GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ


III növ ismi söz birləşməsi şəklində olan etnotoponimlər



Yüklə 250,89 Kb.
səhifə18/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   14   15   16   17   18   19   20   21   ...   55
2.4.3. III növ ismi söz birləşməsi şəklində olan etnotoponimlər
Üçüncü növ ismi birləşmənin birinci tərəfi yiyəlik hal şəkilçisi ilə ikinci tərəfi isə mənsubiyyət şəkilçiləri ilə işlənir” [1, s. 44]. Qeyd olunan xüsusiyyət də Gürcüstanın etnotoponimiyasında müşahidə olunur. T.Əhmədov III növ ismi söz birləşməsi əsasında formalaşan etnotoponimlərin müxtəlif xüsusiyyətlərini hərtərəfli şərh edərək göstərir ki, birinci komponenti etnonimlə ifadə olunaraq, obyektin vaxtilə həmin tayfa, xalq və ya etnik qrup tərəfindən idarə olunan və ona məxsus olan torpaq sahəsində və yaxınlıqda yerləşdiyini bildirməyə xidmət edir [44, s. 202]. Gürcüstan ərazisində eyni etnotoponimi digər etnonimik səciyyəli oykonimdən, oronimdən, hidronimdən fərqləndirmək üçün daha çox xalq, etnik qrup, sahibkarın, torpaq mülkiyyətçisinin adından istifadə edilməsi halları da çox müşahidə edilir. Qeyd etməliyik ki, Gürcüstan ərazisində üçüncü növ ismi birləşmələri formasında olan etnotoponimlər, ikinci növ ismi birləşmələri modelində olanlara nisbətən azlıq təşkil edir. H.Mirzəzadə də düzgün olaraq göstərir ki, qədim və orta əsrlərin yazı dilində üçüncü növ təyini söz birləşməsi formal cəhətdən dilimizdə bir qədər fərqli olmuş, yəni birinci tərəfi şəkilçisiz işlənmişdir [102, s. 33]. Bu xüsusiyyət Gürcüstanın etnotoponimiyasında da əks olunmuşdur. Belə ki, formal cəhətdən ikinci növ ismi söz birləşmələri kimi özünü göstərən “Hüseyn kənd”, “Lahış yeri”, “Koxa bulağı”, “Avar eli”, “Qazan yaylağı”, “Molla obası”, “Muğanlı kəndi” əslində “Hüseynin kəndi”, “Lahışların yeri”, “Koxanın bulağı”, “Avarın eli”, “Qazanın yaylağı”, “Mollanın obası”, “Muğanlının kəndi” şəkillərində olmalıdır. Məhz buna görə də Gürcüstan arealında ikinci növ ismi birləşmələr əsasında formalaşan etnotoponimlər çox, üçüncü növ ismi birləşmələr əsaında formalaşanlar isə çox dərəcə azdır. Apardığımız araşdırmalar göstərir ki, Gürcüstanın toponimiyasına həsr edilmiş bəzi elmi mənbələrdə birinci tərəfi etnonimlə, oronimlə, hidronimlə ifadə olunan etnotoponimlər ikinci növ ismi birləşmə modelində olduğu halda qəsdən üçüncü növ ismi söz birləşməsi şəklinə salınır ki, bu da yol verilməzdir. Müşahidələrimiz göstərir ki, istər tarixi, istərsə də müasir tədqiqatlarda Abdallı calası, Bəzəkli dağı, İncəoğlu kolu, Muğanlı qaşı, Rumoğlu çökəkliyi, Təhlə dağları və s. kimi qeydə alınmış etnotoponimlərin üçüncü növ ismi söz birləşməsi şəklinə salınmasına cəhd edilmişdir [49, s. 123]. Əslində isə dilimizdə sintaktik baximdan sabitləşdiyinə, quruluşu baxımından Azərbaycan dilinin qədim qatlarını mühafizə etdiyinə görə, etnotoponimlər üzərində süni əməliyyatlar aparmaq yuxarıda qeyd etdiyimiz kimi qətiyyən yol verilməzdir.

Beləliklə, Gürcüstan ərazisindəki etnotoponimlərin yaranma və formalaşma yollarının müəyyənləşdirilməsi, onların morfoloji və sintaktik xüsusiyyətlərinin araşdırılması dilimizin bir sıra problemlərinin daha dərindən öyrənilməsinə yardımçı ola bilər.




Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin