Hərbi-həkim ekspertizası haqqında Əsasnamə


Anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları



Yüklə 223,94 Kb.
səhifə79/93
tarix01.01.2022
ölçüsü223,94 Kb.
#103238
1   ...   75   76   77   78   79   80   81   82   ...   93
Anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

80

Orqanların və sistemlərin anadəngəlmə inkişaf anomaliyaları:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda

A-3

A

A

 

Bu maddə anadangəlmə inkişaf qüsurlarının müalicəsinin mümkün olmadığı hallarda, müalicədən imtina edildikdə və ya onun nəticələri qeyri-qənaətbəxş olduqda tətbiq edilir.

«a» bəndinə aşağıdakılar aiddir:

ürək çatışmazlığının olub-olmamasından asılı olmayaraq, kombinə olunmuş və ya müştərək anadangəlmə ürək qüsurları;

II — IV FS ürək çatışmazlığı ilə müşayiət olunan təcrid olunmuş anadangəlmə ürək qüsurları;

III dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs orqanlarının anadangəlmə inkişaf qüsurları;

qulaq seyvanının anadangəlmə olmaması, damağın və dodağın anadangəlmə yarıqları, həzm orqanlarının digər anadangəlmə anomaliyaları, mühüm dərəcədə ifadə olunmuş kliniki təzahürlərlə və funksiyaların kəskin pozulması ilə;

döş qəfəsinin kəskin deformasiyası (qabırğa donqarı və s.) və restriktiv tip üzrə III dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan onurğanın anadangəlmə təsbit olunmuş əyrilikləri (skoliozlar və s.);

osteoskleroz (osteopetroz, mərmər xəstəliyi);

dərəcəsindən asılı olmayaraq, bir böyrəyin funksiyasının pozulması ilə digər böyrəyin və ya onun funksiyasının olmaması;

ifrazat funksiyasının mühüm dərəcədə pozulması və ya xroniki böyrək çatışmazlığı ilə böyrəklərin polikistozu;

vazorenal arterial hipertenziya və böyrək qanaxmaları ilə müşayiət olunan böyrək damarlarının anomaliyaları (anqioqrafiya məlumatları ilə təsdiq olunmuş);

cinsiyyət orqanlarının anomaliyaları (cinsiyyət üzvünün olmaması, uşaqlıq yolunun atreziyası);

ətrafın 8 sm-dən artıq qısalması ilə sümüklərin deformasiyası;

ətrafın seqmentinin olmaması;

bud sümüklərinin içəri kondiluslarının çıxıntıları arasındakı məsafə 20 sm-dən artıq olduqda, qıçların O-şəkilli əyriliyi və ya baldırların içəri topuqları arasındakı məsafə 15 sm-dən artıq olduqda, qıçların X-şəkilli əyriliyi («Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilənlər üçün «b» bəndi tətbiq edilir);

funksiyaların mühüm dərəcədə pozulması ilə sümüklərin, oynaqların, vətərlərin, əzələlərin digər inkişaf qüsurları, xəstəlikləri və deformasiyaları;

anadangəlmə ixtioz, ixtioz formalı eritrodermiya.

«b» bəndinə aşağıdakılar aiddir:

I FS ürək çatışmazlığı ilə anadangəlmə ürək qüsurları;

botal axacığının bitişməməsi;

mədəciklərarası arakəsmənin defekti;

döş qəfəsinin deformasiyası və restriktiv tip üzrə II dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan onurğanın anadangəlmə təsbit olunmuş əyrilikləri (skoliozlar və digər);

böyrəklərin polikistozu;

ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə müşayiət olunan böyrəklərin displaziyaları, böyrəklərin və onların elementlərinin ikiləşməsi, nalabənzər böyrək, sidik axarlarının və ya sidik kisəsinin anomaliyaları;

xayalıq, yaxud aralıq hipospadiyası;

ətrafın 5 sm-dən 8 sm-ə qədər qısalması ilə sümüklərin deformasiyası;

bud sümüklərinin içəri kondilusları arasındakı məsafə 12 sm-dən 20 sm-dək olduqda, qıçların O-şəkilli əyriliyi və ya baldırların içəri topuqları arasındakı məsafə 12 sm-dən 15 sm-dək olduqda, qıçların X-şəkilli əyriliyi;

funksiyaların mülayim dərəcədə pozulması ilə müşayiət olunan sümüklərin, oynaqların, vətərlərin, əzələlərin digər inkişaf qüsurları və deformasiyaları;

resessiv ixtioz (qara və qaralan);

dövri xəstəlik.

«c» bəndinə aşağıdakılar aiddir:

ürək çatışmazlığı olmayan anadangəlmə ürək qüsurları;

ikitərəfli mikrotiya;

ətrafın 2 sm-dən 5 sm-dək qısalması ilə sümüklərin deformasiyası;

funksiyaların cüzi dərəcədə pozulması ilə müşayiət olunan sümüklərin, oynaqların, vətərlərin, əzələlərin digər inkişaf qüsurları və deformasiyaları;

funksiyaların cüzi dərəcədə pozulması ilə böyrəklərin tək-tək solitar kistaları;

cinsiyyət üzvünün kökündən ortasına qədər sidik kanalının fistulu;

xayaların qasıq kanallarında və ya onların xarici dəliklərində ilişib qalması (ləngiməsi);

bir xayanın qarın boşluğunda ləngiməsi;

büzdümün bir neçə dəfə (3 dəfə və çox) radikal cərrahi müalicədən sonrakı residivləşən dermoid kistaları;

dominant (sadə) ixtioz;

ovucların, əllərin funksiyasını pozan, habelə ayaqların altının yerişi və standart ayaqqabı gəzdirilməsini çətinləşdirən irsi keratodermiyaları.

«ç» bəndinə aşağıdakılar aiddir:

birtərəfli mikrotiya;

funksiyaların pozulması olmayan böyrəklərin anadangəlmə anomaliyaları;

bir xayanın qasıq kanalında və ya onun xarici dəliyində ləngiməsi;

qolun 5 sm-dək, qıçın 2 sm-dək qısalması ilə sümüklərin deformasiyaları.

Hemolitik anemiyalarla (mikrosferositoz və s.) və eritrosit membranının anomaliyaları, hüceyrədaxili enzimlərin çatışmazlığı, hemoqlobinopatiyalarla bağlı hemolitik anemiyalarla şəhadətləndirilmə qanyaradıcı sistemin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq «a», «b» və ya «c» bəndləri üzrə keçirilir. Qanyaradıcı sistemin funksiyalarının pozulması olmayan hallarda (eritrosit fermentlərinin çatışmazlığı və s.) «ç» bəndi tətbiq edilir.

Beşinci bel fəqərəsinin sakralizasiyası və ya birinci oma fəqərəsinin lümbalizasiyası, göstərilən fəqərələrin qövslərinin bitişməməsi, tac şırımı səviyyəsində hipospadiya, döş qəfəsinin I dərəcəli (2 sm-dən artıq olmayaraq) deformasiyası bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyəhərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

Sinir sisteminin anadangəlmə qüsurları olan şəxslər «Xəstəliklər cədvəli»nin 23-cü maddəsi üzrə, ruhi pozuntuları olanlar isə qüsurun xarakterinə uyğun olaraq «Xəstəliklər cədvəli»nin 14-cü və ya 20-ci maddəsi üzrə şəhadətləndirilirlər.

Əlin və ya ayağın anadangəlmə qüsurları olan şəxslər funksiyaların pozulma dərəcəsindən asılı olaraq «Xəstəliklər cədvəli»nin 67-ci və ya 68-ci maddələrinin müvafiq bəndləri üzrə şəhadətləndirilirlər.

 


Yüklə 223,94 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin