Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu


BALIQ ƏTİ YEYİLMƏSİNIN ISLAMI ŞƏRTLƏRI



Yüklə 6,87 Mb.
səhifə66/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   62   63   64   65   66   67   68   69   ...   173
BALIQ ƏTİ YEYİLMƏSİNIN ISLAMI ŞƏRTLƏRI

Balıq və balıq məhsullarının insanların qidalanma­sında böyük əhəmiyyəti vardır. Balığın tərkibində zülal, yağ, mineral maddələr (xüsusən fosfor və yod), vitaminlər və digər bioloji fəal maddələr vardır. Fizio­loji normaya əsasən orta yaşlı insan ildə azı 18,2 kq balıq istehlak etməlidir. Balığın tərkibində olan zülallar orqanizmdə çox asan mənimsənilir.

Balıq əti vitaminlər və mineral maddələrlə zəngindır. Balıq ətinin enerji dəyəri onun tərkibində olan yağın miqdarı ilə müəyyən olunur.

Balıq əti yel və ürək xəstəlikləri üçün əhəmiy­yətlidir. Gündə azı 30 qram balıq əti yeyən insanda ürək xəstəlikləri azalmışdır. Dörd həftə mütəmadi balıq əti yeyənlərdə qanın tərkibindəki yağ nisbəti optimal­laşır. Balıq əti ilə daha çox qidalananlarda ateroskleroz riski azalmışdır. Balıq əti və yağı A vitamini ilə zəngindir.

Balığın kimyəvi tərkibi və insan orqanizmi üçün əhəmiyyəti barədə çox danışmaq olar, lakin balığın əsl biokimyəvi tərkibi, onun qidalılıq dəyəri və pəhrizi-müalicəvi əhəmiyyəti ancaq onu yaradan tək Allaha məlumdur.

Allahın yaratdığı saysız nemətlər sırasında balıq mühüm yerlərdən birini tutur.

Balıq əti dadlı və şirəli olmaqla bərabər, insan orqanizmi tərəfindən tez həzm olur. Hələlik bizə məlum olan məlumatlara əsasən, balıqda olan zülali maddələrin əsas yeyinti dəyəri ondan ibarətdir ki, onların tərkibində insan orqanizminə lazım olan bütün aminturşuları vardır. Bunlardan izoleysin, leysin, lizin, metionin, fenilalanin, treonin, triptofan və valini göstərmək olar. Qidada aminturşularının olmaması və ya az olması müxtəlif xəstəliklər törədir.

Balıq ətində qeyri-zülali (ekstraktiv) azotlu maddələrin olması qidanın həzm edilməsində mühüm rol oynayır ki, bu da onların mədə şirəsi ayırması və iştahaçıcı qabiliyyəti ilə bağlıdır.

Balıqda tez həzm olan yağlar vardır. Balıq yağının 20-30%-i doymuş və 70-80%-i doymamış yağ turşularından ibarətdir. Onların bərk yağlara (inək və qoyun piyinə) nisbətən qida dəyəri xeyli yüksəkdir.

Doymamış yağ turşularından linol, linolen və araxidon xüsusilə böyük bioloji və müalicəvi əhəmiy­yətə malikdir. Göstərilən turşular insan orqaniz­mi tərəfindən sintez olunmur. Onları yalnız qida ilə qəbul etmək lazımdır. Lakin qeyd etmək lazımdır ki, yeyinti məhsullarının çoxunda adları çəkilən (xüsusən araxidon) miqdarı kifayət qədər deyildir. Bu cəhətdən balığın qaraciyəri əvəzedilməz məhsuldur.

Zülal maddələrinin və yağın enerji yaratma qa­biliyyəti böyükdür. Balıq zülallarının və yağının 96%-i insan orqanizmi tərəfindən mənimsənilir.

Balıqda 60-a yaxın kimyəvi element vardır. Bun­lardan kalium, natrium, kalsium, maqnezium, fosfor, xlor, yod, brom, dəmir, mis, kobalt, manqan, sink və s. göstərmək olar.

Balıqda heyvan və quşlara nisbətən mineral mad­dələrin miqdarı çoxdur. Dəniz balıqları xüsusən mi­neral maddələrlə zəngindir.

Mineral maddələrin insan orqanizmində böyük əhəmiyyəti vardır. Onlar insan sümüyünün, beyninin, sinir və örtük toxumalarının qurulmasında mühüm rol oynayırlar. Bundan əlavə, onlar qanın və hüceyrə mayesinin tərkibinə daxil olaraq həyati proseslərin normal keçməsini təmin edirlər.

Mineral maddələr orqanizmdə lazımi turş və qələvi mühitin yaranmasında iştirak edirlər. Balıq əti və daxili üzvləri vitamin mənbəyidir. Onlarda olan vitaminlər: A, B1, B2, B6, B9, B12, Bt, D, E, PP, C, pantoten turşusu və inozitdir. Insan orqanizmində vitaminlərin rolu danılmazdır.

Balığın əsl biokimyəvi tərkibi, onun yeyinti dəyəri və müalicə əhəmiyyəti ancaq onu yaradan tək Allaha məlumdur.

Yuxarıda qeyd edilən müxtəsər məlumatdan aydın olur ki, Allah- Təala insanlar üçün necə gözəl nemətlər yaradıb. Ona şükr eləmək hər müsəlmanın borcudur.

Müqəddəs kitabımız “Qurani-Kərim”də buyurulur: “Iki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat keçən), digə­ri­ninki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət (balıq) yeyir, taxdığınız (inci və mərcan kimi) bəzəklər çıxardırsınız. Onun (Allahın) lütfündən (nemətindən) ruzi diləyib axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada (suyu) yara-yara üzdüyünü görürsən. (Bütün bunlara görə), bəlkə, (Allaha) şükr edəsiniz” (Fatir, 35/12).

Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək şeylərini (inci, sədəf, mərcan) çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan! Allahın) nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, (bundan sonra Allahın nemətlərinə) şükr edəsiniz!” (ən- Nəhl, 16/14).

Balıq haqqında “Qurani-Kərim”in əl-Maidə-5/96, ən-Nəhl-16/4, əl-Kəhf-18/61-63 surələrində buyuruqlar vardır.

Bu ayələrdə balıqçılığın bütün sahələri üçün apaydın istiqamətlər göstərilib. Onlardan bəzilərinin izahını vermək burada yerinə düşür.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin