Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu


Müsəlmanın həyatında halal və haram ət məhsulları



Yüklə 6,87 Mb.
səhifə54/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   50   51   52   53   54   55   56   57   ...   173
Müsəlmanın həyatında halal və haram ət məhsulları
Qədim zamanlardan Allah Təbarəkə Təala insan­lara, xalqlara yeməklərin halal və ya haram olması ba­rə­də göstərişlər vermişdir, xüsusilə də ət yeməkləri haq­qında.

Ət və balığın yeyilməsi qaydaları müxtəlif xalq­lar­da, icmalarda, dinlərdə bir-birindən fərqlənir.

Yeyilməsinə icazə verilmiş ət məhsullarına quruda və suda yaşayan heyvanların əti aid edilir.

Quruda yaşayan heyvanlardan “Qurani-Kərim” yal­nız donuz ətini, ölmüş heyvan ətini və Allahın adına kəsilməmiş heyvanın ətini və qanını qadağan edir.

Müqəddəs Quran Muhəmməd Peyğəmbər(s.ə.v.) vasitəsilə bizi xəbərdar edir: “… (O peyğəmbər) onla­ra yaxşı iş görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər…”. (Əl-Əraf, 7/157).

Murdar, natəmiz, pak olmayan insanlarda ikrah hissi yaradan şeydir.

Mömin xəlifələr deyirlər ki, «cəsədində vəhşi hey­vanın dişlərinin və ya vəhşi quşun caynağının izi olan heyvanın ətini yeməyi Allah qadağan etmişdir. Başqa hey­vanın bədənini parçalaya bilən yırtıcılara şir, pə­ləng, canavar və s. heyvanlar aid oluna bilər. Yırtıcı quş­­lara qartal, şahin, qırğı və digər bu qəbildən olan quşlar aiddir.

Ölü heyvan ətinin qadağan olunması onun qida ki­mi qəbul edilməsinin qadağanı deməkdir. Onun dərisi, buynuzu, sümükləri, tükü çox lazımdır və insana xeyir verə bilər.

Bir dəfə Ibn Əbbas Möminə xatına zəkat olaraq qoyun verir. Qəflətən qoyun ölür. Peyğəmbər (s.ə.v.) onlara yaxınlaşıb deyir: “Heyvanın dərisini soyun, tə­mizləyin, aşılayın və istifadə edin”. Onlar Rəsulüllaha belə deyirlər: “Bu ki, ölü heyvandır!”. Peyğəmbər (s.ə.v.) cavab verir ki, bu qoyunun yalnız ətini yemək olmaz. O, Ibn Əbbasa və Möminəyə qoyunun dərisinin soyulması və aşılanması qaydasını göstərir. “Əgər dəri aşılanıbsa, o, pak hesab olunur” - deyə mömin xəlifələr təsdiq edirlər. Bu, bütün dərilərə aiddir, istər it dərisi, istərsə də hətta donuz dərisi olsun.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin