Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu


Balıq suda ölsə, onu yemək haramdır



Yüklə 6,87 Mb.
səhifə80/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   76   77   78   79   80   81   82   83   ...   173
Balıq suda ölsə, onu yemək haramdır
Balıq suda bir neçə halda ölür:

1. Balıq ov alətində müxtəlif səbəbdən uzun müddət qalır. Külək və başqa təbii səbəblərdən balıq ov alətindən vaxtında çıxardılmır. Balıq ov alətindən qaçmağa cəhd göstərir və güclü hərəkətlər edir. Digər tərəfdən, külək və fırtına balığı həddən artıq yırğalayır və ona mexaniki zərbələr vurur. Bunun nəticəsində orqanizmdə maddələr mübadiləsi kəskin dərəcədə pozulur. Orqanizmdə normadan artıq oksidləşməmiş maddələr yığılır və balıq ölür.

2. Ov alətində balıq çox toplanılır. Məsələn, Xudat Siyənək Ovlama vətəgələrində bir nevoda (tordan dü­zə­ldilmiş üzən böyük ov aləti) bəzən 50 tona qədər siyənək düşür. Siyənəklər nevodun matnasında (torun kisə şəklində orta hissəsi) yığılır. Nevod sahilə çə­kildikdə balıqlar matnada yığılır və nəhayət bir-bir­lərini möhkəm sıxırlar. Orta qatlarda qalan balıqların tənəffüs alması çətinləşir və balıq suda ikən ölür. Bəzən küləyin güclənməsindən ov alətində ölmüş siyənəklər 5-6 saat və daha çox qalır.

3. Suda oksigenin çatışmaması üzündən balıq ölür. Məlum olduğu kimi, balıq oksigensiz yaşaya bilməz. Balıqlar növlərindən asılı olaraq oksigenə müxtəlif tələbat hiss edirlər. Orta hesabla suda oksigenin miqdarı 4,5 mq/l-lən az olmamalıdır ki, balıqlar məhv olmasın. Su hövzələrində oksigenin az olması balıqlar üçün fəlakətdir. Ümumiyyətlə, oksigen normadan az olanda balıq nə hərəkət edir və nə də qidalanır (yuxuya dalır). Suda oksigenin miqdarı azaldıqca balıq «boğulur» və tələf olur.

Su hövzələrində oksigen bir çox səbəblərə görə azalır. Oksigenin azalması suyun olduqca isti olması və yaxud qış zamanı donması, suda çürük bitkilərin və ölü heyvanların olması, suyun dibinin lilləşməsi, su hövzələrinə məişət, zavod və fabriklərin çirkli sularının tökülməsi, neft və başqa yanacaqların qarışması ilə əlaqədardır.

Ilk növbədə, suda ölmüş balıqda botulizm törədi­ciləri kəskin dərəcədə inkişaf edir və çoxalırlar. Müəy­yən olunmuşdur ki, 12-160C temperaturda bir neçə saatdan sonra botulizm törədiciləri balığın mədəsindən ətinə və qanına keçir. Botulizm zəhəri 24 saatdan sonra balığın qanında və 48 saatdan sonra ətində müşahidə olunur.

Suda ölmüş balıq, quruda ölmüşə nisbətən fermentlərin və mikrobların təsirinə daha tez düçar olurlar. Bu da suda ölmüş balığın ətinin olduqca tez yumşalması və onun toxumalarının müqavimətinin azalması ilə izah olunur.

Suda ölmüş balığın tərkibində dərin biokimyəvi və mikrobioloji proseslər gedir. Nəticədə balıq yeyinti üçün yararsız hala düşür.

Əgər balıq sudan kənara düşsə, ya ləpə onu kənara atsa, ya su çəkilib balıq quruda qalsa, belə ki, ölü­mün­dən əvvəl onu tutsalar, can verəndən sonra onu yemək halaldır. Bu məsələnin izahı yuxarıda verilmişdir. Tək­rarən qeyd etmək istəyirəm ki, ölümü məlum olmayan balığı yemək təhlükəlidir.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin