Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 6,87 Mb.
səhifə82/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   78   79   80   81   82   83   84   85   ...   173
ŞƏFA MƏNBƏYI ZEYTUN
“Qurani-Kərim”də diqqətimizi cəlb edən qidalardan biri də zeytundur. Son dövrlərdə aparılan araşdırmalar zeytu­nun təkcə ləzzətli bir qida deyil, həm də mühüm bir sağlamlıq mənbəyi olduğunu göstərib. Zeytun və zeytun yağı haqqında “Qurani-Kərim”in 7 surısinin 9 ayəsində zeytun və zeytun yağı haqqında Allah kəlamı buyrulmuşdur.
Qurani-Kərim”də zeytun və zeytun yağı

haqqında ayələr


Sıra

Sayı

Surənin

nömrəsi

Surənin adı

Ayələrin nömrəsi

1

6

əl-Ənam

99, 141

2

12

Yusif

49

3

16

ən-Nəhl

11

4

23

əl-Muminun

20

5

24

ən-Nur

25, 35

6

80

Əbəsə

29

7

95

ət-Tin

1

Allah göylərin və yerin nurudur. (Kainatı ya­radıb ona nur verən, yer və göy əhlinə haqq yolu gös­tərən xaliqdir). Onun (Peyğəmbərimizin və möminlə­rin qəlbində olan) nuru, içində çıraq olan bir tax­çaya bənzər; taxçadakı o çıraq bir qəndilin için­dədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır...”. (ən-Nur, 24/35).

Yuxarıdakı ayənin əslində «mubarəkətin zeytunə­tin» ifadəsi ilə zeytun “bərəkətli, müqəddəs, faydalı, saysız xeyir verən” mənalarına gələn mübarək sifəti ilə qeyd edilmişdir. “Zeytuha” ifadəsi ilə bildirilən zeytun yağı başqa qatı yağların əksinə olaraq bütün mütəxəs­sis­lər tərəfindən başda ürək və qan-damar sağlamlığı olmaqla ən çox tövsiyə edilən yağ növü kimi tanınır. Zeytun yağının sağlamlıq baxımından faydalarını bu cür qeyd edə bilərik.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin