4. Süveyr ibn Əbu Faxitə;
Əccəli onun (nəql baxımından) qorxulu olmadığını qeyd etmişdir13. Yunus ibn İshaqdan “Nə üçün Süveyrdən hədis nəql etmirsən?” - deyə soruşduqda dedi: “Süveyr rafizidir”14. Lakin buna baxmayaraq, Tirmizi ondan hədis nəql edir15.
5. Cabir ibn Yəzid Cöfi (h. q. 128);
Süfyan yazır: “Mən hədis nəql etməkdə Cabir Cöfi qədər təqvalı insan görmədim”16. Zəhəbi onu böyük şiə alimlərindən hesab etmiş17, İbn Həcər isə rafizi adlandırmışdır18. Buna baxmayaraq, onun hədisləri “Sünəni-Əbu Davud19”, “Sünəni-İbn Macə20” və “Sünəni-Tirmizi”21 də nəql edilmişdir.
6. Cümey ibn Ümeyr;
İbn Hatəm onu düzdanışan və hədiz nəqlinə səlahiyyəti olan rəvayətçi hesab etmişdir1. İbn Həyyan onu rafizi adlandırmışdır2. Buna baxmayaraq, onun hədisləri “Sünəni-Əbu Davud”3, “Sünəni-Nəsai”4, “Sünəni-İbn Macə”5 və “Sünəni-Tirmizi”6 də nəql edilmişdir.
Dostları ilə paylaş: |