Yeddincisi, Əli (ə) öz haqqının tapdandığını və digərlərinin insanları sonu görünməyən zülmətə sürüklədiklərini görür və yeri gəldikcə öz haqqını onlara xatırladırdı. Lakin daha mühüm olan İslamı qorumaq üçün nisbi susqunluğa üstünlük verir və xilafətlə münaqişəyə girmirdi. Əlinin (ə) özündən öncəki üç xəlifə dövründə təqiyyə etməsində məqsəd budur. AYƏNİN İMAMƏTLƏ BAĞLILIĞI
Şiə və əhli-sünnə arasında mövcud olan fikir ayrılıqlarından biri imamın seçilmə və yaxud təyinedilmə yolu ilə olmasıdır. Hər iki halda bu ayədən və onu şərh edən hədislərdən aydın olduğuna görə, Əli (ə) yaradılmışların ən yaxşısıdır. Hətta İbn Teymiyyənin belə qəbul etdiyi bir prinsipə görə, rəhbərliyə və imamlığa layiq olan yaradılmışların ən yaxşısıdır. Nəticə etibarı ilə, seçilmə və ya təyinedilmədən asılı olmayaraq, Peyğəmbərdən (s) sonra İslam ümmətinin rəhbəri olması qaçılmaz olan şəxs Əlidir (ə).
Başqa sözlə desək, “Xeyr əl-bəriyyə” (yaradılmışların ən yaxşısı) ayəsindən sonra deyilir:
رضىَِ اللَّهُ عَنهْمْ وَ رَضُواْ عَنْه “Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar” (“Bəyyinə”, 7).
Dəfələrlə qeyd etdiyimiz rəvayətlər bunun Əli (ə) və onun şiələrinə aid olduğunu açıqca göstərdi. Bu ayə ilə “İkmal” ayəsini وَ رَضِيتُ لَكُمُ الْاسْلَامَ دِينًا (“Bir din kimi sizin üçün İslamı bəyənib seçdim”) yanaşı qoyduqda əldə olunan nəticə bu olur ki, iman və yaxşı əməl Əli (ə) vasitəsi (xətti) ilə əldə edilməlidir. Çünki səhih hədislərə müvafiq olaraq, “İkmal” ayəsi Qədir-Xum hadisəsindən sonra nazil olmuşdur.
Dostları ilə paylaş: |