Suyun ruha təsiri
Müsəlmanlığın vacib şərtlərindən olan dəstəmazın Tanrıya səcdə etmək üçün deyil, orqanizmin bioelektrik enerjisinin sudakı enerjidən qidalanmasıdır. Su olmayan şəraitdə edilən təyəmmüm isə orqanizmdəki sabit elektrikin torpağa keçməsini təmin edir.
Allahın rəsulu hz.Muhəmməd (s.ə.v.) “dəstəmaz” alarkən dua edirdi və hər kəsə də belə etmələrini tövsiyə edirdi. Nə üçün?
Insanların Tanrıya səslənib, “ey Tanrı, sənin peyğəmbərinin dediyini edirəm, sən də məni nur eylə” - demələri üçündür, yoxsa bunun başqa bir səbəbi var?
Insan əslində dəstəmaz alarkən dua etməklə müəyyən məna kəsb edən beyin dalğaları ilə su kristallarını dəyişdirərək və təsir göstərərək (ionlaşdıraraq) bədəninə yararlı su ionlarının daxil olmasını təmin edir. Su içərkən, ya da yemək yeyərkən bəsmələ oxumağın beyin dalğalarını içilən, ya da yeyilən qidaya yönləndirmənin mənası yalnız budur.
Qurğuşun tökdürmək dini ritual deyil, toplanan və ruhi sarsıntıya yol açan sabit elektrikin ərimiş qurğuşuna boşaldılması məqsədilə həyata keçirilir. Su kristallarının insanların düşüncələrinə görə formasını dəyişməsi mikroskopla açıq şəkildə görünür.
Insan beyninin bilərəkdən və ya bilməyərəkdən yaydığı dalğalar suya və sudan yaranmış canlılara sürətlə təsir göstərir. Buna görə də Quranda surələrdən biri “...Siz ürəyinizdə olanı zahirən çıxarsanız da, çıxarmasanız da Allah ona müvafiq sizinlə haqq-hesab çəkər...” mənasını ifadə edir (əl-Bəqərə, 2/284).
Dəstəmaz alarkən dua oxumaq düşüncəni və diləyi beyin dalğaları şəklində suya yönləndirərək su kristalını şəkilləndirir və o suyu osmos yolu ilə bədənə daxil edir. Insan bədəninin təxminən 70-80%-nin sudan ibarət olduğu üçün sudan istifadə edildiyi zaman müsbət, ya da mənfi düşüncə dalğalarının təsirinə məruz qalır.
Dostları ilə paylaş: |