Helmintozların müayinə üsulları



Yüklə 51,48 Kb.
səhifə4/34
tarix01.01.2022
ölçüsü51,48 Kb.
#107457
1   2   3   4   5   6   7   8   9   ...   34
Parazitologiya

Fülleborn üsulu. Bankaya 10-100 qr nəcis salınır və şüşə çubuqla əzilərək üzərinə doymuş xörək duzu məhlulu əlavə edilib həll edilir(1 l su + 400 qr xörək duzu kristalı= qaynadılır). Stəkana qoyulmuş nəcis əzilib qarışdırıldıqca nisbət 1:20-ə çatanadək üzərinə su əlavə edilir. Qarışıq süzülərək yarım saat duruldulur. Bu vaxt yumurtalar məhlulun çəkisindən az olduğundan mayenin səthinə çıxır. Məhlulun səthindən metal ilgəklə 1-2 damla götürüb, əşya şüşəsinin üzərinə qoyaraq müayinə edilir. Fülleborn üsulu yumru və lentvari qurd yumurtalarını tapmaq üçün daha əlverişlidir.

Bu üsullardan başqa Vişnyauskas üsulu və Şulmanın yaxalama üsulu da tətbiq olunur.

Kalda qurdun sürfəsini görməklə xəstəliyin müəyyən edilməsi – helmintolyarvoskopiya (diktiokaulyoz, müllerioz, protostrongilyoz).

Berman-Orlov üsulu. Sürfələrin termotropizminə (istiliyə münasibətinə) əsaslanır. Bu üsul tətbiq edilərkən uzunluğu 15-20 sm olan rezin boru taxılmış şüşə qıflardan istifadə olunur. Rezin borunun aşağı ucu sıxıcı ilə sıxılır və ya ona mixbər şüşəsi taxılır. Qıfın içərisinə 20-30 q nəcis qoyulur və üstü örtülənə qədər ilıq su (450C) tökülür. Sürfələr 2-3 saata istinin təsirindən nəcis kütləsindən çıxır və metal süzgəcdən keçərək rezin borunun dibinə çökür. Sonra borudakı maye sınaq şüşəsinə boşaldılır və 2-3 dəqiqə sentrifuqaya qoyulur. Maye kənar edilir və çöküntü adi yaxma üsulu ilə müayinə edilir. Ağ ciyər helmintozlarının müayinəsi zamanı təzə nəcis götürülməlidir.

Vayd üsulu. Bakterioloji fincana və ya saat şüşəsinə 4-5 qoyun qığı qoyub ilıq su (40-500C) ilə isladılır və 15 dəqiqə sonra iri hissəciklər kənar edilir. Məhlul mikroskop altında nəzərdən keçirilir. Qoyun, keçi diktiokaulyozunun və digər ağciyər nematodlarının diaqnostikasında tətbiq edilir.

Sürfələrin yetişdirilməsi üsulu. Yetişdirmək məqsədilə təzə fekal götürüb stəkana və ya bankaya salınır, ağzına cuna və ya şüşə qoyulur. Nümunələr bir həftə 25-270C temperaturda və ya 10-12 gün otaq temperaturunda saxlanılır, müntəzəm olaraq isladılır. Nəhayət nümunələr vaxt qurtaran kimi Berman-Orlov üsulu ilə yoxlanılır.




Yüklə 51,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin