Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari



Yüklə 3,52 Mb.
səhifə53/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   49   50   51   52   53   54   55   56   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

6.3. Ventilyasiya sistemləri
İstehsal otaqlarında iş zonası havasının sanitariya norma­la­rı üzrə tələb olunan parametrlərini əldə etmək üçün ventilya­siya sistemlərindən istifadə edilir. Qapalı istehsal otaqlarında hava mübadiləsini (ventilyasiyanı) müxtəlif surətdə təşkil etmək olar. Ventilyasiya sistemləri aşağıdakı elementlərə görə təsnif olunurlar:
- otaqlarda havanın yerdəyişməsini əldə etmək üçün istifadə edilən enerji mənbəyinə görə; a) təbii; b)süni (mexaniki);
- hava mübadiləsinin təşkil edilməsinə görə: a) qeyri mütəşəkkil; b) mütəşəkkil;
- təyinatına görə: a) hava sorucu; b) hava verici; c) hava verici və sorucu (birgə).
- otaqda hava verici və hava sorucu quruluşların yerləşdirilməsinə görə: a) ümumi hava mübadiləsi sistemləri; b) yerli hava verici və ya hava sorucu sistemləri; c) lokal hava mübadiləsi sistemləri; d) qarışıq (birləşdirilmiş) sistemlər.
- havanın hazırlanması dərəcəsinə görə: a) havanın hazı­r­lan­madan birbaşa ventilyasiya sisteminə verilməsinə; b) hava­nın hazırlanaraq verilməsinə.
İstehsal otağında təbii ventilyasiya xarici və daxili havanın sıxlıqları fərqindən yaranan hava basqısı hesabına əldə edilir.
Mexaniki ventilyasiya sistemlərində havanın yerdəyiş­məsi ventilyatorların yaratdıqları hava basqısı hesabına əldə edilir. İstehsal otağının hər bir yerində bərabər hava mübadiləsi yaradılırsa, belə sistemlərə ümumi, otağın müəyyən bir hissə­sin­də hava mübadiləsi edilirsə yerli, zərərli maddələr ayrılan yerlərdən hava sorulursa bu lokal ventilyasiya sistemi adlan­dırılır.
Qəza zamanı otaqda zərərli maddələrin qatılığının artma­sı­nın qarşısı xüsusi qəza ventilyasiyası vasitəsilə alınır.
Təbii ventilyasiya. Təbii ventilyasiya otaq daxilindəki və xaricdəki havanın temperatur (yaxud xüsusi çəki) fərqi və külək təsiri nəticəsində baş verir.
Qeyri-mütəşəkkil təbii ventilyasiya həmişə mövcuddur, o, qapı, pəncərə və baca örtüklərinin kip olmaması nəticəsində yaranır.
Birtipli istehsalat binasının sxemi üzərində təbii ventilya­siyanı nəzərdən keçirək (şəkil 6.2).
Mütəşəkkil ventilyasiya tikinti zamanı nəzərdə tutulan konstruktiv elementlərlə (qapı, baca, pəncərə, deflektor və s.) həyata keçirilir.





h2


Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin