çıxarmaqla dilimizin müəyyən obyektiv qanunauyğunluqlarını, külli miqdarda topoformatların zəngin semantik çalarlarını üzə çıxarmış olarıq. İki və ya daha artıq coğrafi obyektin adını bildirən toponimləri dilçilikdə areal toponimlər hesab edən A.Qurbanov yazır ki, areal coğrafi ad//areal toponim başlıca olaraq üç səbəbdən yayılmışdır: 1) eyni bir qəbilə, tayfaya mənsub əhalinin müxtəlif yerlərdə məskən salması; 2) yeni ictimai quruluşla bağlı olaraq müxtəlif ərazidə eyni adqoymadan istifadə; 3) adların təsadüfən üst-üstə düşməsi [83, s. 357]. Bunlardan birincisi Gürcüstan ərazisindəki türk mənşəli etnotoponimlər üçün daha qanunauyğun haldır. Gürcüstan ərazisinə aid topladığımız çoxlu sayda türk mənşəli etnotoponimlər həm Azərbaycan, həm Ermənistan, həm də İran, Türkiyə, Dağıstan, Orta Asiya respublikalarının etnonimik adları ilə paralellik təşkil edir ki, onların hərtərəfli araşdırılması olduqca mühüm əhəmiyyət kəsb edir.

ABDALLI – Gürcüstanın Bolnisi rayonu ərazisindəki bu etnotoponimə Azərbaycanın Ağdam (Abdal), Tovuz (Abdal (2), Qubadlı (Abdalanlı), Oğuz (Abdallı), Ordubad (Naxçıvan MR) (Abdal) rayonlarında təsadüf olunur.

Həmçinin, Qəbələ rayonunda Mis Abdallı, Qubadlı rayonunda Abdalanlı, Şimal-Qərbi Azərbaycanda (indi Ermənistanda) , xüsusilə sabiq İrəvan xanlığının Qəripbasar və Qırxbulaq mahalında Avdallar adlı kəndlər vardır. Eləcə də, Azərbaycanın qədim və dilbər guşəsi olan və hazırda düşmən-erməni qəsbkarlarının əsarətindən azad olan Laçın şəhəri də 1923-cü ilə qədər Avdallar adlanmışdır. (Mənbələrin verdiyi məlumata görə, Avdal qədim türk tayfalarından biri olmuşdur). Böyük Qafqaz dağlarının yamaclarında – Naxçıvan ərazisində Avdal dağı (oronimi), Araz çayı vadisində və Azərbaycanın digər bölgələrində də bir neçə Avdal yurdu, Avdal ocağı deyilən yerlər qeyd olunmuşdur. Türkiyədə, Əfqanıstanda, Qaraçay və Balkarlarda, İraqda Avdal etnonimi ilə bağlı bir çox abidə və kəndlər mövcuddur. Bu isə “abdal” tayfasının qədim zamanlarda əsrlər boyu köçəri həyat keçirməsi və müxtəlif tayfalar tərəfindən sıxışdırılması ilə əlaqədardır [7, s. 128]. Abdallı kəndinin adı “avdal” və ya “Abdal” etnonimi ilə bağlıdır. Abdallı (Avdallı) – Qədim Borçalının Bağ bölgəsinin Bolulus (indi Bolnisi) rayonunda qədim türk kəndinin adı olub. Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda, Tiflis-Bolnis-İrəvan avtomobil yolunun kənarında, dəniz səviyyəsindən 620 m yüksəklikdə yerləşir.

Sön illərdə, çox təəssüflər olsun ki, Abdallının adı dəyişdirilib, Gürcü dilində “Cavaxi” qoyulub. Əhalisi 1000 nəfərə yaxındır. Kəndin yaxınlığında qaya üstündəki qədim qalanı Koroğlu qalası adlandırırlar.

Gürcüstanın Bolnisi rayonunda abdallarla bağlı bir çox oronimlər də qeydə alınmışdır: Abdalların çalası, Abdallının yeri, Abdallı güneyi, Abdallının kolu. [127, s. 98]

Azərbaycan-türk dili üçün səciyyəvi olan “Abdal” etnonimi Orta Asiya türklərinin toponimikasında “Abdal” variantında sabitləşmişdir [142, s. 87]. Həmçinin bu etnonim Türkmən toponimikasında və Başqırd toponimikasında “Abdal” variantlarında qeydə alınmışdır [164, s. 53]. Özbəkistanda da “Abdal” etnonimi geniş şəkildə yayılmış və onlarla etnooykonimin yaranması üçün əsas olmuşdur [170, s. 16]. Həmçinin X-XII əsrlərdə Başqırd etnonimin dördüncü qohum-nəsl layında “Abdal” variantında “Abdal” etnoniminin adı da qeyd olunmuşdur [165, s. 18]. Bu isə “avdal” tayfasının qədim zamanlarda əsrlər boyu köçəri həyat keçirməsi və müxtəlif tayfalar tərəfindən sıxışdırılması ilə əlaqədardır. Avdal sözünün ümumi mənası “ovu qoruyan, ova arxa olan” türkdilli xalqların mifologiyasında deyildiyi kimi “ov tanrısı” deməkdir. Həmçinin Türkmənistanın Xosambar rayonunda da “avdal” etnonimi ilə düzələn oba vardır [131, s. 13].

V.A.Qordlevski qeyd edir ki, Abdal tayfası orta əsrlərdə Türkiyədə güclü ictimai-siyasi qruplardan idi [148, s. 108]. Qədim türk tayfalarından biri olan Abdal adlı etnotoponimlər Türkiyə ərazisində də geniş yayılmışdır. Başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə Abdal adlı tayfa vardır. 1590 və 1728-ci illərə aid mənbələrdə Ermənistan ərazisində abdal etnonimindən törəmiş 5 etnotoponim qeydə alınmışdır. XIX əsrdə Şimali Qafqazda Ter əyalətində Abdal dağı adlı etnotoponim də mövcud olmuşdur. Bu tayfa adı V-VI əsrlərdə Orta Asiya, Əfqanıstan və Çin Türküstanında da geniş yayılmışdır.

VI əsr Suriya mənbələrində Şimali Qafqazın Hun əyalətində yaşayan avqar, bulqar, avar və s. türk tayfaları ilə yanaşı abdal/abdel tayfasının da adı çəkilir. V.V.Bartold, R.Q.Quzeev, B.Q.Qafurov abdel/abdal tayfasını Hun tayfası hesab edir. Bu tayfanın adı eftal, heftal fonetik formasında da qeyd edilir. Müxtəlif mənbələr əsasında abdal etnoniminin təhlilə cəlb edən İ.Bayramov yazır ki, bu etnonim Suriya, Yunan mənbələrində abdel, antalian, erməni mənbələrində xertal, idnal, ərəb mənbələrində xaytal, yaftal, fars, tacik mənbələrində xetal, xaytal formalarında yazıya alınmışdır. V.V.Radlov abdal sözünü aptal kimi mənalandırmışdır. N.A.Baskakova görə, “abdal etnonimi “əkinçilər tayfası, cütcülər tayfası” mənasını ifadə edir. Ərəb dilində abdal “dərviş, qələndər” mənasında işlənir. Mədət və Müşfiq Çobanovlar qeyd edirlər ki, abdal sözünün mənası “ovu qoruyan, ova arxa olan”, türkdilli xalqların mifologiyasında deyildiyi kimi “ov tanrısı” deməkdir” [37, s. 147].

MUĞANLI – Tiflis quberniyasının Qədim Borçalının Bağ bölgəsinin mərkəzi hissəsində Bolulus (indiki Bolnisi) rayonunda (xalq arasında bu kənd) Bala Muğanlı adlanır. İndi kənd gürcü dilində “Veneti” adlanır. Gürcüstan ərazisində 7-dən çox oykonimin yaranmasında qədim muğ-mağ etnonimi də mühüm rol oynamışdır. Təkcə Marneuli rayonunda Böyük Muğanlı, Qaş Muğanlı, Kirəc Muğanlı adlı kəndlər vardır. Müxtəlif coğrafi terminlər əlavə edilməklə işlədilən Bala Muğanlı, Sərt Muğanlı, Cala Muğanlı, kimi etnotoponimlər hələ qədim dövrdən bu tayfanın nə qədər məşhur olduğunu sübut edən xüsusi onimlərdir. Buraya Bolnisi rayonundakı Bala Muğanlı, Marneuli rayonundakı Böyük Muğanlı, Qaş Muğanlı, Kirəc Muğanlı, Qaracöp – Saqareco rayonundakı Yor Muğanlı, Qardabani rayonundakı Sərtcala Muğanlı, Dmanisi rayonundakı Muğanlı etnotoponimlərini əlavə etsək, bu ərazilərdə yaşayan aborigen sakinlərin olduqca qədim bir tarixə malik olduqlarını sübut etmiş olarıq. Muğanlı etnooykonimi Azərbaycanda da geniş yayılmışdır. Ağdam, Ağcabədi, Bərdə, Qazax, Qubadlı, Zaqatala, Zəngilan, Kürdəmir və Şamaxı rayonlarında Muğanlı; Şirvan şəhərində Muğan adlı şəhər tipli qəsəbə; Biləsuvar rayonunda Muğan adlı qəsəbə, Sabirabad rayonunda Muğan Gəncəli, Naxçıvanda Muğancıq Mehrab, Muğanlı Müslüm adlı kəndlər vardır [7, s. 183]. Yuxarıda adı qeyd olunan etnooykonimlərin hamısı “Muğ” və ya “Mağ” (tayfa adı) etnonimləri əsasında təşəkkül tapmış “muğanlı” tayfa adə ilə bağlıdır. Bütün bunlar göstərir ki, Azərbaycan xalqının etnogenezində “muğ” və ya “mağ” tayfaları böyük rol oynamışdır. Qədim Gürcü mənbələrində də Mukavan yazılmış formasında rast gəlinən muğ/muğan tayfası hələ eradan əvvəl VI əsrdə yaşamış yunan tarixçisi və coğrafiyaşünası Miletli Hekateyin diqqətini cəlb etmiş və bu tayfaların Araz çayı yaxınlığında yaşamasını göstərmişdir. Bizim e. ə. V əsrdən əvvəl yaşamış qədim yunan tarixçisi Herodotun verdiyi məlumata görə, Qafqaz dağları arasındakı düzlərdə maqa, muki, muqa adlı tayfa yaşamışdır. Eramızın I əsrində yaşamış coğrafiyaşünas Strabon isə Muğan coğrafi adını “moqan” kimi qeyd edərək onun Kür və Araz çayları ətrafında yerləşməsini göstərir. Bundan əlavə İbn Əl-Kəba, X əsrdə yaşamış ərəb tarixçisi Əl-Müqəddəin və ibn Heykəl, X əsrin coğrafiyaşünası Yaqut Həməvi və başqaları göstərirlər ki, Muğan vaxtilə həmin ərazidə yaşamış muğanlarla əlaqədar meydana gəlmişdir. Həmçinin, XIV əsr coğrafiyaşünası Həmdulla Qəzvini, XIV-XV əsrin görkəmli alimi Əbdürrəşid və başqa orta əsr tarixçiləri əsərlərində Muğan adı haqqında bəzi mülahizələr söyləmişlər. Muğan coğrafi adına antik müəlliflərin əsərlərində “Moxona” (Ammian Marsemin), Plinidə “Moxan-Kür”, erməni mənbələrində “Muxanx” (Movsey Xorensiki), ərəb mənbələrində “Muqan”, “Muğan” (Balazari, Təbəri, İstəxri və b.) yazılış formalarında rast gəlinir [115, s. 49].

Tarixi Azərbaycan ərazilərində geniş yayılmış “Muğanlı”lar şahsevən tayfa birliyinin ən böyük qollarından birini təşkil edir.

1728-ci ildə tərtib olunmuş “Dəftəri-müfəssəli-əyaləti-Tiflis”də Gürcüstanın ərazisində mövcud olmuş Muğanlı tayfasının adı ilə bağlı bir neçə Muğanlı kəndinin adı da qeydə alınmışdır. Məsələn, Baydar nahiyəsində Muğanlı (23), Dəmirçihəsən uluslarından Kəpənəkçi adlı yerdə Muğanlı camaatı (31), Muğanlı Əhməd camaatı (18), Ağcaqala nəhiyəsində Ərəbli oymağının İmamkəndi qışlağındakı Muğanlı camaatı (13), və s. göstərir ki, türklər-azərbaycanlılar bu bölgədə çox qədim dövrlərdən məskunlaşmışlar.

Azərbaycanın Qubadlı və Zəngilan rayonlarında üç Muğanlı adlı kəndlər və Goruş rayonunda isə Muğancıq (kiçik Muğanlı mənasında), həmçinin Dərələyəz nahiyəsində də Muğanlı adlı kəndlər vardır. Azərbaycanın Şirvan Şəhərinin tabeliyində olan şəhər tipli qəsəbə də Muğan adlanır [7, s. 97].

ABARİ – Gürcüstanın Amrolaur rayonu ərazisindəki bu etnotoponimlə Azərbaycanın Qusar rayonunda Abaran şəklində qeydə alınmış 2 toponim paralellik təşkil edir. “Eramızın əvvəllərində hun tayfa ittifaqının tərkib hissəsini təşkil etmiş türkdilli avarlar-abarlar VI əsrdə Şimali Qafqazdan Zaqafqaziyaya gəlmişlər” [14, s. 11]. Ə.Muxtarova belə hesab edir ki, Şərqi Avropadakı avarlar məhz Orxon-Yenisey abidələrində xatırlanan apar-upurım tayfasıdır [106, s. 88]. Abari etnonimi Ermənistanda Abardan və Abaran formasında qeydə alınmışdır [22, s. 96]. Qədim gürcü mənbələrində göstərilir ki, avarlar gürcü çarı Quramın vaxtında Bizans imperatoru Yustinanın (585-611) əmri ilə Gürcüstanda yerləşdirilmişdir [161, s. 18-22]. N.A.Baskakov da qeyd edir ki, avarlar Asiyadan hərəkət edərək VI əsrdə Mərkəzi Avropada Avar xanlığını yaratmış, onun süqutundan sonra Qara dənizin qərb sahili və Dunayboyu xalqları ilə qaynayıb qarışmışlar [139, s. 233].

Gürcüstan ərazisindəki Abari etnonimi qədim türk tayfalarından biri olan “avar”, “abar” etnoniminə gürcü dilinə məxsus “i” şəkilçisinin qoşulması əsasında yaranmışdır və “avar tayfasının yaşadığı yer” mənasını bildirir. Qədim mənbələrdə bu etnonimin “apar” forması da qeydə alınmışdır. R.Özdək apar tayfası haqqında yazır ki, Göytürklər 552-ci ildə Juan-juan dövlətinin yıxmışdılar. O zaman hunların bir qismi qərbə çəkildi. Bu kütlənin əsasını Hun və yar soylarından olan iki qəbilə təşkil edirdi. Yarlar monqollarla qarışıq idilər. Qərbə çəkilən bu kütlə “Apar” adlanırdı. Türkcə olan bu kəlmənin mənası “dirənən, qarşı gələn” deməkdir. Qərblilər “Abar” və “Avar” formalarında işlətmişlər. Daha çox “Avar” şəklində söylənilirdi [111, s. 133]. A.Bakıxanov qeyd edirdi ki, avarlar Türküstan çöllərində iqtidar və şöhrət sahibi olan bir tayfa olmuşlar. Çin tarixçilərinə görə, avar tayfası çinlilərlə qonşu olan Hun nəslindəndir. II əsrdə türk tayfalarına məğlub olan avarlar, cənub ölkələrinə gəlmiş və başqa tayfalarla qarşılaşmışlar [15, s. 23].

Avar tayfasının dövlət ənənələrindən bəhs edən Cavad Heyət yazır ki, Avarlar 558-ci illər arasında Qərbi Avropada firənglərlə bizanslar arasında, hunların, sabarların və oğuzların iştirakı ilə qüvvətli bir dövlət qurdular və clav, jermen tayfaların da özlərinə tabe etdilər [67, s. 30].

TOBAXÇİ – Gürcüstanın Şimali Axalsıx rayonunda olan bu etnooykonimin birinci komponentindəki toba sözü qədim türk tayfa adını özündə əks etdirir. Toba-tuba komponentli coğrafi adlar Gürcüstan ərazisində geniş yayılmışdır: Toba, Sxaltuba, Qurutuban (Axalsıx rayonu), Qaratuban, Kartuban, Zeduban, Abastuman (Adıgün rayonu), Tobaxçi, Xeltubani, (Qori şəhəri yanında). Gürcüstanda Sxaltuba adlı şəhər də vardır [79, s. 26-27]. VII-VIII əsrlərdən məlum olan toba-tuba adlı qədim türk tayfa adının izlərinə Azərbaycanın İsmayıllı rayonunda Quruçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşən Tubikənd oykonimində və Qobustan rayonu ərazisində Çigil və Qozlu çaylarının suayrıcında yerləşən Tuva dağ adında rast gəlirik. “V əsrdə tele tayfa ittifaqına daxil olan tubalar çox güman ki, qıpçaqların tərkibində Azərbaycanda məskunlaşıblar. Şimali Asiyada tubalar adlı etnik qrup mövcuddur. Volqaboyu tatarlar və qırğızlar arasında da tuba etnonimi qeydə alınmışdır” [14, s. 71].

ORUZMAN – Gürcüstanın Dmanisi rayonu ərazisində “aşağı” və “yuxarı” apelyativlər ilə işlədilən Oruzman etnooykoniminin birinci komponentində mövcud olan “oruz” leksik vahidi “oğuz” qədim türk tayfa adının təhrifə uğramış formasıdır. Oğuz etnonimi Zaqatala rayonundakı Uquztəpə və Uquzdərə oronimlərində “uquz” formasında qalmışdır. Azərbaycanın Baş Qafqaz silsiləsinin ətəyində yerləşən bir şəhər adı da Oğuz adlanır. Mahmud Kaşğari oğuzların 22, Rəşidəddin isə 24 tayfadan ibarət və Oğuz xan nəslindən olduqlarını göstərir. B.Budaqov, Q.Qeybullayev, H.Mirzəyev, H.Məmmədov və bir sıra başqa tədqiqatçılar öz əsərlərində Öküzdağ (Daşkəsən rayonu), Öküz dağı (Gədəbəy rayonu) və eyni zamanda XIX əsrdə Tiflis quberniyasının Axalkalaki qəzasında və İrəvan quberniyasının Aleksandropol qəzasında qeydə alınmış “öküz” komponentli oronimlərin hamısını “oğuz” tayfa adı ilə bağlamış və göstərmişlər ki, ev heyvanının adı olan “öküz” dağ adlarında əks oluna bilməzdi [102, s. 263]. X əsrdə kütləvi şəkildə islam dinini qəbul etmiş oğuzlar XI əsrin əvvəllərində bir qismi Gürcüstana gəlmiş, əksər qismi səlcuqların başçılığı ilə Xorasan tərəfdən Yaxın şərq ölkələrinə (İran, İraq, Türkiyə, Azərbaycan), digər hissəsi isə Aral gölü və Xəzər dənizinin şimalındakı Şərqi Avropaya yayılmışlar.

BALAÇAUR – Gürcüstanın Adıgün və Qudauti rayonlarında qeydə alınan bu etnonim xəzər tayfalarından birinin adıdır. Mənbələrdə müxtəlif şəkillərdə (Balaçaur, Bulatsaz, Bolasauri) [54, s. 12; 79, s. 31] qeydə alınmış Balaçaur etnotoponimi “bələncər” tayfa adının müxtəlif fonetik hadisələrə məruz qalmış formasıdır. Bəzi mənbələrdə “bələncər” tayfasının adı VI əsrdən çəkilir və göstərilir ki, Sasani şahı Xosrov Əniuşirəvan (531-579) Azərbaycana köçürdüyü xəzərlər içərisində bələncərlər də vardır. VIII əsrin birinci rübündə ərəb əmiri Cərrah ibn Abdullah Xəzər ölkəsinə hücum edərək Bələncər şəhərindən Arana xeyli əhali köçürmüşdür. Toponimi bələncər etnonimi ilə bağlayanlar məhz bu faktlara əsaslanmışlar [14, s. 83-84]. Qədim türk tayfaları olan quzların və karlukların sərhəddində yerləşən bir şəhərin adı Balac idi [62, s. 28]. Hal-hazırda Zəngilan rayonu ərazisində Biləcər adlı yaylaq və Bakının Binəqədi rayonunda Biləcəri adlı qəsəbə vardır.

SARACLI – Gürcüstanın Bolnisi rayonunda mövcud olan bu kənd adı əksər mənbələrdə nəsil, tayfa adı kimi izah olunur. “Tiflis əyalətinin müfəssəl dərtəri”ndə XVIII əsrin əvvəllərində Borçalının Dəmirçihəsənli nahiyəsində 3 Siraclı (Saraclı) oymağının olduğu göstərilir. Azərbaycanın Füzuli rayonunda Saracıq adlı kənd vardır. Bunlardan əlavə Saatlı rayonunda 1, Ağdam rayonunda 2, Ağcabədi rayonunda 1, Tərtər rayonunda 2, Cəbrayıl rayonunda 1 Sarıcallı adlı yaşayış məntəqələri mövcuddur. N.Məmmədov Naxçıvan MR-nın Şərur rayonunda Saracbudaq adlı oronimi qeyd alaraq onu belə izah edir: “XIX əsrin birinci yarısına aid məlumatlara görə, qazaxlı tayfasının bir tirəsinin 90 ailədən ibarət nəsillərindən birinin adı Saraşlıdır. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə həmin düzənlik saraclı nəslinin ərazisi olmuşdur” [92, s. 156-157]. XIX əsrə aid mənbələrdə Qərbi Azərbaycanın (indiki Ermənistanın) İrəvan quberniyasının Sürməli qəzasında 2, Şərur-Dərələyəz qəzasında 1 Saraclı yaşayış məntəqəsinin adı çəkilir və həmin kəndlərin orta əsrlərdə Anadoluda yaşamış Yerük tayfa birləşməsinin Saraclı qolunun məskunlaşması nəticəsində yaranması göstərilir [24, s. 364].

Saraclar etnoniminə mənbələrdə müxtəlif fonetik variantlarda rast gəlirik. Bu etnonim Qafqazın 5 verstlik xəritəsində Saraclar, erməni mənbələrdə saraclar, H.Haşımoğlunun əsərində Sar çalar, Sarac alar formalarında qeyd edilmişdir. Lakin kəndin ilkin və düzgün adı Sarıcalılar olmuş, sonradan Sarıcalar kimi sabitləşmişdir [20, s. 148].

Fikrimizcə Sarıcalılar, Saraclar ta qədimdən Naxçıvan bölgəsində məskunlaşmış, XVIII əsrdə Qarabağa köçürülmüş və bundan sonrakı dövrlərdə Gürcüstan ərazisinə miqrasiya olunmuşlar.

XONA – Gürcüstanın Adıgün rayonundakı Xona kəndi, Kutaisi şəhəri yaxınlığındakı Xoni kəndi, Tiflisin cənubunda yerləşən Xunan qalası coğrafi adları hun tayfa ittifaqının adını tarixi abidə kimi qoruyub bu günədək saxlamışdır. Türkdilli tayfa birləşmələrindən olan “hunların tayfa ittifaqı eramızdan əvvəl III əsrdə təşəkkül tapmışdı. Hunların yaratdığı dövlətin sərhədləri Baykaldan Tibetə, Orta Asiyadan Xuanxeyədək uzanırdı. Eramızdan əvvəl I əsrdə hun dövləti Şərqi və Qərbi hun dövlətlərinə parçalandı” [93, s. 163]. Azərbaycanın Tovuz rayonunda Hunan şəhər xarabalığı, Hunan qalası, Hunan arxı, Hunan təpəsi, Hunan dərəsi, Hunan düzü etnotoponimləri [93, s. 162]. Xocavənd və Ağcabədi rayonları ərazisində axan Xonaşen çay adı, Şəki rayonu ərazisindəki Xonaşenyeri oronimi türkdilli hun tayfa adını özlərində əks etdirir. XX əsrin əvvəllərində İrəvan qəzasında mövcud olmuş Xunut toponimi, erkən orta əsrlərdə Kürün sol sahilində indi xarabalığı “Torpaqqala” adı ilə məlum Xunan qalası, Gədəbəy rayonunda Xunus toponimləri hun etnonimi ilə mənşəcə eynidir [24, s. 406]. XX əsrin əvvəllərinə kimi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Meğri rayonunda) Hünüt adlı yaşayış məntəqəsi olmuşdur.

UDE – Qədim türk mənşəli utilərin adını özündə əks etdirən bu etnotoponimə Gürcüstanın Adıgün rayonunda təsadüf edirik. Qədim mənbələrdə eradan əvvəlki əsrlərdə və eranın ilk əsrlərinə aid hadisələrlə əlaqədar olaraq Azərbaycan, Ermənistan və Gürcüstan ərazilərində adları çəkilən türk mənşəli etnotoponimlər sırasında udelərin-utilərin də adı çəkilir. Utilərin Azərbaycanda yayılma areallarından bəhs edən Q.Qeybullayev qeyd edir ki, Musa Kalankatlının “Alban tarixi” əsərində Albaniyada Uti adlı bir neçə əyalət adı çəkilir: Dağlıq Qarabağda Uti çölü, Uti əyaləti, Bərdə şəhəri yaxınlığında Uti, Qazax bölgəsinin Uti əyalətində Xalxal şəhəri, Arazbar bölgəsində Uti, Uti əyalətində Kiş kilsəsi, Kalankat kəndinin yerləşdiyi Uti (indiki Tərtər rayonu ərazisi) və s. [82, s. 76].

V.P.Kobıçev göstərir ki, udilər geniş miqrasiyaya malik olan toponim və etnonimlərin adında Qafqazdan Rusiyanın mərkəzi rayonlarına və Uzaq Şərqə qədər səpələnmişlər: Ud, Uda, Udon (çay adları), Ude, Udinek (yaşayış məntəqələrinin adları) [163, s. 10-18].

TƏKLƏ – Gürcüstanın Qardabani rayonunda 3 kənd (Təklə, Ağ Təklə, Qara Təklə) və Bolnisi rayonunun Faxralı kəndində böyük bir nəsil bu etnonimin adını daşıyır. Azərbaycanın Kürdəmir, Ağsu, Masallı, Cəlilabad rayonlarında Təklə adlı beş kənd vardır. Təkcə Cəlilabad rayonunda Təklə etnonimi ilə bağlı olaraq yaranmış 4 oroetnotoponim qeydə alınmışdır: Təklə dağı, Təklə təpəsi, Təklə diki, Təklə dərəsi [93, s. 159]. Azərbaycan etnonimiyasında ilk dəfə Təklə haqqında araşdırma aparan M.H.Vəliyev yazır ki, bu toponimlər səlcuqların təkəli tayfasının adındandır [126, s. 18]. Başqa bir mənbədə qeyd edilir ki, orta əsrlərdə təklə şahsevənlərin bir tayfası olmuşdur. İran şahı Şah Təhmasib XVI əsrdə təklə tayfasına yaşamaq üçün indiki Salyan rayonunun ərazisini vermişdir. XX əsrin əvvəllərinə aid məlumata görə təklə tayfası Mil-Qarabağ düzlərində yaşayırdı və çoxlu tirədən ibarət idi [86, s. 159]. XIX əsrdə Qafqazda 11 Təklə adlı kənd vardı [182, s. 241].

QIRIXLI – Türk tayfa adı ilə bağlı olaraq yaranmış bu etnotoponim Marneuli rayonunda qeydə alınmışdır. Qırıxlı etnotoponiminə Azərbaycan ərazisində müxtəlif variantlarda rast gəlirik. Məsələn, Qərbi Azərbaycanın Zəngəzur dağlar silsilələrindən birinin adı Qırxlar dağıdır. Tarixi mənbələr də təkzib edilməz faktlarla sübut edir ki, Qırxlar dağı adı zirvəsinin sayına görə yox, orada məskən salan tayfa adını əks etdirir. Bu dağ adı oğuz mənşəlidir. Belə ki, qeydə alınmış adı Oğuz oğlu Uruz xanın nəslindən olan kırık tayfasının adını tarixi bir abidə kimi qoruyub saxlamışdır. Dilçilik elminin qanunlarında fonetik baxımdan kırıklar-“qırxlar” halına keçə bilir [93, s. 141]. Hal-hazırda Tovuz rayonunda müxtəlif apelyativlərlə işlənən 3 Qırıxlı, Goranboy və Tərtər rayonlarında eyniadlı yaşayış məntəqələri vardır. Bəzi mənbələrdə qırıxlıların əfşar tayfalarından törəndiyi qeyd edilir [34, s. 160]. Orta Asiyada və qaraqalpaqlarda da kırık//kırk tayfa adı ilə düzələn toponimlər xeyli saydadır [156, s. 165]. R.Eyvazova Əfqanıstanın ayrı-ayrı sahələrində təsadüf edilən Kırık//Kırk, Kırix//Kırx coğrafi adlarını aşağıdakı kimi təqdim edir: Kırıx//Kırx – çay – Herat şəhərinin şimal- şərqindən 76 km aralı; Kırık//Kırk –hökumət-Heratda; Kırıx//Kırx-qala-Heratda; Kırık//Kırk-kənd- Amur-Dəryanın yaxınlığında, Qunduzda; Kırıktay//Kırktay-aşırım-Qəndəharda; Kırıkcə//Kırkcə-çay-Nəngarharda [40, s. 159].

MİNSAZ – Gürcüstanın Zalqa rayonunda mövcud olan bu etnotoponimin birinci komponentində işlənən “min” leksik vahidində qədim “minq” tayfa adı mühafizə olunmuşdur. Bu etnotoponimin areal araşdırmalarından aydın olur ki, VII-VIII əsrlərdə toquz oğuz konfederasiyasına daxil olan minglərin adı VII-IX əsrlərdə başqırdların, XII-XIII əsrlər qıpçaqların arasında çəkilir. XIII-XIV əsrlərdə Qızıl Ordanın tərkibində böyük tayfa birləşməsi yaradan minqlər Azərbaycan, Ermənistan, Özbəkistan, Tacikistan etnotoponimiyasında müəyyən izlər qoymuşlar. Azərbaycanın Laçın rayonu ərazisindəki Minkənd etnohidronimi, Minkənd etnotoponimi, İsmayıllı rayonu ərazisindəki Mingə etnotoponimi, Füzuli rayonu ərazisindəki Mingəlan etnooronimi, Zəngilan rayonundakı Mincivan qəsəbə adı, Ordubad şəhərindəki Mingiz məhəllə adı, Özbəkistan ərazisindəki Minqışlaq, Minqlər, Kattaminq, Minqon etnotoponimləri, Tacikstandakı Mingistan toponimi, XIX əsrdə Ermənistanın İrəvan əyaləti ərazisindəki Minq toponimi qədim minq-ming türk mənşəli tayfasının adı ilə əlaqədar olaraq yaranmışdır.

SAATLI – Gürcüstanın Dmanisi rayonunda mövcud olan bu etnotoponim Qafqazda geniş areallığı ilə diqqəti cəlb edir. Bəzi tədqiqarçılar Heredotun müasiri Hipokrata əsaslanaraq yazırlar ki, Saatlı etnotoponimi sakat tayfa adından törəmişdir və bu tayfaların adı Azərbaycanda bu gün də yaşamaqdadır [96, s. 29]. Azərbaycanın Şabran rayonunda Saatdan oronimi, Saatlı şəhəri, Bərdə rayonunda Saatlı kəndi, Ermənistanda Sakatlı, Sahatlı, Pir Saat kimi yer-yurd adları məhz sakatlı qəbilələri ilə bağlı yaranmışdır.

QƏMƏRLİ - Gürcüstanın Dmanisi rayonu ərazisində qeydə alınan bu etnotoponimə türk xalqları yaşayan müxtəlif ərazilərdə rast gəlmək olur. Tədqiqatların əksəriyyətində Qəmərli etnotoponimi qədim tarixə malik olan “kimmer” tayfa adı ilə bağlı olaraq izah olunur. Azərbaycanın Daşkəsən rayonundakı Kəmərqaya oykonimi, Qazax rayonundakı Kəmərli kənd adı, Daşkəsən rayonu ərazisindəki Kəmərdaş oronimi, Qazax rayonu ərazisindəki Kəmərliçöl oronimi, İranda türkdilli qaşqayların içərisində yaşayan Qəmər tayfa adı, Ermənistanda Qəmərli kəndi, Qafan rayonu ərazisindəki Komaran kəndi, Türkiyə ərazisində Kəmərli, Əfqanıstanda Qərə Kəmər mağara adı, Qərə Qəmər sahə adı, Qəmər dağ adı heç şübhəsiz ki, “rus dilində komur//kumir, gürcü dilində qmiri, osetin dilində qameri//qumeri, erməni dilində qamarlu, yunan dilində kimmer, assur dilində qimmirri, Azərbaycan dialektlərində qəməran (Salyan, Biləsuvar), qəmərəl (Qazax)” [39, s. 196] formalarında işlədilən kimmer tayfa adının müxtəlif fonetik variantlarıdır və həmin tayfanın adını özündə əks etdirir.

DƏLLƏR – Gürcüstanın Bolnisi (Dəllər) və Dmanisi (Dağ Dəllər) rayonlarında qeydə alınmış bu etnotoponim də geniş areallara malikdir. Bu kəndlərdən Bolnisi rayonundakı Aran Dəllər kəndinin gürcülər tarixi adını dəyişib “Muşevani” qoyublar. Başkeçid rayonundakı Dağ Dəlləri kəndi öz adını daşıyır. Dəllər toponimik adlarının təşəkkül tapdığı sözlər əsasında düzələn kənd adlarına Azərbaycanda da rast gəlirik. Ağsu və Saatlı rayonlarında Dəlilər adlı kəndlər, Şəmkir rayonunda Dəlilər adlı şəhər tipli qəsəbə, Dəlilər Cəyir, Dəlilər Cırdaxan adlı kəndlər vardır.

Yuxarıda adları qeyd olunan kənd adlarına nəzər saldıqda aydın olur ki, həmin kənd adları “tele” adlı etnonim əsasında formalaşmışdır. Tarixdən məlumdur ki, türk mənşəli qədim tayfalardan biri tele tayfaları olmuşdur. Bu tayfa xalqımızın etnoginezində yaxından iştirak etmişdir. Bunu həmin tayfa adı əsasında düzələn toponimik vahidlər və onların müxtəlif bölgələrdə yayılması da təsdiq edir” [30, s.86]. Belə ki, dəli etnonimi tele şəklində hunların bir tirəsinin adı kimi məlumdur. Tarixi mənbələrin verdiyi məlumata görə, telelər qədim zamanlarda Balxaş gölü ətrafında yaşamış və hun tayfa birləşmələrinə daxil olmuşdur. Tele tayfası VI əsrin ortalarında Dağıstana qədər uzanan Qərbi türk xalqlarının tərkibinə daxil olmuş və əsas etibarı ilə Xəzər dənizi sahilində məskən salmışlar. Mənbələrə əasasən söyləmək olar ki, eramızın VI-VII əsirlərində tele tayfası Azərbaycanda və onun hüdudlarında oturaq həyat keçirməyə başlamışlar.

Dilimizin sonrakı inkişaf prosesində “tele” sözü “dele” və ya “dəli” kimi formalaşmış və sonralar ona -lər şəkilçisi artırılmışdır. Deməli, dəli etnonimi “tele” sözü əsasında təşəkkül tapmışdır. Belə ki, “dəli” sözü əvvəllər dilimizdə həm tayfa adı, həm də “igid, cəngavər, qoçaq, cəsur, çılğın, qəhrəman, döyüşçü” mənalarında işlənmişdir. Ümumilikdə isə “dəli tayfası”, “igid və cəngavər tayfa” məzmununu bildirir. Heç təsadüfi deyil ki, mədəniyyətimizin ensklopediyası hesab olunan “Kitabi-Dədə Qorqud” dastanlarında Dəli Domrul, Dəli Dondar, Dəli Qoçar, “Koroğlu” dastanında Dəli Koroğlu, Dəli Həsən, Koroğlunun dəliləri, “dəli nərə çəkmək” kimi antroponimik və leksik vahidlər formalaşmışdır. Bu da tele tayfasının döyüşən və cəngavər türk tayfası olduğuna dəlalət edir. Toponimlərin yaranması bu və ya digər ərazidə hər hansı bir qəbilə, tayfa və xalqın məskən salmasının tarixi ilə bağlıdır.

Göründüyü kimi, Dədə Qorqud dünyasının bütün regionlarında, o cümlədən, Gürcüstanın Azərbaycan türkləri yaşayan bölgələrində dilimizin daxili imkanları (səs tərkibi, lüğət tərkibi, morfoloji və sintaktik qanunları) əsasında formalaşan yüzlərlə toponimlər və hidronimlər vardır. Onların toplanması və tədqiqi xalqımızın, mədəniyyətimizin və dilimizin tarixi inkişaf yollarını işıqlandırmaq üçün böyük əhəmiyyət kəsb edir. Xalqımızın qədim zamanlardan yaşadığı bütün regionlarda, o cümlədən də Gürcüstanda, xüsusilə onun cənub-şərq rayonlarında, yəni qədim Borçalı mahalında ilkin orta əsrlərdən yayılmış zəngin və rəngarəng xüsusiyyətlərə malik olan türk (Azərbaycan) köklü toponimlərin toplanması və öyrənilməsi böyük elmi əhəmiyyətə malikdir.

VI-VII əsrlərdə Qərbi Türk Xaqanlığının yaranmasında böyük rol oynayan tele//teles tayfa adını özündə əks etdirən Dəllər etnoniminə Orxon-Yenisey abidələrində tolos şəklində rast gəlirik. Hal-hazırda Cəbrayıl rayonundakı dağlardan biri Tulusdağ və kəndlərdən biri Tulus adlanır. Altayda da bir tayfanın adı tolos adlanır. Hazırda qaraqalpaqların da tolos adlı bir tayfası var. 1590-cı ildə Osmanlı türkləri tərəfindən tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Sisyan nahiyəsində bir kəndin Tulus adlandırıldığı qeyd edilir. Əlavə edək ki, Tatarıstanda tolos adlı tayfa indi də vardır. Qeyd edək ki, tele-teles-tulus “dəllər” leksik vahidinin qədim formasıdır. Hal-hazırda Qubadlı rayonundakı Həmzəli kəndi el arasında Dəlilər Həmzəlisi adlanır. Ağsu, Saatlı, Şəmkir, Şərur (Naxçıvan MR), Xızı rayonlarında təkrarlanan Dəllər etnotoponiminin izlərinə “noqaylarda tele, qazaxlarda tulev, özbəklərdə tileu, başqırdlarda teleu, qırğızlarda telev” [14, s. 192] formalarında rast gəlirik.

İMİR – Bu tayfanın adı Gürcüstanın Marneuli rayonu ərazisində bir oykonimdə öz izini saxlamışdır. “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə Gürcüstanın Baydar nahiyəsində XVIII əsrdə İmirli tayfa adı ilə bağlı 3 toponimin adı çəkilir: İmirli məhəlləsi, İmirəli məhəlləsi, Başqa İmirəli məhəlləsi [50, s. 49]. Kaşğarinin 22 oğuz tayfaları sırasında eymur formasında adını çəkdiyi bu etnonimin izləri müxtəlif fonetik variantlarda Azərbaycanın bir çox bölgələrində qorunub saxlana bilmişdir. Mənşəcə müstəqil oğuz-səlcuq tayfalarından olan, lakin sonralar əfşarlara qarışmış eymurlar öz izlərini Bərdə rayonundakı İmirli, Gədəbəy rayonundakı İmir, Ağdaş rayonundakı Eymur kənd adlarında qoymuşlar. İmirli etnoniminin arealından bəhs edən B.Budaqov və Q.Qeybullayev qeyd edirlər ki, İrəvan əyalətinin Eçmiədzin qəzasında İmirli adlı kənd olmuşdur. 1878-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə yezid kürdləri yerləşdirilmişdir. 1950-ci ildə kənd ermənicə Tutucur adlandırılmışdır. Orta əsrlərdə Anadolunun qərbində yaşamış yeryüklərini Əmirli tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Ondan əvvəl Əmirli tayfası Ağqoyunlulara mənsubdur. Mənşəcə Səlcuq oğuzlarının Eymur tayfasının adını əks etdirir. XIX əsrin əvvəllərində Qarabağda yaşamış İmirli (əsli Eymurlu) tayfasının adı ilə mənşəcə eynidir [22, s. 268]. Bunlardan əlavə, 1728-ci ildə “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə İrəvan əyalətinin Kökcə nahiyəsində Səlcuq oğuzlarının Eymur tayfasının adını özündə əks etdirən Emirkənd etnooykonimi də qeydə alınmışdır [196, s. 12].

SAMKURE – Gürcüstanın Qardabani və Adıgün rayonları ərazilərində bu etnooykonimə Samqori şəklində rast gəlirik. Mürəkkəb quruluşa malik bu etnotoponimin birinci komponentindəki “sam” leksik vahidi eyniadlı etnosun adını daşıyır. Dağıstan və Azərbaycan Respublikaları ərazilərində axan Samur çayı, Qusar rayonundakı Samur qəsəbəsi, Böyük Qafqaz dağlarına şimal-şərq ətəkləri ilə Xəzər dənizi arasında şimal-qərbdən cənub-şərq istiqamətinə uzanan ensiz Samur-Dəvəçi ovalığı, Xaçmaz rayonunda Samurçay qəsəbəsi, IX-XII əsr Ərəb mənbələrində xatırlanan Sammur, Samur, Sanqur, Sandur, Sambur xüsusi adları, X əsrdə Uralda Samur, Cənubi Azərbaycan ərazisindəki Samburçay, Sistan çayı yaxınlığındakı Samur qalası, Tanbov dairəsindəki Samursk, Lvov vilayətindəki Sambur, XIX əsrdə Kubandakı Samurlu kəndi, Ermənistandakı Samurlu və Samburlu kənd adları, Özbəkistanın Səmərqənd (Samarkand) vilayətinin adı, Rusiyanın Samara şəhərinin adı “sam” tayfasının adı ilə bağlı olaraq yaranmışdır [14, s. 425-426].

BALTALI- Gürcüstanın Laqodexi və Znaursk rayonlarında qeydə alınmış bu etnotoponimin əsl forması “Balta”dır. Azərbaycanın Şəki rayonunda Kiş çayının sahilində, dağətəyi ərazidə Baltalı adlı yaşayış məntəqəsi mövcuddur. Qax rayonunun Cəlayır kəndi yaxınlığında Baltalı düzü yerləşir. Qədim türk tayfalarından olan baltalıların adını özündə əks etdirən etnotoponimlərə türklərin yaşadıqları müxtəlif ərazilərdə rast gəlinir. İ.Kazımov qeyd edir ki, Balta türk tayfası Mesxetiyaya (Samsxe) Monqol dövründə XIII-XVII əsrlərdə axın etmişlər. Yerli toponimlərdə bu tayfanın adı qorunmuşdur. Ümumiyyətlə, türklərin yaşadıqları ərazilərdə (Şimali Qafqazda-Balta, Balta-Çoxraq kəndləri), Cənubi Azərbaycanda-Balta kəndi, Ermənistanda-Baltadərəsi və Baltaçay və s.) bu tayfanın adı mühafizə olunub saxlanmışdır [78, s. 172].

ULAŞLI- Gürcüstanın Marneuli rayonu ərazisində qeydə alınmış bu etnotoponim də geniş paralellərə malikdir. Belə ki, Azərbaycanın Qubadlı rayonunun Bərgüşad çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində yerləşən bir kəndin adı “Ulaşlı”dır. Göyçay rayonunda da Ulaşlı Şıxlı adlı yaşayış məntəqəsi var. Kulas, xulaş, hulaş, ulaş formalarında yaranmış toponimlərə Dağıstan (Ulaşlı kəndi), Ermənistan (Kulaş kəndi) (XVII əsr), Qazaxıstan (Kulaş) (XVIII əsr) ərazilərində rast gəlinir. “XII əsrədək Volqa çayının sahilində bulqarların Hulaş adlı şəhəri olmuşdur” [14, s. 477]. Suriya mənbələrində kulas şəklində qeydə alınmış bu tayfaların Gürcüstan ərazisinə axını güman ki, XII əsrdən sonra baş vermişdir.

CANDAR- Gürcüstanın 2 rayonunda bu etnonimlə bağlı yaranmış 2 etnotoponim qeydə alınmışdır: Candar (Marneuli rayonu), Lök-Candar (Dımanisi rayonu). “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Rəvan əyalətinin Abaran və Kartli nahiyələrində Candar və Candarlar kənd adları qeydə alınmışdır [86, s. 236]. Oğuz mənşəli Çandar (c-ç əvəzlənməsi) tayfasının izlərinə Türkmənistandakı Çəndirli, Özbəkistandakı Çandar kənd adlarında, Azərbaycanda Xələc kəndinin (Salyan rayonu) Candarlı və Bun kəndinin (Qəbələ rayonu) Çandırlı məhəllə adlarında rast gələrik. XII-XIII əsrlərdə Səlcuq sultanlarının saray mühafizəçisi vəzifəsini icra edən candarlara çox güman ki , türk sultanları Gürcüstan ərazisində də torpaq sahələri və yaşayış məntəqələri bağışlamışlar. Səlcuqların süqutundan sonra indiki Türkiyə ərazisindəki əmirliklərdən biri Candar adlanırdı. Hazırda Azərbaycanın Ağstafa rayonunun Gürcüstanla sərhəddində Candargöl adlı etnohidronim də mövcuddur.

MARAĞALI – M.Çobanlı qeyd edir ki, bu etnooykonim təkəli tayfasının Tiflis əyalətinin Ağcaqala nahiyəsində məskunlaşmış bir qolunun adı əsasında yaranmışdır [36, s. 71]. Cənubi Azərbaycanda (İranda) Marağa adlı şəhər vardır. Bu etnotoponimin əsasında ərəb dilindən alınmış “məraq, marağ” leksik vahidi dayanır. “Maraq” sözü “otlaq, örüş” mənasındadır. Marağalı tayfasının Gürcüstanda məskunlaşması XIX əsrin əvvəllərinə təsadüf edir. Onlar Gürcüstan ərazisinə Cənubi Azərbaycandan köç etmişlər.

QANDZA- Bu etnotoponim Gürcüstanın Cavaxeti ərazisinin Boqdanovka rayonunda qeydə alınmışdır. Qandza müxtəlif linqvistik areallarda fonetik cəhətdən dəyişmiş müasir dilimizdəki Gəncə şəhər adının variantıdır. M.Kasğarinin “Divan”inda göstərilir ki, Gəncə türk qəbilələrindən birinin adı olmuşdur. XII əsrdə Talal yaxınlığında bir şəhərin adı Kencək idi. Müxtəlif fonetik variantlılığı Azərbaycanın Goranboy rayonundakı Gəncə, İsmayıllı rayonundakı Gəncə, Salyan və Xaçmaz rayonlarındakı Gəncəli, Ordubad rayonundakı Kənzə, Sabirabad rayonundakı Muğan Gəncəli, Amur vilayətindəki Qonja, Dağıstan MR-dakı Kandjak, Tacikistandakı Qançi, Ermənistandakı Kansax adlarında görmək mümkündür. Mənbələrdə Orta Asiyada Gəncək şəhəri, Gəncəli çayı, Gəncə çayı, Gəncə şəhəri, Şimali Qafqazda Gəncəçayı, Gürcüstanda Genceti, Kabardi-Balkarda Gəncə çayı, Gəncə və s. adı çəkilir. Qazaxıstanda Genje arık, Gəncə Kançay, Türkmənistanda Gəncə Qarabağ və Azərbaycanın Zəngilan rayonunun Rəzdərə kəndi yaxınlığında Gəncəbert adlı qala xarabalığı da qeydə alınmışdır [75, s. 316].

KABUR – Zalqa rayonunda qeydə alınmış bu etnooykonimi M.Çobanlı doğru olaraq “kabar”/kəbər” türkdilli tayfa adı ilə bağlayaraq izah edir [38, s. 69]. “Azərbaycan toponimləri. Ensklopedik lüğəti”ndə Beyləqan rayonu ərazisində mövcud olan Kəbirli yaşayış məntəqəsi haqqındakı toponimik oçerkdə qeyd edilir ki, toponim türkdilli qədim xəzərlərin “kəbər” (kəbirli) tayfasının adı ilə əlaqədardır. Xəzərlərin eranın əvvəllərindən bəri Albaniya (Qafqaz) ilə əlaqələri və erkən orta əsrlərdə buraya dəfələrlə xəzər ailələrinin köçürülməsi məlumdur. Kəbirlilər Azərbaycanda, xüsusilə Qarabağ zonasında qədimdən məskunlaşmışlar. Xanlıqlar dövründə Kəbirli mahalı da mövcud idi. Kəbərri (Cavad qəzası) və Gendə-Kəbərri (yəni Aralı Kəbərli; Ərəsi qəzası) yaşayış məntəqələri, Kəbərdi hidronimi (Cavanşir qəzası) də kəbirli etnonimi ilə əlaqədardır. Azərbaycan tarixçisi Mirzə Adıgözəlbəy kəbirliləri Qarabağın qədim tayfalarından biri hesab edir. XIX əsrin axırlarında kəbirlilər 4 qoldan (qərvəndi, qızılməhəmmədli, arıqməhəmmədli və ulubabanlı) və 36 nəsildən ibarət idi [80, s. 284].

Belə güman etmək olar ki, kəbərlərin, kəbirlilərin Gürcüstan ərazilərinə gedişi Qafqazdan olmuşdur və bu gedişin tarixini müəyyənləşdirmək çətindir.

BAZARXANA- “Bazar” və “xana” leksik vahidləri əsasında yaranmış Bazarxana kəndi Gürcüstanın Mesxetiya dairəsinin Aspinza rayonunda yerləşir. Bazar etnonimi əsasında Azərbaycanın Füzuli rayonunda Qarğabazar, Zaqatala rayonunda Bazar, Azərbaycan və Dağıstan sərhəddində, Baş Qafqaz silsiləsində Bazardüzü, Baş Qafqaz silsiləsində, Qusar və Qəbələ sərhəddində Bazaryurd, Kəlbəcər rayonunda Bazarkənd, Şimali Qafqazda Bazarord, Bazarkışlak, Ermənistanda Bazardcık, Bazar çayı kimi yer-yurd adları yaranmışdır. XIX əsrdə Lənkəran qəzasında Bazar adlı çay olmuşdur. Təkcə bircə faktı qeyd edə bilərik ki, “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1728) 7-dən çox bazar leksemi əsasında yaranmış toponim qeydə alınmışdır [129, s. 237]. Çox güman ki , Bazar tayfaları Gürcüstan ərazisinə Qars əyalətinin Kazıman dairəsinin Bazarcik kəndindən köçmüşlər [182, s. 237].

XANÇALA-Gürcüstanın axıskalılar yaşadığı Axalkələk və Boqdanovka rayonlarında Xançala adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır [79, s. 172]. D.D.Pagirev Qars əyalətinin Qars nahiyəsində Xançallı adlı bir toponimdən bəhs etmişdir [182, s. 260]. XVI əsrin sonlarından Ermənistanın Amasya rayonunda Xançallı adlı kənd olmuşdur. Kəndin əhalisi 1988-ci ildə Azərbaycana qovulmuşdur [24, 399]. Mənbələrdə Xançal tayfasının Gürcüstan ərazisinə XV-XVII əsrlər arası Kiçik Asiyadan gəldiyi göstərilmişdir [79, s. 172].

Gürcüstan ərazisindəki türk mənşəli etnotoponimlərin yayılma areallarını aşağıdakı cədvəl əsasında əyaniləşdirə bilərik:




Respubli

kalar


Gürcüst.

Respub


Azərb.

Respub.


Erməni.

Respub.


Türkiyə

Iran

İslam respub



Qazax

stan


respub

Dağıstan

MR


Türkmən

Respub


Özbək

Respub


Əfqan

Respub


Etno

toponimlər



1

Abdallı

Abdallı

Abdallı

Abdal

Abdaloba




Abdal




Avdal




Abdel

2

Ərəbli

Araplı

Ərəbli

Ərəbli






















3

Quşçu

Quşçu

Quşçular

Quşçu

Quşçu

Quşçu




Kuşan

Quşçu

Quşçu

Kuşan

4

Baydar

Baydar

Baydarlı

Padar

Padar







Paydar










5

Gəncə

Gendjek

Gəncə

Gənzə







Kenze

Qonja

Kendji

Qançi

Cənzə

6

Qırıxlı

Qırıxlı

Qırıqlı




Qırıqlı
















Kırık

7

Qaracalar

Qaracalar

Qaracallı

Qaraca

Karaca

Qaracallı
















8

Saatlı

Saatlı

Saatlı

Saatlı

Saatlı

Saatlı
















9

Muğanlı

Muğanlı

Muğan

Muğan

Muğancıq

Muğancuq




Mukan

Mıkan




Muq

1

Təkəli

Təklə

Təklə

Təhlə

Təkəli



















1

Kosalar

Kosalar

Kosalar




Kosalı

Kosalar
















1

İmir

İmirli

Eymur

İmirli

Eymir

Eymur
















1

Az//as//Asqala

Azqur

Azaru




Aslanbul

Aspadan







Aşqabad







1

Avaran

Abaran

Avaran

Abaran

Avar



















1

Saraclı

Saraclı

Sarıcallı

Sarıcalar

Sarıçı

Sarıçıq
















1

Sadaxlı

Sadaxlı

Sadaqlı

Sadıxlı

Sadaxlı



















1

Qomarlı

Qəmərli

Kəmərli

Qəmərli

Kamarlı

Qomar
















1

Xançala

Xançala

Xançallı

Xançallı

Kançallı

Qonçalı



















Baltalı

Balta

Baltalı

Baltalı

Baltalı



















2

Çikil

Çikil

Çiqil

Çigil

Çıqıl

çigil

Çiqil













2

Kanqar

Konqar

Kəngərli

Kəngər

Qanqar

Konqar

Kanqar

Kəngəlli







Kenqeri

2

Tolas

Toloş

Tulus

Tulus

Tolos




Tules

Tolos

Tolos







2

Toba

Toba

Tubu

Tuba




Tubo




Tuban

Tuban




Tubi

2

Axısqa

Axısqa

Axısqa




Ağsaka













Axısqa




2

Salar

Salar

Salar

Sallı

Saloğlu

Sallar

Salak

Sal










2

Sarvan

Sarvan

Sarvanlar

Sarvanlar

Sarvan

Sarban







Sarvan







2

Qoçulu

Qoçulu

Qoçulu

Qoçulu






















2

Anca

İncəoğlu

İncə

Onca

Incə

Öncə













İncə

2

Qullar

Qullar

Qullar

Kullar










Qullar

Kullar







3

Çaxırlı

Çaxırlı

Çaxırlı

Çaxırlı

Çakır



















3

Çanaxçı

Çanaxçı

Çanaxçı

Çanaxçı

Çanaxçı

Çanaqbusaq







Çanaq







3

Xocalı

Hasanxocalı

Xocalı

Xocalı

Xoca

Xocalar
















3

Ulaşlı

Ulaşlı

Ulaşlı

Ulaşlı

Ulaş




Kulas

Kulatuba

Qulas







3

Oğuz

Oruzman

Oğuz

Oğuz

Oquz

Oğuz

Oğuzdağ

Oquzmağ

Oğuz

Okuz




3

Candar

Lök-Candar

Candar dərə

Candarlı

Candar







Candar

Candar

Candar




3

Şıxlı

Şıxlı

Çıxlar

Şıxlar

Şıxlar

Şeyllər
















3

Urum

Urmeşən

Rumoğlu

Urum

Urmiya

Orum

Urun düzü

Run




Ayrum




3

Minq

Minqsaz

Mincivan

Mingəlan

Mingə

Mingə




Minqutan

Minqo




Mimgan

3

Dügər

Bəydügər

Düyərli

Dügərli

Dügər

Düyər




Düyərtuban










4

Ələt

Alget

Ələt

Ələtli

Aletlu










Alat







4

Şindi

Şindilər

Şingi

Şindilər

Şinni



















4

Sam

Samkure

Şəmkir

Samara

Samköy

Samar




Samabad

Səmərqənd




Samor

4

Qacar

Qacaroğlu

Qacar

Qacaran

Qacar

Qacar
















4

Qaraman

Qaramanlı

Qaraman

Qaraman

Karaman

Qərəmən
















4

Qazax

Qazaxlılar

Qazaxlar

Qazax

Kazak

Kazak

Qazax

Kazakkum

Kazax







4

Qarabağ

Qarabağ

Qarabağ

Qarabağ

Karabağ

Qarabağlar
















4

Cinli

Cinli

Cinli

Cinli

Cinli

Cinli




Cintuban










4

Kotanlı

Kotanlılar

Kotanlı

Kotanlı

Kotan

Kotandağ
















4

Çul

Sul

Çullu

Çul

Çul

Çul

Çor

Çölğ

Çöl

Çul

Sul

5

Sirak

Çıraq

Sirik

Çıraq

Sirak

Çıraq

Siraq

Çıraqtuba

Sir

Çıraqçı

Sir




Lahıc

Layış

Lahıc

Ləhic

Lavış



















Cədvəldə Gürcüstan ərazisindəki etnotoponimlərin ərazi baxımından daha çox yayılmış izlərinə nəzər yetirdik. Halbuki buraya Rusiya, Bolqarıstan, Ukrayna, İraq, Ərəb ölkələri və s. digər ölkələrdə izlərinə rast gəldiyimiz türk mənşəli etnotoponimləri əlavə etsək, etnonimik mənzərənin daha çox areal genişliyinin şahidi olarıq. Məsələn, Qazantəpə etnooronimi Gürcüstanın Nonosminda rayonundakı Borçalının qədim yaylaq yurdlarından birinin adıdır. Bu toponim X.Əliyevin qeyd etdiyi kimi, “Dədə Qorqud” qəhrəmanı Qazan xanın adını xatırladır. Dastandakı hadisələrin Gürcüstan ərazisində cərəyan etməsi, bəzi toponimlərin adının hazırda Borçalıda izlərinin yaşaması (Bax, Ulaşlı toponiminə) və Qazan təpə oroniminin Türkiyə ilə Gürcüstanın sərhəddində yerləşməsi, oronimin Qazan xanla bağlı olmasına inamı artırır [49, s. 83]. Türk tayfaları yaşayan ərazilərin bir çoxunda da “qazan” komponentli etnotoponimlərə rast gələn əksər tədqiqatçılar bu fikirdədirlər ki, Azərbaycan, Şimali Qafqaz, Ukrayna, Başqırdıstan, Türkmənistan, İran və Türkiyədəki toponimlərin demək olar ki, hamısı Qazan qəbiləsinin adını özündə əks etdirir. Və yaxud, Gürcüstan ərazisindəki “tuban” komponentli etnotoponimlərin (Qaratuban, Qortuban, Quratuban, Abastuman və s.) izlərinə nəzər salsaq görərik ki, Tuban-Tubar-Tuber-Tüfer-Tuvar-Tufar kimi xüsusi adlarla sinonimlik təşkil edən və tub etnosunun adı əsasında formalaşmış etnotoponimlərə və antroponimlərə Avropanın bəzi ölkələrində, o cümlədən Rusiyada, Pribaltika respublikalarında rast gəlmək mümkündür: Tibet dağları (Rusiya), Tubal (latviya), Tuban (Estoniya) və s. Tarixdə ən böyük şəxsiyyətlərin adlarında da tub etnonimi izlər buraxmışdır: Tüber Qrakx, Tüber Sezar və Tüber Heron [25, s. 103].

Bütün bu areal izləri istənilən qədər artıra bilərik və nəticə olaraq qeyd etməliyik ki, minilliklər boyu nəinki türk xalqları yaşayan ərazilərdə, həmçinin dünyanın əksər yerlərində Gürcüstan ərazisində tarixən bina tutan və əsl sahibləri türk etnosları olan və bu etnosların adı ilə bağlı saysız-hesabsız etnotoponimlərin paralelləri mövcuddur.

Gürcüstan ərazisindəki etnotoponimlərinin linqvictik amillərindən danışarkən türklüyün bu regionla bağlılığı məsələsinə toxunmamaq mümkün deyildir. “Gürcüstan Qafqaz sıra dağlarının güneyində yerləşir. Türkiyə-Ermənistan-Azərbaycan-Dağıstan-Kabartay-Arkazeli və Qara dəniz arasında yerləşən Gürcüstan coğrafi baxımdan, ta qədimdən iki hissəyə ayrılaraq tanınır. Doğu Gürcüstan və Sağ Gürcüstan.

Ta qədimdən bu yerlərdə türklər birləşmiş və uzun hakimiyyətə sahib olmuşlar. Türk dili bu ölkədə dərin izlər buraxmışdır. Bir az tarixə baxmamız gərəkdir. Tiflis və Cildır gölü arasında və Xram çayı hövzəsində yerləşən Tıryaq/Tıryalet bölgəsi kurqanlarında Saka (Skuth) adlı köçərilərinə aid çoxlu gümüşdən düzəldilmiş əşyalar əldə olunmuşdur.

Tarixi mənbələr göstərir ki, Saka adı ilə tanınan bu tayfalar Kür çayı boyunca yuxarı hərəkət edib (28000 ailə - 28 oymaq) Karteldə yerləşərək farsları bu ölkədən qovdular və Sarkinet (Sarkın yurdu) adlı şəhər saldılar. Bu zaman həmin ərazilərdə 6 dildə (kartvelicə-gürcücə, xəzərcə, asırca, yahudicə, yunanca, ermənicə) danışırdılar. Filip oğlu Aleksandr m. e. 320-ci ildə Kartelə gələndə Kür çayı və onun qolları boylarında, yəni “Sağ Gürcüstan (Tərəkəmə-Gürcüstan kəsiyində) yerləşmiş qorxunc dərəcədə yabanı tayfalardan sayılan Bun-türk (Bön) Saf-oğuzlar kimi yalan və hiylə bilməyən Türk və Qıpçaqlar ilə qarşılaşır. Bunların qoruduqları istehkam: Çoruh boyunda və Şavşat quzeyindəki Viran – şehir yerində yerləşən Tükharis (Tükari), (Xram çayı boyunda, qədimdən Qartal yurdu mənasında “Orbet” deyilən və Cenastan) ortasaylı türklərin ölkədə Ocaqlı Başkumandan xanədanı “Orbeliyan”ların mərkəzi və “Üç-ok” anlamına gələn), “Şam-Şvilde” (Kitabi-Dədə Qorqud” kitabındakı “Şor” boyundan “Şamsoldın” adlı xanədamının malikanəsi) və Kür çayı ilə Xram çayı qovuşuğundakı torpaq hasar (“Kuman”) – Hunlar adlı qalaları bu türklərin şiddətlə müdafiə etdilkəri “Kartlis-Sxovreba”da anladılar” [79, s. 135-136].

Gürcüstanın milli-etnik tarixinə nəzər saldıqda görürük ki, türklər (azərbaycanlılar) lap qədim dövrlərdən, bizim eramızdan çox-çox əvvəllərdən bu regionun bir çox yerlərində yurd salmışlar. Hal-hazırda azərbaycanlılar Gürcüstanın Borçalı (Kvemo-Kartli), Kaxet, Orta Gürcüstan (Şida Kartli) və Mesxet-Mitanet diyarlarında, həmçinin, qədim Tiflis və müasir Rustavi şəhərlərində yaşamaqdadırlar. Yaxın tarixi dövrlərə aid statistik hesablamalar da göstərir ki, təkcə Tiflis şəhərində azərbaycanlıların sayı 1835-ci ildə 723 nəfər, 1876-cı ildə 2310 nəfər, 1897-ci ildə 5557 nəfər, 1902-ci ildə 6635 nəfər, 1922-ci ildə 3255 nəfər, 1939-cu ildə 5874 nəfər (1,1%), 1959-cu ildə 9560 (1,4%), 1979-cu ildə 12852 nəfər (1,2%), 1989-cu ildə 17968 nəfər (1,5%), 2002-ci ildə 33751 (1,3%) nəfər olmuşdur. Tarixi qaynaqlarda paytaxt şəhəri olan Tiflisdə 730-cu ildə məscid tikilməsi və azərbaycanlılara məxsus ayrıca qəbirstanlığı olması barədə faktlar vardır. Tiflis şəhərində tarixən mövcud olmuş bir çox etnotoponimlər son dövrlərdə rəsmi sənədlərdə gürcüləşdirilsə də, xalq arasında hal-hazırda da öz əzəli adları ilə çağırılmaqdadır. Bunlara misal olaraq təkcə Tiflis şəhərində mövcud olmuş Saburtala, Abbasabad meydanı, Qoçulu suyu, Bəzəkli, Xocalı, Qorçaqala, Tatar bazarı, Tatar meydanı, Təklə karvansarası, Gəncə qapısı, Arıxlı, Basqallar, Seyidlər, Şıxlı, Şahtaxtlı və s. etnotoponimləri göstərə bilərik [36, s. 113].

İstər tarixi, istərsə də müasir mənbələrdə Gürcüstan ərazisində mövcud olan türk mənşəli etnotoponimlərin bəzilərinin mənşəyi, etimologiyası, arealları, koordinatları və keyfiyyətləri haqqında çox qiymətli məlumatlar verilir. Müxtəlif tarixi və müasir dövrdə yaradılmış mənbələr əsasında bu arealın etnotoponimik mənzərəsinin tədqiqi olduqca mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Gürcüstanın etnotoponimiyası üçün ən dəyərli material verən tarixi sənədlərdir. Bu baxımdan hələ eradan əvvəl qədim yunan və roma tarixçilərindən Hekatey, Aristotel, Strabon, Plini, Ptomeley və başqaları öz əsərlərində Xəzər, Muğan, Hun, bun türk, onoğur, qıpçaq və s. kimi etnonimləri və bunlar əsasında formalaşan etnotoponimləri qeydə almışlar. Bu mənbələrdə Gürcüstandakı etnotoponimlərin yayılma arealları, onların müxtəlif ərazilərdə işlənmə səbəbləri, bunlardan hansının ilkin, hansının törəmə olması səthi şəkildə izah olunsa da, müasir dövrümüzdəki araşdırmalar üçün olduqca dəyərlidir.

Gürcüstanın türk mənşəli etnonimləri haqqında çox maraqlı və zəngin məlumatlar verən mənbələr içərisində “Moksevan Kartlisa” əsərinin xüsusi yeri var. Bu mənbələrdə buntürklərdən geniş şəkildə bəhs edilir və onların Şərqi Gürcüstanda VI əsrdən yaşamaları göstərilir [161, s. 125].

Zaqafqaziya, Vizantiya, Suriya və digər erkən orta əsrlərə aid mənbələrdə IV-V əsrlərdə Gürcüstana türkdilli tayfaların kütləvi halda axını haqqında ətraflı məlumatlar verilmişdir. Ərəb tarixçisi Təbərinin verdiyi məlumatlara görə, VI əsrin ortalarında şah I Xosrov 10 min nəfərə qədər xəzər əhalisini əsir alaraq onları Azərbaycanda və qonşu vilayətlərdə yerləşdirmişdir [5, s. 111]. M.Çobanlı qeyd edir ki, Azərbaycana qonşu vilayətlər dedikdə Təbəri çox güman ki, indiki Gürcüstan, Qərbi Azərbaycan (indiki Ermənistan) və Dağıstanı nəzərdə tutmuşdur. [36, s. 8].

Qədim türk tayfalarının Gürcüstanda məskunlaşmaları barədə alban tarixçisi Musa Kalankatlının və Bizans tarixçisi Panili Priskin də ətraflı məlumatlar vermişlər. Musa Kalankatlı yazır ki, təxminən 442-445-ci illərdə Hun padşahı iki alayla Kür çayını keçib Ermənistan və Gürcüstanı fəth edir. Onun əsas dayanacağı məhz hunlar tərəfindən tikilmiş Hunan (Xunan) və Xalxal şəhərləri idi. (Həmin şəhərlər indiki Qazax-Ağstafa ərazilərində olmuşdur). Xalxal-Xunan xətti ilə Gürcüstana hücum edən onoğurlar 447-448-ci illərdə Kolxidanı tuturlar. Onların bu hərb yürüşünü V əsr tarixçisi Panili də ətraflı şərh etmişdir [36, s. 8].

Tarixdən məlumdur ki, 853-cü ildə Böyük Buqun başçılığı ilə ərəb qoşunu Kartliyə hücum edir. Türk sərkərdəsi Böyük Buqun hərbi yürüşü barədə gürcü salnaməsində maraqlı məlumat verilir: “Buq Dərbənd darvazasını açır və 300 xəzər ailəsini çıxardaraq onları Dumanisidə (Başkeçiddə) yerləşdirir” [182, s. 516].

M.Arqutinskiy-Dolqorukovun, V.N.Levkatovun, Z.B.Ançabadzenin, N.N.Şengeliyanın əsərlərində də bəzi türk mənşəli etnotoponimlərin adları çəkilir ki, bunlar da bu ərazidə mövcud olmuş yer-yurd adlarının tarixi aspektdə sistemli şəkildə tədqiqinə kömək edir. Bu əsərlərdə bu və ya digər şəkildə qeyd edilir ki, türkdilli tayfaların Gürcüstanın cənub-şərq ərazisində, o cümlədən Borçalıda məskunlaşmaları eramızdan çox-çox əvvəllərə təsadüf edir [5, s. 135; 12, s. 225].

XI əsrdə oğuz-səlcuq türkləri kütləvi şəkildə Zaqafqaziyaya gəlib, qısa vaxtda, demək olar ki, Şərqi Gürcüstanda məskunlaşırlar. Həmin dövrün gürcü mənbələrində, xüsusilə “Davitis istorikosi”də (çar IV Davidin tarixi) Gürcüstanın iki yerə bölündüyü qeyd olunur: türklərin məskunlaşdığı ərazi Didi Türkoba (Böyük türklük), gürcülərin yaşadığı ərazi isə Kartveloba adlanır [161, s. 18-22]. Bu dövrlərdə N.N.Şengeliyanın qeyd etdiyi kimi, Gürcüstan ərazisində türk tayfalarının kütləvi şəkildə oturaq həyat keçirməsi prosesi başlanır və Gürcüstan ərazisinin türkləşməsi təhlükəsi yaranır [193, s. 396-398].

Gürcüstan ərazisindəki etnotoponimlərin öyrənilməsində ulu mədəniyyət abidəmiz olan və VI-VII əsrlərin hadisələrini əks etdirən “Kitabi-Dədə Qorqud dastanı da əvəzedilməz mənbələrdən biridir. Əsərdə adı çəkilən etnotoponimlər (Kəpənəkçi, Qaçağan, Yavuqlu, İmir, Baydar, Sarvan, Tüllər, Ulaşlı, Bəytəkər, Azqanlı, Ərvənli, Dəllər və s.) Dədə Qorqud dünyası ilə yaxından səslənir və həm də bu etnotoponimlərin fonetik formasında elə bir ciddi dəyişikliyin baş verməsi və onların Gürcüstanın müxtəlif yer-yurd adlarında işləməsi göz qabağındadır.

XVI-XVIII əsrlərdə Osmanlı türkləri tərəfindən tərtib edilmiş “Tiflis əyalətinin müfəssəl dəftəri” adlı qaynaqda da Gürcüstan ərazisində etnotoponimlər haqqında zəngin məlumatlar vardır. Bu mənbədə XVI-XVIII əsrlərdəki inzibati-ərazi bölgüsünə görə bütün yaşayış məntəqələri haqqında məlumat verildiyindən vergi ödəyicilərinin və eyni zamanda azərbaycanlılar yaşayan kəndlərinin də adları qeyd edilmişdir. Şübhəsiz ki, bu mənbə də müasir dövrümüzdə Gürcüstan etnotoponimlərinin araşdırılması üçün zəngin etnonimik material verir. “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə adları çəkilən etnotoponimlər aşağıdakılardır:

1. Baratlı nahiyəsi: Cəlayir kəndi, Həsənli kəndi;

2. Tumanis nahiyəsi: Ziyabəyli kəndi, Heydərqulu kəndi;

3. Baydar nahiyəsi: Cığlay camaatı, Qoçulu kəndi, Əlamdarlı camaatı, Əmirxanlı camaatı, Padar camaatı, Daşdəmir kəndi, Heydərli kəndi, Mürşüdlü kəndi, Çələbili kəndi, Zülfüqarlı kəndi, Mahmudlu kəndi, Əhmədli kəndi, Zəngi şamlı kəndi, Ağamirhəsənli kəndi, İmirli kəndi, Qacar camaatı, Şıxatlı kəndi, Dəlilər kəndi, Qullar kəndi, Çələbili camaatı, Qaradəmirçilər camaatı, Cavanşir Pəhləvanlı camaatı, Cavanşir-Kəbirli camaatı, Muğanlı kəndi, Qaramanlı İsmayıl camaatı;

4. Temurçuhəsənli (Dəmirçihəsənli) nahiyəsi: Yüzbaşı tayfasından olan Mustafa qışlağı, Dügər qışlağı, sayatlı camaatı, Uruz qışlağı, Qaraçılar camaatı, Sarvan camaatı, Lətifli qışlağı, Dəmirçihəsənli camaatı, Nəzərli məhəlləsi, Kəpənəkçi tayfası, İshaqlı qışlağı, İlxıçı qışlağı, Sarılı qışlağı, Muğanlı camaatı, Bay Əhməd camaatı, Sarısabunçu camaatı, Cığallı camaatı, İmir Əhmədli camaatı, Pirbayram tayfası, Ketanlı camaatı, Muğançı Əhməd camaatı, Siraclı camaatı, Qacarlı camaatı, Çubuqlu camaatı, Nəzərli tayfası, Kosalı camaatı, Arıxlı camaatı, Pəpəkli camaatı, Çallı camaatı, Koxalı camaatı, Çaxmaqlı kəndi, Molla Qasım kəndi;

5. Pəpək nahiyəsi: Qoçular kəndi, Cücə kəndi, Babaxanlı kəndi, Aşağı Qaradərzi kəndi, Yuxarı Qaradərzi kəndi, Salmanlı kəndi, Təbanlı kəndi, Qaraçoban kəndi, Candar kəndi, Qaçağan kəndi, Sarıcallı kəndi, Sarəhməd kəndi, Əlicalı kəndi, Ayaşlı kəndi, Buğa Əli kəndi, Heydərqaraxanlı kəndi, Əmirxanlı kəndi, Reyhanlı kəndi;

6. Ağcaqala nahiyəsi: Saral oymağı, Böyük Qaçağan camaatı, Orta Qaçağan camaatı, Hacılı oymağı, Qılıclı qışlağı, Kohalı camaatı, Təkəli oymağı, Quşçular camaatı, Təkəli oymağının Qurdlar camaatı, Marağalı camaatı, Şəisəddinli camaatı, Ağəhməd oymağı, Sücəddinli camaatı, Korlar camaatı, Zəngələ camaatı, Ərəbli oymağı, Ziyaqocalı camaatı, Əhmədli camaatı, Böyük Ulaşlı camaatı, Kiçik Ulaşlı camaatı, Bozanlı camaatı, Aşıqlı camaatı, Həsən xocalı camaatı, Şəhablı camaatı, Muğanlı camaatı [55, s. 156-157].

1728-ci ilə aid bu dəftərdə 500-ə qədər Gürcüstan ərazisindəki nahiyə, oymaq, məhəllə, arx, çay, qala və s. adları qeydə alınmışdır ki, bunların da demək olar ki, yarıdan çoxu etnonimik səciyyəlidir. Deməli, bu mənbədə Osmanlı dövründə Tiflis əyalətinin sosial-iqtisadi, demoqrafik vəziyyəti, ərazi-inzibati quruluşu ilə yanaşı etnotoponimləri haqqında da tam və müfəssəl məlumat almaq mümükündür.

XIX əsrin sonu və XX əsrin ilk onilliyində Gürcüstanın etnotoponimik layı D.D.Pagirevin 1913-cü ildə Tiflisdə nəşr olunan “Алфавитный указатель к пятиверстикой карте Кавказского края» əsərində də öz əksini tapmışdır. Bu kitabda Borçalı qəzası üzrə toponimlər toplanmış, yerləşdiyi ərazi göstərilmiş, etnotoponimlərə də geniş yer verilmişdir. Mənbədə təxminən 150-yə qədər etnotoponim qeydə alınmışdır.

1879-cu ildə Tiflisdə N.Zeydlinin redaktorluğu altında nəşr olunan “Сборник сведений о Кавказе» məcmuəsinin V cildinin I hissəsində Kutaisi quberniyaları, Bakı, Stavropol, Ter vilayətləri ilə yanaşı Tiflis quberniyasının yer-yurd adları dərc edilmiş və burada Gürcüstan ərazisində mövcud olan türk mənşəli etnotoponimlər də əks olunmuşdur. Ərazinin toponimləri içərisində Gürcüstan quberniyasının qəzaları üzrə çoxlu sayda etnotoponimləri də verilmişdir.

1881-1929-cu illərdə Tiflisdə nəşr edilən “Сборник материалов для описания местностей и племен Кавказа”da Qafqazın müxtəlif ərazilərdə, o cümlədən Gürcüstanda yaşayan türkdilli tayfalar haqqında məlumat verilir. Məcmuənin 46 cilddən ibatər ayrı-ayrı nömrələrində Gürcüstan ərazisində mövcud olan aşağıdakı etnotoponimlərin adı çəkilir: Muğanlı, Kurtlar, Kolanlı, Ulaşlı, Arıqlı, Təklə, Hamamlı, Baytakar, Saraçlı, Dəmirçilər, Dəmirçiqasanlı, Qıpçaq, Qırxbulaq, Reyhanlı, Çuq, Ağsaqa, Abastuman, Bozalet və s.

Bütün bunlarla yanaşı, Azərbaycan onomalogiyasında Gürcüstanın türk mənşəli toponimlərinin tədqiqinə XX əsrin 80-ci illərindən sonrakı dövrlərdə başlanılmasına baxmayaraq, bu fikri regionun etnonimləri barədə söyləmək bir qədər çətindir. İlk dəfə A.Qurbanov Gürcüstan arealında mövcud olan etnotoponimlərin də öyrənilməsini zəruri saymış, özünün “Azərbaycan dilinin onomalogiyası” adlı əsərində bu vacib və aktual məsələləri qısaca olaraq şərh etmişdir. Eyni zamanda əsərdə Didi Türkoba, Arıxlı, Ağqullar, Aşopa, Yormuğanlı, Saatlı, Dəllər, Saraclı, Kəpənəkçi, Qaratəhlə, Candar, Sarvan, Qırıxlı, Kosalı, Elborçalı, Cəlayır, Qorçubaşı, Qoçulu, Padar, İmirli, Qaraçoban etnonimləri haqqında da gərəkli məlumatlar verilmişdir.

Gürcüstan ərazisindəki türk mənşəli toponimləri xüsusi olaraq araşdıran və onları coğrafi istiqamətdə tədqiq edən alimlər sırasında prof. M.Çobanovun və toponimist M.Çobanlının böyük əməyi olmuşdur. Bu baxımdan Çobanovların 2012-ci ildə çap etdirdikləri “Borçalı toponimləri” adlı monoqrafiyası xüsusilə diqqəti cəlb edir, fundamentallığı ilə seçilir. Müəlliflər tədqiqatlarında Gürcüstanın əsasən türk mənşəli oykonim, oronim, hidronimləri ilə bərabər etnotoponimlərinə də üstünlük vermiş və qeyd etmişlər ki, Kəpənəkçi, Baydar, Keşəli, Qabal, Kosalı, İmirhəsən, Muğanlı, Nəzərli, Tapan, Candar, Şindilər, Sadaxlı, Qırıxlı, Şıxlı və s. oykonimlər xalqımızın etnogenezində yaxından iştirak edən etnonimlər əsasında formalaşmışdır [36, s. 23]. Müəlliflər bölgənin etnotoponimlərini araşdırarkən daha çox xalq etomologiyalarına əsaslanmalarına baxmayaraq, bəzi yanlışlıqları nəzərə almasaq, demək olar ki, düzgün izah etmiş, onların türk mənşəli etnonimlərdən əmələ gəldiyini göstərmiş və beləliklə də çox dəyərli bir mənbə yaratmağa nail olmuşlar.

İ.Kazımov “Axısqa türkləri: dil, tarix və folklor” kitabında Gürcüstanın Mesxetiya bölgəsində barsıl, onoqur, udi, abdal, sabir, tubal, abar, bun, bozal, hun, qul, kuvyar, çol, tolos, sarı, qanqlı, çur, incə və s. etnonimləri əsasında formalaşan toponimləri təhlil edərək göstərir ki, Gürcüstanda müxtəlif türk tayfalarının tarixən sakin olmaları yerli toponimlərdə, o cümlədən, Mesxetidə mövcud olan coğrafi adlarda da təcbit olunur. Araşdırma göstərir ki, axısqalıların toponimik sistemdəki bir sıra coğrafi adlar uzun tarixi təkamül yolu keçməklə yanaşı, aid olduğu etnosun və mövcud olduğu ərazinin, tarixən bu yerlərdə baş vermiş ictimai və siyasi hadisələrin bir çox özümlü cəhətlərini də əks etdirmiş və bunlar da oykonim və oronimlərin əmələgəlmə və formalaşamasını şərtləndirmişdir. Axısqalıların ən qədim etnotoponimlərinin hansı tarixi dövrlərdə mövcud olduğunu, onların hansı dildənkənar amillərlə bağlı əmələ gəlməsini və nəyi hansı etnosla bağlı hadisəni özündə əks etdirdiyini müəyyən etmək çətin olsa da, bir sıra toponimlərin yaranma yollarını və səbəblərini rekonstruksiya etmək bir o qədər də mürəkkəblik yaratmır. Məhz tədqiqatların nəticələri göstərir ki, Axısqalıların ən qədim coğrafi adlarının əksəriyyəti etnik müxtəlifliyin mövcud olduğu bir situasiyada, əsasən də, ayrı-ayrı etnosların adları ilə əlaqədar formalaşmışdır. Qeyd edilən tayfa adlarının axısqalıların toponimlərində qorunub saxlanması həmin qanunauyğun prosesin təzahürüdür [79, s. 29-30]. Müəllif doğru olaraq Gürcüstanda yaşamış axısqalıların mənşəyi ilə bağlı zəngin məlumatlar vermiş, axısqa türklərinin etnotoponimlərinin əksəriyyətinin areallarını Azərbaycan, o cümlədən tarixən türk xalqları yaşayan ərazilərdə axtarmış, onların etimoloji təhlilinə xüsusi diqqət göstərməklə etnotoponimləri tarixi-linqvistik aspektdə araşdırmışdır [79, s. 25-27]. Q.Məşədiyev “Zaqafqaziyanın Azərbaycan toponimləri” əsərinin müəyyən hissələrində etnotoponimlərdən danışarkən onların Gürcüstan ərazisindəki paralellərinə də nəzər salmış və Qazaxlı, Qəmərli, Muğanlı, Baraxlı, İmir, Candar, Bəzəkli, Dunus, İlmazlı, Hacılar, Qullar, Qaracalar və s. kimi etnonimlərin leksik-semantik təhlilini vermişdir. Lakin alimin Qəmərli etnonimi ilə bağlı izahı, fikrimizcə, özünü doğrultmur. Belə ki, müəllif Qəmərli etnotoponiminin şəxs adından əmələ gəldiyini göstərir [96, s. 124]. Halbuki Qəmərli toponimi qədim türk etnonimi olan “kimmer” tayfasının adı əsasında formalaşmışdır.

X.Əliyev “Gürcüstanın türk mənşəli toponimləri” əsərinin I fəsilinin birinci yarımbölməsini bölgənin qədim türk mənşəli toponimlərinə həsr etmişdir. Bu yarımbölmədə müəllif ərazinin Abdallı, Arıxlı, Aşqala, Azgəyliyən, Alget, Araplı, Baydarlı, Bəzəkli, Bəytəkər, Qırıxlı, Qullar, Ağqula, Daşlıqullar, Qoçlu, Qaracalar, Quşçu, Qəmərli, Dəllər, İmir, İmir Həsən, İncəoğlu, Kosalı, Muğanlı, Minsaz, Urmeşən, Oruzman, Saatlı, Saraclı, Saral, Təklə, Təkəli, Ulaşlı, Cəfərli, Şıxlı, Candar, Lök-Candar, Şindilər, Sayalıoğlu kimi etnooykonimlərin mənşəyini izah etmiş və çox maraqlı elmi nəticələr əldə etmişdir. Lakin onun Qarabulaq, Qaratikan kimi oykonimləri etnotoponim kimi izah etməsi ağlabatan deyil [50, s. 29-65].

V.İsrafilov uzun illər Gürcüstanın oronim və hidronimlərini toplamış, 2005-ci ildə “Azərbaycan oronim və hidronimlərinin Gürcüstan arealı” adlı monoqrafiyasını çap etdirmişdir. Kitabda Gürcüstan arealının türk mənşəli etnooronim və etnohidronimləri diaxronik və sinxronik istiqamətdə təhlil edilmişdir. Əsərdə xalqımızın soykökü ilə bağlı bu günə qədər el-oba adlarında daşlaşıb qalmış türkköklü etnosların mənşəyi və mənaları, onların yayılma arealı müəyyənləşdirilmişdir. Gürcüstandakı Azərbaycan mənşəli oronim və hidronimlərin, əsasən, Şərqi Gürcüstanın cənub-qərb hissəsindəki Dmanisi (Başkeçid), Bolnisi (Bolus), Marneuli (Borçalı), Qardabani (Qarayazı) rayonlarının ərazisində geniş yayılmasından danışan müəllif eyni zamanda bu zonada 100-dən çox oykonimin etnonim əsasında formalaşmasını göstərir [74, s. 16]. Bununla belə müəllif tərəfindən Gürcüstan ərazisindəki etnohidronim və etnooronimlərin etimologiyası ilə bağlı bəzi fikirləri ilə razılaşmaq çətindir. Belə ki, bizcə, Qanqçay etnohidronimini “isti, ilıq su” anlamında izah etmək özünü doğrultmur [74, s. 15].

Gürcüstanın bəzi türk mənşəli etnotoponimlərinin araşdırılması N.Əsgərovun da diqqətini cəlb etmişdir. O, “İki areal türk etnonimi haqqında (qaraman, qanlı)” [61, s. 104-106] “Bəzi etnonimlərin yayılma arealları haqqında” [59, s. 55-58], “Abdal etnonimi areal Türk onomastikasında” və başqa məqalə və kitablarında Gürcüstan ərazisindəki etnotoponimlərin formalaşması üzərində geniş dayanmış, onların ilkin formalarını bərpa etməyə çalışmış, tarixi aspektdə etnooykonimlərin, etnohidronimlərin areallarını müəyyənləşdirmişdir.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, Gürcüstan ərazisindəki etnotoponimlər tam və müfəssəl bir şəkildə araşdırılmamışdır. Əlbəttə, nəzərdən keçirdiyimiz bu mənbələrdə etnotoponimlərin bəzilərinə ötəri nəzər salınmış, bəzilərində linqvistik cəhətlər unudulmuş, bəzilərində xalq etimologiyalarına daha çox diqqət yetirilmiş, demək olar ki, bu regionun etnooykonimləri, etnooronimləri, etnohidronimləri tam və əhatəli bir şəkildə və eyni zamanda dilçilik, tarix, coğrafi istiqamətlərdə tədqiq edilməmişdir.

Tarixin qan yaddaşı hesab olunan etnotoponimlər ölkənin, xalqın, hətta dilin inkişaf tarixini öyrənmək üçün ən etibarlı mənbələrdən biridir. Xalqın tarixini, dilini, qədim mədəniyyətini öyrənmək, onun yaşadığı ərazilərdə izlərini tədqiq etmək, aboregenliyini sübuta yetirmək üçün etnotoponimlər əvəzedilməz mənəvi cəhətlərdəndir. Akademik H.Y.Marrın qeyd etdiyi kimi, ilk ibtidai mədəniyyətə münasibətdə coğrafiya və toponimika etnoqrafiyaya və etnotoponimikadan daha möhkəm və daha etibarlıdır [120, s. 8]. Bu baxımdan Gürcüstan ərazisindəki türk mənşəli etnotoponimlər də xalqımızın minillik tarixindən xəbər verir. İ.Bayramov da doğru olaraq göstərir ki, ...toponimlər xalqın tale kitabıdır. Bu kitabı oxuduqca xalqın keçmişi, bu günü haqqında tam məlumat əldə etmək olur. Xalqın milli varlığını özündə əks etdirən toponimlər, hidronimlər, oronimlər, etnonimlər və urbanonimlər, bir sözlə, bütün onomastik vahidlər xalqın ana dilində yaranır və onunla yaşayır [18, s. 333].

Hər hansı bir xalqın ana dilində yaranan, yaşayan xüsusi adlarının bir dildən digər dilə tərcümə edilməsi yolverilməzdir. Ola bilsin ki, qohum olmayan dillərdə hər hansı bir xüsusi adı transkripsiya etmək olar. Lakin “yer adlarını dəyişdirmək sivilizasiyadan kənar iş olmaqla müəyyən xalqın, tayfanın izini itirmək məqsədinə xidmət edir” [120, s. 5]. S.Rüstəmxanlının da qeyd etdiyi kimi, “...itib gedən adlar tarixi əhəmiyyət daşıdığına – qədim tayfa, sərkərdə, tarixi şəxsiyyət, nəsil adları, adət-ənənə, xalqın folkloru və dünyagörüşü ilə bağlı olduğuna görə, adların dəyişdirilməsi xalqın tarixinin öyrənilməsi prosesinə təsəvvürə gəlməz bir ziyan vurur və keçib gəldiyimiz tarixin izi və nişanələri yer üzündən silinir” [114, s. 106].

Gürcüstanda türk mənşəli etnotoponimlərinin dəyişdirilməsinə keçən əsrin 30-cu illərinin sonlarında başlanılmış, 90-cı illərdən sonra bu siyasət daha da sürətləndirilmişdir. Regionda etnonimlər əsasında formalaşmış etnooykonimlərin bəziləri məhv edilmiş, bəziləri rəsmi qərarlarla gürcüləşdirilmiş və ya gürcü dilinə transkripsiya edilmişdir. Araşdırmalarımız göstərir ki, keçən əsrin 30-cu illərinin əvvəllərindən 90-cı illərinin əvvəllərinə kimi 60-a qədər yaşayış məntəqə adı dəyişdirilmişdir ki, bunun da 20-dən çoxu etnonimik səciyyəlidir. 1932-ci ilin fevral ayının 13-də Sarvan yaşayış məntəqəsinin adı dəyişdirilərək əvvəl Borçalı, sonra Marneuli adlandırılmışdır. 12 iyun 1949-cu ildə Dmanisi rayonu ərazisindəki Cəlayir yaşayış məntəqəsinin adı dəyişdirilərək gürcü dilində Qora adlandırılmışdır. 1942-ci ilin aprel ayının 7-də Zalqa rayonu ərazisində yerləşən Yaqublu yaşayış məntəqəsinin adı dəyişdirilərək Çapayevka adlandırılmışdır. 1949-cu ilin 12 iyul tarixində Dmanisi rayonu ərazisində mövcud olmuş Mamıtlı yaşayış məntəqəsinin adı dəyişdirilərək Mtisdziri qoyulmuşdur.

1990-1992-ci illərdə Gürcüstanın Borçalı mahalında demək olar ki, böyük kəndlərin adları dəyişdirilmişdir. Bizim araşdırmamızın mərkəzində etnotoponimlər dayandığından aşağıdakı cədvəldə onların siyahısını veririk.



Yaşayış məntəqəsinin qədim adı

Dəyişdirilmiş yaşayış məntəqəsinin yeni adı

Yaşayış məntəqələrinin adının dəyişdirildiyi tarix

Abdallı

Cavaxi

1992

Babakişilər

Poçxvernani

1991

Əsmələr

Mçkneti

1991

Kolayır

Tsurtavi

1992

Qoçulu

Çapala

1992

Saraclı

Mamxuti

1992

Həsənxocalı

Xibiskuri

1992

İmirhəsən

Savaneti

1992

Daşlıqullar

Muxrana

1992

Faxralı

Talaveri

1992

Arıxlı

Naxiduri

1992

Muğanlı

Farizi

1992

Kəpənəkçi

Kvemo Bolnisi

1992

Aşağı Qoşakilsə

Kvemo Arkveni

1992

Yuxarı Qoşakilsə

Zemo Arkveni

1992

Mollaəhmədli

Xataveri

1992

Sarallar

Zvareti

1992

Mığırlı

Vaneti

1992

İncəoğlu

Şua Bolnisi

1992

Aşağı Güləver

Qeta

1992

Yuxarı Güləver

Djipor

1992

Dəmirli

Xaxlodjivari

1992

Kibircik

Djersi

1992

Arakel

Djedjipariani

1992

Zol-Güvəc

Zveli Kveşi

1992

Dəllər

Muşevani

1992

Bəytəkər

Bartakvi

1992

Qaradaşlı

İcrita

1992

Qaratikan

Saberiti

1992

Şişqala

Brlaxanli

1992

Tapan

Dspeli

1992

Çatax

Xaissopeli

1992

Ayorta

Akaurt

1992

Cəfərli

Samtredo

1992

Azərbaycanlıların köklü xalq olduğunu özündə əks etdirən qədim tarixə malik etnonimlər əsasında formalaşan etnotoponimlərinin dəyişdirilməsi prosesi gürcü dilinə məxsus coğrafi appelyativlərlə də həyata keçirilmişdir. Gürcülər bu prosesdə gürcü dilindəki “sopeli (kənd), zemo (yuxarı), kvemo (aşağı), did (böyük), patara (balaca, bala), xevi (dərə), ukapa (axırıncı), şvilis (oğus, oğlu) və s. [36, s. 26] coğrafi terminlərdən istifadə etmişlər.

Türk köklü tayfa adlarının gürcülər tərəfindən dəyişdirilməsi əməliyyatı bir neçə istiqamətdə həyata keçirilmişdir:

1. Birinci komponenti gürcü dilinə uyğunlaşdırılmış və transkripsiya edilmiş, ikinci komponenti isə həmin dilə kalka edilmiş etnotoponimlər: Aşıqas sopeli (Aşıqlı kəndi, Daqeti didi (Böyük dağlı), Daqeti ukapa (Axırıncı dağlı), Derzi-oqles-sopeli (Dərzi-oğlu kəndi), Yolçu-şvilis sopeli (Yolçuoğlu kəndi), Uzeynnoz sopeli (Hüseynkənd) və c.

2. Birinci komponenti gürcü dilinə kalka (tərcümə) edilmiş, ikinci komponenti gürcücə transkripsiya edilmiş etnotoponimlər: Kvemo Kapanaxçi (Aşağı Kəpənəkçi), Zemo Oruzman (Yuxarı Oruzman), Kvemo Oruzman (Aşağı Oruzman), Xevi Muğanlı (Dərə Muğanlı), Didi Tutkoba (Böyük Türkoba), Kvemo Qadjiluxi (Aşağı Hacılı), Kvemo Sarali (Aşağı Saralı), Zemo Sarali (Yuxarı Saral) və s.

3. Hər iki komponenti gürcü tələffüzünə uyğunlaşdırılmış etnotoponimlər: Azbulaxi//Azbulaqi (Aslar bulağı), Qunanet//Qunduş (Hunlar//Xunlar), Bozoleti (Bozol gölü), Adıqene (Adıgün) və s.

4. Gürcü dilinə kalka edilərək dəyişdirilmiş etnotoponimlər: Axılkələk-Cavaxet, Borçalı-Kvemo Kartli, Eldarlı-Ukanaixari, Çuluxlu-Tecisi, Ambarlı-Qazaxleba, Cəfərli-Samtredi, Dəllər-Muşevani, Kolagir-Surtavi, Sarallar-Zvareti, Sarıməmmədli-Kibircik-Qibirciki, Əhmədli-Kaxati, Qarabağlı-Cicmatiani, Hasanalılar-Canqilori, Tatuşağı-Sakadaqiano, Qarahasanlı-Sixisdziri, Mollalar-Muxrani və s. qeyd etməliyik ki, bu dəyişdirilmiş etnotoponimlər gürcü dilində başqa-başqa mənalar bildirir.

5. Gürcü millətləri ən qədim etnotoponimləri transkripsiya edərək daha çox -i, -a, -unet, -et, -ze, -is, -lis, -si, -vi, -li, -po, və s. onlarla belə gürcü dilinə məxsus topoformantlardan istifadə etmişlər. Tarixi əhəmiyyət kəsb etdiyi üçün saxtalaşdırılmış etnotoponimlərin bəzilərini aşağıdakı cədvəldə veririk:



Etnotoponimin Azərbaycan dilində adı və variantları

Etnotoponimin saxtalaşdırılmış variantları

Yerləşdiyi rayon

Muğanlı

Muqareti

Adıgün rayonu

Azqur

Azquri

Adıgün rayonu

Gəncə

Qandzani

Aspinza rayonu

Biləcəri

Balaçauri

Adıgün rayonu

Avar və ya Abar

Abari

Adıgün rayonu

Onoqur

Onqar və ya Onqora

Aspinza rayonu

Qomor

Qomora

Axısqa rayonu

Sal-sal

Salaşeti

Axısqa rayonu

Azman kəndi

Azmana

Axısqa rayonu

İncə//Öncə//Əncə kəndi

Edindja

Msxeti rayonu

Tolos//Tulus//Teles kəndi

Tolosi

Aspinza rayonu

Kikan kəndi

Kikineti

Axalsıx rayonu

Zilan kəndi

Zazali

Axalsıx rayonu

Ude//Udi kəndi

Utuquri

Adıgün rayonu

Damğalı kəndi

Damqai

Axalsıx rayonu

Çikil//Çiqil kəndi

Çixelc

Adıgün rayonu

Az kəndi

Aukuri

Axalsıx rayonu

Balta kəndi

Baltavi

Laqodex rayonu

Bolulus kəndi

Bolnisi

Bolnisi rayonu

Dumanis kəndi

Dmanisi

Dmanisi rayonu

Bozal gölü, Bozal kəndi

Bozaleti, Bozaliani

Adıgün rayonu

Sam kəndi

Samkure

Adıgün rayonu

Samar kəndi

Samqori

Qardabani rayonu

Kobu//Qobu kəndi

Kobixevi

Aspinza rayonu

Sur kəndi

Surdo

Axısqa rayonu

Çərəli kəndi

Carali

Axısqa rayonu

Çul kəndi

Çulqota

Axısqa rayonu

Uti kəndi

Utxisi

Axısqa rayonu

Saral kəndi

Katsaral

Adıgün kəndi

Xançallı

Xançala

Boqdanovka rayonu

Cədvəldən də göründüyü kimi, etnotoponimlərin sonunda gürcü dilinə məxsusluq bildirən “i” topoformantından dəyişdirmə, gürcüləşdirmə, transkripsiya prosesində daha çox istifadə edilmişdir. İ.Kazımov Gürcüstan ərazisindəki “xana” formantlı toponimlərdən danışarkən qeyd edir ki, Bazarxana, Vartaxana, Mirixana kimi toponimlərin tərkibindəki İran dillərində müstəqil leksik vahid kimi “ev, mənzil” mənasında işlənən “xana” sözü axısqalıların da dilinə köçərək, onun toponimiyasında bir sıra mürəkkəb oykonimləri formalaşdırmağa xidmət edən topokomponent funksiyasını yerinə yetirmişdir. Müəyyən hallarda bu formant yerli dialekt və şivə xüsusiyyətlərindən asılı olaraq “xani” şəkilində axısqalıların tələffüzündə istifadə olunmaqdadır (Barxani, Miraşxani və s.) [79, s. 180]. Bizcə, yüzlərlə belə etnonimik səciyyəli yer-yurd adlarının sonunda işlənən “i” topoformantını və ya morfoloji göstəricisi yerli dialekt və şivə xüsusiyyətlərindən biri kimi vermək düzgün olmazdı. Yerli dialekt və şivələrə gürcü dilinin təsirini danmırıq. Lakin qədim tarixə malik olan və toponimlərini canları və qanları qədər sevən bir xalq heç vaxt yad dilinin ünsürlərini özünün xüsusi ad sisteminə yaxın qoya bilməzdi. Bizə belə gəlir ki, bu gürcü millətləri tərəfindən zorla, məcburi şəkildə edilmiş və bağışlanılmaz bir əməliyyatın nəticəsidir. Necə ki, Bolulu (Bolnisi), Tumanis (Dmanisi), Muğanlı (Muqareti), Azqur (Azquri), Qurutuban (Kurtubani), Triman (Trimoni), Ərəbli (Openi), Marallı (Mareli), Qov//Kov (Koveti) və s. etnotoponimlərində olduğu kimi.

Beləliklə, Gürcüstan ərazisində Azərbaycan türklərinin köklü xalq olduğunu sübuta yetirən qədim tarixə malik etnotoponimlərinin dəyişdirilməsi, gürcü dilinə məxsus appelyativlərlə əvəz edilməsi yolverilməzdir və belə etnotoponimlərin tarixi-linqvistik aspektdə tədqiqi əsl həqiqətləri üzə çıxarır, bəzi gürcü millətlərinin məkrli siyasətini, saxtakarlığını aşkar edir.


Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin