Haqqin iZİ İLƏ


Şəbinin rəvayətlərinin tədqiqi



Yüklə 2,22 Mb.
səhifə236/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   232   233   234   235   236   237   238   239   ...   283

Şəbinin rəvayətlərinin tədqiqi


İbn Teymiyyə öz kitablarında, xüsusilə “Minhac əs-sünnə” kitabında şiəliyə hücum etmiş, onları nalayiq xüsusiyyətlərlə ittiham etmişdir. O, şiəliyə qarşı ittihamlarında saxta hədislərə istinad etmişdir. Belə rəvayətlərdən biri Şəbinin şiəliyi yəhudilərlə müqayisə etdiyi rəvayətdir. O, yazır: “Əbu Həfz ibn Şahin “əl-Lütf fi əs-sünnə” kitabında Məhəmməd ibn Əbu əl-Qasim ibn Harundan, o, Əhməd ibn Vəlid Vasitidən, o, Cəfər ibn Nəsir Tusi Vasitidən, o, Əbd ər-Rəhman ibn Malik ibn Miğvəldən, o da atasından Şəbinin belə dediyini nəql edir: “Mən sizə azdırıcı meyllərdən uzaq olmağı tövsiyə edirəm. Bunların ən təhlükəsi rafizilərdir. Onlar İslamı öz rəğbətləri ilə qəbul etməmişlər. Onlar İslamı məhv etmək məqsədi ilə qəbul etmişlər”.

Bu sözlərdən sonra rafizilərlə yəhudilər arasında oxşar cəhətləri qeyd etməyə çalışır. Lakin bunlar iftiradan başqa bir şey deyil. Onun qeyd etdiyi oxşarlıqlardan birini nəzərdən keçirək. O, yazır: “Yəhudilər Cəbraili alçaltmaq, onun qüsurlu olduğunu önə çəkmək niyyətində idilər. Onlar Cəbrailə düşmən münasibət bəsləyirlər. Rafizilər isə Cəbrailin vəhyi səhvən Məhəmmədə (s) gətirdiyini deyirlər”.1



Cavab: Birincisi, məlum hədis Şəbidən çoxsaylı sənədlərlə nəql edilmişdir. Sənəd silsiləsində Əbd ər-Rəhman ibn Malik ibn Miğvəl olduğu üçün zəif hesab edilir. İbn Teymiyyə özü də sonda bu məsələyə toxunur. Bundan başqa çoxlu sayda əhli-sünnə elm adamları, rical alimləri məlum hədisin zəif olduğunu qeyd etmişlər. Belə alimlərdən aşağıdakıları göstərmək olar:

  1. Əbu Bəkr Xəlllal “Kitab əs-sünnə” əsərində yazır: “Alimlər Əbd ər-Rəhman ibn Malik ibn Miğvəlin zəif olduğu haqda yekdil rəy irəli sürmüşlər”.1

Əbu Əli Saleh ibn Məhəmməd yazır: “Əbd ər-Rəhman ibn Malik ibn Miğvəl insanların ən yalançısıdır”.2

  1. Yəhya ibn Muin yazır: “Mən onu görmüşəm. O, etibarlı şəxs deyil”.3

Yenə onun haqqında yazır: “O, çox yalançıdır”.4

  1. Əhməd ibn Hənbəl yazır: “Biz onun hədislərini cırdıq”.5

  2. Məhəmməd ibn Əmmar Mosuli yazır: “Əbd ər-Rəhman ibn Malik ibn Miğvəl olduqca yalançı və iftira yaxandır. Buna heç kimin şübhəsi yoxdur”.6

  3. Əbu Davud Süleyman ibn Əşəs yazır: “O, hədis qondarmaqla məşğul idi”.

Bundan başqa Əbu Zəkəriyyə, Əbu Zürə, Cüzcani, Darqutni, Buxari, İbn Hibban, Sədi, Nəsai və digər bir çox əhli-sünnə rical alimləri onun zəif olduğunu qeyd etmişlər. 1

İkincisi, İbn Teymiyyə hədisin sonunda onun sənəd silsiləsində Əbd ər-Rəhman ibn Malik ibn Miğvəl olduğu üçün zəif hesab edildiyini bilmiş, lakin bu zəifliyi aradan qaldırmaq üçün yazmışdır: “Bu hədis Əbd ər-Rəhman ibn Malik ibn Miğvəldən müxtəlif vasitələrlə nəql olunmuşdur. Həmin vasitələrin biri digərini təsdiq edir”.

Lakin bu yanlış fikirdir. Əbd ər-Rəhmanın zəiflik problemi həll olunası deyil. Çünki sözügedən vasitələrin hamısının sonu Əbd ər-Rəhmanla bitir. Bu problemin həlli üçün onun hədisi atasının vasitəsilə Şəbidən nəql etməsi sübut olunmalıdır. Bu isə İbn Teymiyyənin göstərdiyi yolla sübut oluna bilməz.

Üçüncüsü, əgər hədisin doğru olduğunu qəbul etsək belə, Peyğəmbərdən (s) və heç bir səhabədən nəql edilmədiyinə görə mötəbər hesab edilə bilməz. Bu ittihamın rəvayətçisi yalnız Şəbidir. Şəbinin sözü haqqı tanımaq üçün meyar, dəlil ola bilməz. Bundan başqa məlum rəvayət şiəliyə qarşı əsassız ittihamdan başqa bir şey deyil.

Dördüncüsü, hədisdə Şəbi şiəliyin ödərlərindən biri kimi göstərilir və hədisin rəvayətçisi ondan soruşur: “Rafizilərin öndərlərindən olduğuna baxmayaraq, onun əleyhinə nə dəlil göstərə bilərsən?” Halbuki Şəbi nəinki şiəliyin öndərlərindən, heç sıravi şiə belə olmamışdır. Bu, Şəbi haqqında ilkin məlumatı olan hər bir oxucuya bəllidir. Onun haqqında yazan heç bir tarixçi şiə olduğunu qeyd etməmişdir. O, qaynaqlarda Əbd əl-Məlik ibn Mərvanın Roma imperatoruna göndərdiyi qasid kimi göstərilmişdir.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin