Haqqin iZİ İLƏ


Əhli-sünnə həqiqətləri ilə tanışlıq



Yüklə 2,22 Mb.
səhifə208/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   204   205   206   207   208   209   210   211   ...   283
3. Əhli-sünnə həqiqətləri ilə tanışlıq;

Əhli-sünnə mütəfəkkirlərinin şiəliyə yönəlməsinin ən mühüm amillərindən biri onların öz məzhəblərində mövcud olan bəzi həqiqətləri bilmələridir. Bunu etiraf edən bir neçə mütəfəkkirin söylədiklərinə nəzər salaq:

Şiəliyi qəbul etmiş misirli alim Saleh əl-Vərdani yazır: “Əhli-sünnə məzhəbi haqqında deyilə biləcək ən az söz budur ki, bu məzhəb vaxtı ilə hakimiyyətdə olmuş insanların əqidəsidir və bu günədək dövlət məmurlarının əli ilə bəslənmişdir. Hakimiyyət dairələri öz legitimliklərini bu məzhəb vasitəsi ilə əldə edirdilər. Bu, əhli-sünnə məzhəbini yaşadan, genişləndirən yeganə amildir. Çünki onun yaşayacağına səbəb olacaq heç bir əsas yoxdur.

Əhli-sünnə məzhəbi hakimiyyət dairələri tərəfindən dövlətin legitimliyini göstərmək məqsədi ilə yaradılmışdır. Əgər dövlət məmurları vasitəsi ilə bəslənməsəydi, yəqin ki, ondan əsər-əlamət qalmayacaqdı. Necə ki, tarix bir çox məzhəbləri, etiqadları məhvə məhkum etdi. Onlara dəstək verən çoxlu sayda insanların olmasına baxmayaraq, məhv oldular. Beləcə bu məzhəb və onun irəli sürdüyü prinsiplər dinin ayrılmaz hissəsi səviyyəsinə gəlib çıxdı. Belə ki, digər məzhəblərin hücumlara məruz qalmasına baxmayaraq, bu məzhəbə tənqidi yanaşmaq yasaq idi. Şişirdilərək müqəddəs don geydirildi. Belə ki, heç kimin ona yaxınlaşmağa haqqı çatmırdı”.1

O, digər əsərində yazır: “Bir-birinin ardınca hakimiyyətə gələnlər Əhli-sünnə məzhəbinə öz etiqadlarını geniş şəkildə yaymaq üçün imkan yaratdılar. Əhli-sünnə məzhəbi işi o yerə çatdırmışdı ki, digər məzhəbləri mühakimə etdirir və onları incidirdi.

Tarixi həqiqətlər göstərir ki, Əhli-sünnə məzhəbi hakimiyyət dairələrinin sayəsində yaşamışdır. Əgər onlar hakimiyyət tərəfindən himayə olunmasaydılar, etiqad bəslədikləri prinsiplər məhvə doğru sürüklənərdi. Həmin himayə bu gün də davam edir. Buna səbəb Əhli-sünnə məzhəbinin hakimiyyətə qarşı yumşaq mövqeyidir”.1

O, yazır: “Mən uzun müddət əhli-sünnə təfəkkürlü mühitdə yaşamış və orada qeyri-adi uyğunsuzluqlar, təzadlar müşahidə etmişəm. Mən hiss edirdim ki, Əhli-sünnə məzhəbi saray məzhəbidir və ondan siyasi köləlik iyi gəlir. Bu məzhəbdə o qədər zəif məqamlar mövcuddur ki, bunları görən insan rahatlıq tapa bilmir. Məlum zəif məqamların heç bir məntiqi izahı yoxdur”.2

O, digər əsərində yazır: “Əhli-sünnə məzhəbinə mənsub olduğum dönəmdə insanları rasionalizmə dəvət edir və ağıldan dəm vururdum. Lakin öz həmməzhəblərim tərəfindən birmənalı qarşılanmadım və olmazın ittihamlar, şayiələrlə üzləşdim. Mən çox yaxşı bilirdim ki, ağla qarşı çıxmaq sələflərimizə tam tabe olmaqdır. Ağılla hərəkətin nəticəsi isə insanın həqiqəti qəbul edəcək şəxsiyyətə malik olmasıdır... Mən əsla düşünmədən, araşdırmadan fikir yürütmürəm. Mənim rasional təmayülüm şiəliyi, Əhli-beyt (ə) xəttini qəbul etməmə səbəb oldu”.3

O, Misirin əl-Əzhər şeyxindən gileylənərək yazır: “Əl-Əzhərin şeyxi dövlət məmurudur. O, hökumətin siyasətinə uyğun addım atır. Elə buna görə də o, əl-Əzhər universitetinin rektoru olduqdan sonra ziddiyyətli fikirlər səsləndirməyə başlamışdır.

Qırx, əlli və altmışıncı illərdə əl-Əzhər universitetində şiəliyə qarşı böyük maraq var idi. Bu universitet yetmişinci illərin əvəllərində Misirdə məzhəblərin yaxınlaşması” ilə bağlı yaradılan təşkilatların təsisçisi hesab olunurdu. Lakin İranda İslam İnqilabı qələbə çaldıqdan sonra “əl-Əzhər” universitetinin görkəmli şəxsiyyətləri sanki müharibə elan edirmişlər kimi şiəliyə qarşı çıxmağa başladılar. Onlar şiələri ittiham edərək deyirdilər: “Şiələr səhabələr haqqında nalayiq sözlər deyirlər. Onların mövcud Qurandan əlavə gizli Quranları var”. Onların şiəliyə qarşı əsassız ittihamları bununla bitmir. Məlum ittihamları irəli sürənlər özləri bunların şiəliyə heç bir aidiyyəti olmadığını İran İslam İnqilabından öncə səsləndirmişdilər?!

Şiəliyi qəbul etmiş digər əhli-sünnə mənsubu Məhəmməd Kəsiri həmin zəif məqama toxunaraq yazır: “Hakim dairələr hicri dördüncü əsrin əvvəllərindən başlayaraq bəzi fiqhi cərəyanlara qanunilik statusu verdi. Kütlə isə bunu hakimiyyətin o məzhəbləri qəbul etməsi kimi dəyərləndirdi. Zaman keçdikcə həmin cərəyanları müqəddəsləşdirərək həqiqi İslam kimi göstərməyə başladılar. Digər etiqadi cərəyanları isə İslamdan xaric, hətta kafir belə adlandırırdılar. Elə buna görə də onların qanını axıtmağı, əmlakını mənimsəməyi icazəli hesab edirdilər...”1

Doktor Ticani yazır: “Əksər şiə alimləri əhli-sünnə qardaşlarının Bəni-Üməyyə hiyləsinin, kininin qurbanı olduqlarını bilirlər. Çünki onlar sələflərinə xoş gümanla yanaşır və araşdırmadan onların ardınca gedirlər. Bunu görən Bəni-Üməyyə onları doğru yoldan yayındırır, Allahın kitabından və Peyğəmbərin (s) Əhli-beytindən uzaqlaşdırırdı. Hansı ki, onlara tapınmaq hidayət yolunun qarantıdır”.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin