SEYFİN HƏDİSLƏRİNİN ŞƏRQŞÜNAS KİTABLARINA YOL TAPMASININ SƏBƏBLƏRİ
Bəzi şərqşünaslar İslamın həqiqi simasını dəyişmək üçün Seyf ibn Ömərin hədislərinin yararlı olduğunu görüb onları mümkün olan bütün vasitələrlə müsəlmanlar arasında yaymağı qarşılarına məqsəd qoydular. Çünki onun hədislərində müsəlmanlar təcavüzkar kimi qələmə verilmiş, döyüş zamanı qətldə ifrat etdikləri qeyd edilmişdir. Onun hədislərində qeyd edilir ki, Xalid bəzi döyüşlərdə üç gün qalır, əsirlərin və əlinə keçən hər bir şəxsin başını bədənindən ayırırdı. Çünki onların qanından çay axıtmağı nəzir etmişdi. O, o qədər adam öldürdü ki, bəzi döyüşlərdə öldürdüklərinin sayı yüz min nəfəri keçirdi1.
Şərqşünaslar onun rəvayətində Abdullah ibn Səbanın izlərini tapdılar. Onun yəhudi olması, müsəlmanları aldatması, Peyğəmbərin (s) səhabələrini yoldan çıxarması, dinə yad təlimlər əlavə etməsi, müsəlmanları bir-birinin əleyhinə qaldırması onların diqqətini cəlb etdi. Elə buna görə də şərqşünaslar sənədini araşdırmadan yazılarında onun rəvayətlərinə istinad etdilər.
5. Ətiyyə;
Seyf ibn Ömərin hədis nəql etdiyi Ətiyyənin kimliyi məlum deyil. O, hicri 110-cu ildə vəfat etmiş Ətiyyə ibn Övfidir, yoxsa hicri 112-ci ildə vəfat etmiş Ətiyyə ibn Qeys? Bunun Ətiyyə Övfi olması ehtimal olunmur. Çünki Ətiyyə Əvfi tabeilərdən olmuş və hicri 110-cu ildə dünyasını dəyişmişdir. Nəticədə Seyf ibn Ömər onu görməmişdir. Seyf ondan çox sonra yaşamışdır. Bundan başqa əhli-sünnə alimləri onun zəif rəvayətçi olduğunu qeyd etmişlər. Lakin məqsəd Ətiyyə ibn Qeysdirsə, o, şamlıdır və Seyflə heç bir əlaqəsi olmamışdır. Buna görə də tanınmış şəxs deyil.
Dostları ilə paylaş: |