Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Maşınların və avadanlığın səs-küy xarakteristikası



Yüklə 3,52 Mb.
səhifə61/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   57   58   59   60   61   62   63   64   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

7.4. Maşınların və avadanlığın səs-küy xarakteristikası

Dövlət standartlarına görə təyin edilən və maşınların texniki sənədlərinə əlavə edilən səs-küy xarakteristikası aşağıdakılardır:


1) standart tezlik zolaqlarında (63-8000Hs) səs gücü səviyyələri;
2) səs-küyün istiqamətlənmə faktoru (göstəricisi)
Səs-küy mənbəyi (hər hansı bir maşın və avadanlıq), ən əvvəl, səs gücü ilə xarakterizə olunur. Maşının səs gücü dedik­də, vahid zaman ərzində maşın tərəfindən ətraf mühitə şüalan­dı­rılan səs enerjisinin ümumi miqdarı nəzərdə tutulur. Maşının səs gücünün ölçü vahidi vatdır (W).
Əgər səs-küyü ətrafa yayan maşını, radiusu (r) çox böyük olan şərti kürə (sahəsi ) mərkəzində yerləşdirsək və onu nöqtəvi mənbə hesab etsək, bu zaman həmin kürənin səthində orta səs intensivliyini bu düsturla təyin etmək olar:


W/m2 (7.4)
burada N – maşının səs gücüdür, W.

Bu ifadə, bütün istiqamətlərdə bərabər səs-küy yayan nöqtəvi səs-küy mənbəyi üçündür.


Səs-küy mənbəyinin standart zolaqlarda səs gücü səviy­yə­ləri aşağıdakı ifadə ilə təyin edilir.
, dB (7.5)
burada N – maşının səs gücüdür, W;
N0–aşağı hədd səs gücüdür, N0=10-12W.

Real səs-küy mənbələri (maşın və avadanlıq) səs enerji­sini bütün istiqamətlərdə bərabər yaymırlar. Səs-küyün qeyri-bərabər yayılması maşının səs-küyü istiqamətləndirmə faktoru (F) adlanan göstərici ilə xarakterizə edilir:




(7.6)

burada J – real maşının müəyyən məsafədə yaratdığı səs inten­siv­liyidir;


Jor– bütün istiqamətlərdə bərabər səs-küy yayan və səs gücü həmin real maşının səs gücünə bərabər olan şərti nöqtəvi səs-küy mənbəyinin həmin məsafədə yarada biləcəyi səs intensivliyidir.

Hər tərəfə bərabər səs-küy yaymağa malik olan maşınlar üçün istiqamətləndirmə faktoru F=1 olur.


Açıq fəzada yerləşdirilmiş hər hansı bir maşın işlədikdə, onun səs gücü sabit qaldığı halda belə, eyni məsafədə müxtəlif nöqtələrdə müxtəlif səs-küy səviyyələri yaradır. Səs-küy ölçən cihaz vasitəsilə maşından müxtəlif istiqamətlərdə eyni məsafə­lərdə səs-küy səviyyələrini ölçməklə maşının səs-küyü istiqa­mət­ləndirmə göstəricisi təyin edilir:


, dB (7.7)
burada L – maşından müəyyən məsafədə ölçülən səs-küy səviy­yəsi;
Lor– həmin məsafədə eyni səs gücü olan şərti nöqtəvi mən­bə­yin yarada biləcəyi orta səs-küy səviyyəsi­dir.

Yeni layihə edilən maşınlar üçün yol verilən yuxarı səs-küy həddi təsdiq edilir. Maşının yol verilən yuxarı səs-küy həddi, onun standart tezlik zolaqlarında səs gücü səviyyələri­nin elə qiymətləridir ki, bunlar maşın adi şəraitdə istismar edildikdə daim yolverilən səviyyə təmin edilsin.


Müxtəlif maşın və avadanlığın səs-küy xarakteristikasını təyin etmək üçün standart üsullar təsdiq edilmişdir. Bəzi maşınların texniki sənədlərində maşının xarici konturundan 1m, 3m, və ya 10m məsafədə səs təzyiqinin zolaqlardakı səviy­yə­ləri göstərilir.
Texniki sənədlərdə cədvəl şəklində verilən belə məlu­mat, maşını işləyəcəyi yerdə yerləşdirdikdə, ona xidmət edəcək işçilərin iş yerlərində yarana biləcək səs-küy səviyyə­sini qabaqcadan qiymətləndirməsi üçün çox vacibdir. Bundan başqa, bu məlumat səs-küyün mənfi təsirindən insanları mühafizə edəcək tədbirlərin işlənib hazırlanmasında da istifadə edilir.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin