Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə220/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   216   217   218   219   220   221   222   223   ...   283
Təəssübkeşlik;

Təəssüb insanın haqqa tabe olmasına mane ola biləcək amillərdən biridir. Çünki o, insanı, yanlışlığını bildiyi halda müəyyən bir fikrin üzərində dayanaraq onu dəyişməyə, dar düşüncəli olmağa vadar edir. Elə buna görə də təəssübkeş insan haqqı, həqiqəti gündüz, günəşin saçdığı kimi aydın olsa belə tanımaqdan məhrum olur.

Şiəliyi qəbul etmiş böyük əhli-sünnə alimi Məhəmməd Məri Əntaki bu haqda yazır: “Bu kitabda yazdığım faktlara diqqətlə nəzər sal və haqqın həqiqət yolçuları və təəssübdən, kortəbiilikdən uzaq olanlar üçün aydın olduğunu gör. İnadını davam etdirənlərə isə minlərlə hədis desən də bir faydası olmayacaq”.1

Buna görə də haqq məzhəb sorağında olan, bu məqsədlə tədqiqat aparan kimsə etiqadındakı yanlışlıqları qəbul etmək cəsarəti əldə etməlidir.

Doktor Ticani Səmavi bu haqda yazır: “Məni əhatə edən insanlar müəyyən zaman kəsiyində mənim düşüncəmi doldurmuş, ağlımı zəncirləmişdilər. Bundan məqsəd hədisləri və ya tarixi hadisələri düzgün təhlil etmək, Quranı və sünnəni düzgün anlamaq iqtidarında olmam üçün şərait yaratmamaq idi. Lakin mən iyirmi ildən çox bir müddətdə üzərimə qonan təəssüb tozunu silməyi, boynumdakı buxovu, qolumdakı zənciri qırmağı bacardım”.2

O, yazır: “Təəssüb və irsi düşmənçilik dönəmi öz yerini nüvə əsrinə, fikir azadlığı dönəminə vermişdir. Bu gün müasir gənclər haqqı tanımaq üçün gözlərini açmalı, şiə kitablarını oxumalı, onlarla əlaqə yaratmalı, alimləri ilə söhbət etməlidirlər. Nə vaxta qədər yanlış fikirlərə aldanacağıq?! Bu gün dünya xalqları sıx əlaqədədirlər. Yer kürəsinin istənilən bölgəsində şiə var. Elmi tədqiqat işləri ilə məşğul olanlar şiəliyi ona düşmən mövqedə olanların tədqiqatı ilə tanımamalıdırlar.

Şiəlik etiqadı yalnız özlərinə bəlli olan gizli məzhəb deyil. Dünyanın hər bir nöqtəsində şiə kitabları var. Şiə elm mərkəzləri hər bir elm adamının üzünə açıqdır. Şiə alimləri müsəlmanları vəhdətə dəvət etmək məqsədi ilə dəyirmi masalar, diskussiyalar keçirirlər”.1



  1. Qorxu.

Bir məzhəbdən digərinə keçərkən insanın qarşılaşdığı problemlərdən biri də keçmiş əqidəsindən ayrılacaq deyə onu bürüyən qorxudur. Çünki uzun müddət onunla yaşamış, onlara alışmışdır.

Seyid Əhməd Mötəsim bu haqda yazır: “Geniş axtarışdan sonra Əhli-beyt (ə) məzhəbinə tabe olmağın vacib olduğunu qət etdim. Vicdanım bunu qəbul etsə də əməldə məzhəbimi dəyişə bilmirdim. Dostlarımın mənə şiə və ya Xomeyni deyə müraciət etmələrinə baxmayaraq, mən hələ də tam olaraq məzhəbimi dəyişməmişdim. Əhli-beyt (ə) məzhəbinin haqq olduğuna zərrə qədər də şübhəm yox idi. Lakin əmmarə nəfs mənə vəsvəsə edir, əcdadımın məzhəbini tərk etməyə imkan vermirdi. Daxilimdə suallar yaranırdı: Ata-babalarının dinindən əlmi çəkəcəksən? Səni əhatə edən və sənə qarşı olan cəmiyyətlə necə yola gedəcəksən? Sən kimsən ki, belə bir nəticə əldə etmisən? Böyük alimlər, əksər müsəlmanlar sən bildiklərini bilmirdilərmi? Minlərlə bu kimi şübhələr fikrimi məşğul edir, mənə rahatlıq vermirdi.

Məni bu daxili keşməkeşdən xilas edər deyə şiəlik əleyhinə yazılmış kitablara müraciət etdim. Lakin onlarda da axtardığımı tapa bilmədim. Məsələ daha da ciddiləşdi. Çünki o kitablarda elmi, məntiqi dəlillər əvəzinə, nalayiq sözlər, yalan və iftiralar gördüm. Sonda Əlinin (ə) vilayətinin dəlillərini tədqiq edərkən daxilimdə hidayət nurunun parladığını və məni haqqa sövq etdiyini hiss etdim”.1

Məhəmməd Əli Mütəvəkkil bu haqda yazır: “Son qorxu zəncirlərini qırıb yeni məzhəbə keçəcəyimi qət edtdiyim zaman dostum əfsanəvi fikirlərini üzərimə yağdıraraq dedi: “Yəqin bil ki, əgər bu məzhəb haqq olsaydı, bizdən çox öndə olanlar, savadlı insanlar məzhəblərini dəyişər və şiə olardılar”.

Bu sözləri eşitdikə od qalayan, lakin ətrafını işıqlandırdıqdan sonra orada qalmaq istəməyən insan vəziyyətinə düşdüm”.1

Doktor Ticani bu haqda yazır: “Mən öz aqibətimdən qorxdum. Dəfələrlə tövbə edib Allahdan bağışlanmaq istədim və bir daha məni Peyğəmbərin (s) səhabələri, nəticə də isə dinim haqqında şəkkə salan mövzular haqqında düşünməyəcəyimə söz verdim. Lakin mənə qarşı günü-gündən artan düşmənçiliklər, dediyim hər sözün yalan adlandırılması, həqiqəti bilməyə olan marağım məni tədqiqatımı davam etdirməyə sövq etdi. Özümdə məni irəliyə doğru sövq edən daxili bir qüvvə olduğunu hiss edirdim”.2

Şiəliyi qəbul etmiş Əbd əl-Münim özündən öncə şiə olmuş əmisi oğlu ilə aralarında gedən mübahisələrə toxunaraq yazır: “Mən qəti qərara gəlmişdim ki, əmim oğlu ilə yeni qəbul etdiyi məzhəb haqqında bir kəlmə belə kəsməyim. Hər keçən gün vücudumu qorxu bürüyürdü. Onun fikirlərinin təsiri altına düşməkdən, yaxınlarım tərəfindən dindən çıxmaqda ittiham olunmaqdan qorxurdum. Lakin bütün bunlara göz yumub əmim oğlu ilə söhbət edəcəyimi qət etdim. Çalışdım ki, bu söhbət nəticəsində ona və əqidəsinə qarşı yaranmış etimadımı aradan qaldıra bildim. Mən (hazırlıq üçün) şiəlik əleyhinə xeyli kitab oxumuşdum...

Mən ona dedim: “Sən bu gün məzhəbini dəyişərək cəmiyyətdən ayrı düşmüsən. Bir az sonra bu məzhəbini də dəyişməyəcəyinə nə zəmanət var?” O, sualıma cavab olaraq bu ayəni oxudu:



(Yəhudilər və xaçpərəstlər) dedilər: “Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!” Bu, ancaq onların xülyalarıdır. (Ya Rəsulum!) Onlara söylə: “Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!” (“Bəqərə, 111).

Mən dəlil tərafdarıyam. Dəlillər hansı tərəfdə olarsa, mən də o tərəfdəyəm. Mən araşdıraraq Əhli-beyt (ə) məzhəbinin haqq, doğru yol olduğu qənaətinə gəlmişəm. Bunun başlıca sübutu bu məzhəbin ardıcıllarının göstərdiyi dəlillərin bütün müsəlmanlar tərəfindən yekdilliklə qəbul olunmasıdır.



  • Nə üçün qeyriləri sənin üzə çıxardıqlarını anlamamışlar?

  • Birincisi, mən bunları dərk edən, anlayan ilk şəxs deyiləm. İkincisi, kiminsə bu və ya digər əqidədə olması onun doğru və ya yanlış olduğuna sübut ola bilməz. Çünki meyar öncə haqqın özü, sonra isə tərəfdarlarıdır. Məni başqaları maraqlandırmır. Çünki Allah Quranda buyurur: “Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!” (Maidə, 105)

  • Fərz edək ki, şiə məzhəbi ən doğru yoldur. Bu o demək deyilmi ki, müsəlmanların 90 faizi yanlış yoldadır? Çünki əksər müsəlmanlar əhli-sünnədirlər.

  • Birincisi, şiələr sənin düşündüyün kimi azlıq təşkil etmirlər. Çünki bir çox müsəlman dövlətlərində çoxluq təşkil edirlər. İkincisi, haqqın meyarı azlıq və ya çoxluq deyil. Çünki Allah-Taala Quranda buyurur: “Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (“Əraf”, 17) “Biz sizə haqqı gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı” (“Zuxruf”, 78). Deməli, cəmiyyətin çoxluğu haqqın ölçüsü ola bilməz.

Mən təəccüblə dedim: “Sən məndən babalarımın, bütün tanıdıqlarımın, möminlərin Allahın istədiyi dində omadıqlarını etiraf etməmimi istəyirsən?”

O, gülümsəyərək dedi: “Mən sələflərimizi dəyərləndirmək fikrində deyiləm. Allah onları daha yaxşı tanıyır. Lakin mən sənə xatırlatmaq istəyirəm ki, Quran əcdadlarının etiqadını təqlid edənlərə qarşı çıxır: Onlara (bütpərəstlərə): “Allahın göndərdiyinə (Qurana) tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?) (“Bəqərə”, 170)1




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin