İbn Həzm yazır: “Müsəlmanlar xilafətin irsiyyət yolu ilə davam etmədiyini yekdilliklə qəbul edirlər”.1
Əbu əl-Qahir Bağdadi yazır: “Bəzi ravəndiyyə firqələri imamətin irsi olması qənaətindədirlər”.2
Əllamə Hilli “Şərhi-təcrid” əsərində yazır: “Abbasiyyə imamın təyin edilməsinin iki yolunu göstərir: dini dəlil (nəss) və irsiyyət”.1
Əbd əl-Qahir Bağdadi yazır: “İmamiyyələrin əksəriyyəti imamətin irsiyyət yolu ilə davam etdiyi qənaətindədirlər”.2
Əbu əl-Həsən Nədəvi yazır: “Təbii ki, Allahın və onun elçisinin hakimiyyət nəzəriyyəsi digər fatehlərin, cəngavərlərin, siyasi liderlərinin fikirləri ilə bir çox baxımdan fərqlənir... fateh, cəngavər və siyasi liderlərin məqsədi dünyaya hökm etmək, müəyyən dövlətlər yaratmaq, irsiyyətə əsaslanan idarəçilik sistemi tətbiq etməkdir. Bu, tarix boyu müşahidə olunan prosesdir”.
O, sonda belə bir nəticə alır ki, şiə əqidəsinin imamət və xilafət nəzəriyyəsi Allahın və onun elçisinin hədəfləri ilə uyğun gəlmir. Onlar xilafətin irsi olduğu qənaətindədirlər.3