GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ



Yüklə 250,89 Kb.
səhifə36/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   32   33   34   35   36   37   38   39   ...   55
DƏLLƏR BULAĞI – Bolnisi rayonunda mövcud olan bu bulağın adı etnooykonimlə bağlı olaraq yaranmışdır. (Ətraflı Dəllər etnotoponiminə bax)
DƏMİRÇİ BULAĞI – Bolnisi rayonunda mövcud olan bu bulağın adı etnooykonimlə bağlı olaraq yaranmışdır. (Ətraflı Dəmirçi etnoniminə bax).
ƏRƏBLİ – Marneuli rayonunda kənd adı. Tarixi mənbələrdə Araplı, Araflı formalarında qeydə alınmışdır. VIII-IX əsrlərdə Borçalı ərazisində ərəblərin yaşamaları məlumdur. Azərbaycanda “ərəb” etnonimli oykonimlərin sayı 30-dan çoxdur və bu adlandırmalar ərəb işğalından (VII əsr) sonra baş vermişdir. Marneuli rayonunda mövcud olan Ərəbli etnotoponimi öz adında “ərəb” etnonimini əks etdirir.
ƏRSAK – Tiflis quberniyasının Borçalı qəzasında kənd adı olub. Bu etnotoponim “ər” və “sak” komponentlərindən ibarət olub, “igid, qoçaq, saq, sak” deməkdir. Bizans tarixçisi Menandr 568-ci ildə yazırdı ki, türklər qədimdə saka adlanırdılar. Türkdilli xalqlar yaşayan ərazilərdə “sak/saka” komponentli etnotoponimlər olduqca çoxdur.

Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin