4. Əhli-sünnə fiqhinin zəifliyi;
Bəzi əhli-sünnə mənsublarının şiəliyə yönəlməsinin səbəbi onların fiqh əsaslarının şiə fiqhinə nisbətən zəif olmasıdır. Misirin şiəliyi qəbul etmiş qabaqcıl hüquqçularından Dəmirdaş ibn Zəki yazır: “Qəzavət işinə girdiyim ilk günlərdə bir müsəlman qadın mənim yanıma gəlib ərindən şikayətlənməyə başladı. O, iddia edirdi ki, xeyli vaxtdır ərim məni tərk edib və aylıq xərcimi də ödəmir. Mən şikayətçi qadının ərini çağırtdırdım və ondan nə üçün belə etdiyini soruşdum. Müttəhim ittihamları rədd edərək bir ildən çoxdur ki, qadınını boşadığını bildirdi. Təbii ki, boşadığı təqdirdə xərclər onun üzərinə düşmürdü. Bu zaman qadının səsi ucaldı və iddia etdi ki, əri yalan deyir. Biz uzun müddətdir birgə yaşayırıq və o, məni boşamamışdır. Mən bu səhnəni müşahidə etdikcə dəhşətə gəldim. Nə hökm çıxaracağımı bilmirdim. Diqqət yetirib gördüm ki, bu problemin kökündə Əbu Hənifənin fətvası dayanır. Çünki o deyir: “Qadını qiyabi şəkildə, aydın və ya kinayəli sözlərlə boşamaq olar”. Özlüyümdə “bu məsələdə ailə məsələlərini daha yaxşı bilən fəqihə müraciət etmək lazımdır”, - deyə düşündüm və bu məqsədlə Hüquq universitetinə gedib qarşılaşdığım məsələni müəllimim Şeyx Məhəmməd Əbu Zöhrəyə danışdım. O, dedi: “Əgər mən belə bir məsələ ilə qarşılaşsaydım, İmam Sadiqin (ə) fətvalarını əsas götürərdim”. Müəllimim mənə Əhli-beyt (ə) məzhəbinin talaq məsələləri ilə bağlı “Talaq” surəsinin şərhinə nəzər salmamı tapşırdı. Araşdırdıqdan sonra belə nəticəyə gəldim ki, Əhli-beytə (ə) və Qurana görə bu növ talaq düzgün deyil. Talaq, mütləq iki ədalətli şahidin hüzurunda oxunmalıdır. Özlüyümdə fikirləşdim: “Sübhanəllah! Necə olub ki, bu hökmlər fəqihlərimizin gözündən yayınıb və nəticədə Allahın halalı haram olub”. Bu hadisə məni Əhli-beyt (ə) məzhəbi haqqında geniş tədqiqat aparmağa, şiə kitablarını oxumağa sövq etdi və nəticədə mən şiəliyi qəbul etdim”.1
Dostları ilə paylaş: |