GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ


III FƏSİL GÜRCÜSTANIN TÜRK MƏNŞƏLİ ETNOTOPONİMLƏRİNİN



Yüklə 250,89 Kb.
səhifə19/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   15   16   17   18   19   20   21   22   ...   55
III FƏSİL

GÜRCÜSTANIN TÜRK MƏNŞƏLİ ETNOTOPONİMLƏRİNİN

LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Leksik-semantik xüsusiyyətlər deyərkən həmin əlamətləri özündə cəmləşdirən həm leksik, həm də semantik cəhətlərə xas olan etnotoponimlər başa düşülür. Gürcüstan ərazisindəki etnotoponimlər tarixin müxtəlif dövrlərində meydana gəldiyindən, uzun bir inkişaf və təkamül yolu keçdiyindən mövcud olduğu makro və mikro ərazilərin etnolinqvistik mənzərisini çox dolğun şəkildə özündə əks etdirə bilir, dilçilik tətqiqatları üçün qiymətli bir mənbəy təşkil edir. Araşdırmalar nəticəsində müəyyənləşdirilmişdi ki, Azərbaycan dili leksikasının bir hissəsini təşkil edən etnonimlər dilimizdə başqa söz və qruplardan fərqli olaraq daha qədim fonetik, qrammatik, leksik, semantik xüsusiyyıətlərə maılikdir [44, s. 31]. Azərbaycan coğrafi nomenli hidronimlərinin yaranmasında sifət, feili sifət və saylardan istifadə, Gürcüstan ərazisində mövcud olan etnotoponimlər digər toponimik vahidlər kimi yarandığı dövrdən bu günə kimi öz ilkin formasını saxlaya bilməmiş, bir qismi isə müxtəlif səbəblər üzündən bir şəkildən başqa şəklə salınmış, mənsub olduqları dilin, dialektin, şivənin xüsusiyyətlərinə uyğunlaşdırılmışdır. Bütün bunlar etnotoponimlərin leksik-semantik xüsusiyyətlərinin təhlilində müəyyən çətinliklər törədsələr də, linqvistik təhlil üsulları vasitəsilə onların tarixini, hansı amillər əsasında formalaşdığını, hansı tarixi dövrə məxsusluğunu, hansı tayfa, qəbilə, xalq, nəsil, tirə, şəxs və s. adları əsasında formalaşdığını müəyyənləşdirmək işində bir o qədər də mürəkkəb situasiya yaratmır. Unutmamalıyıq ki, Gürcüstanın türk mənşəli etnotoponimləri də Azərbaycan toponimlər sistemində olduğu kimi böyük inkişaf yolu keçmiş, onların bəziləri tayfa, qəbilə, xalq, sülalə, nəsil adları, bəziləri heyvan adları, bəziləri şəxs adları, bəziləri bitki adları əsasında yaranıb formalaşmışdır. Gürcüstanın etnotoponimlərinin formalaşmasındakı bu amilləri əsas götürüb onları aşağıdakı leksik-semantik qruplara bölmək olar:

etnooykonimlər;

etnooronimlər;

etnohidronimlər.



Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin